Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Quranın azəricə təcüməsi - Əl fəcr surəsi
Quranın azəricə təcüməsi - Əl fəcr surəsi
Göndərən: my_angel
Şərhlər: 4
Baxılıb: 244
Səs ver:
"Dan yeri (əl fəcr)" surəsi, 30 ayə,
Məkkədə nazil olub.
Mərhəmətli və Rəhmli Allahın adı ilə!

1. And olsun dan yerinə!

2. And olsun on gecəyə!

3. And olsun cütə və təkə!

4. And olsun keçib getməkdə olan gecəyə!

5. Məgər bu andlar ağıl sahibi üçün kifayət deyilmi?

6. Məgər görmədinmi ki, Rəbbin nələr etdi Ad qövmünə,

7. sütunlar sahibi İrəm qəbiləsinə –

8. halbuki, yer üzündə onlar kimisi xəlq edilməmişdi.

9. Habelə vadidə qayaları yonan Səmud qövmünə?

10. Eləcə də sütunlar sahibi Firona?

11. Onlar o kəslər idi ki, ölkələrində həddi aşmış,

12. çoxlu fitnə-fəsad törətmişdilər.

13. Rəbbin də onları əzabla qamçıladı.

14. Həqiqətən, sənin Rəbbin nəzarət edir.

15. İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə: "Rəbbim mənə ehtiram göstərdi!"– deyər.

16. Amma onu sınamaq üçün ruzisini azaldanda: "Rəbbim məni alçaltdı!"– deyər.

17. Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsiniz,

18. kasıbı yedirməyə bir-birinizi təhrik etmirsiniz,

19. mirası hərisliklə yeyirsiniz,

20. var-dövləti də hərisliklə sevirsiniz.

21. Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq,

22. sənin Rəbbin və səf-səf düzülmüş mələklər gələcək

23. və o gün Cəhənnəm gətiriləcək. O gün insan günahlarını xatırlayacaqdır. Lakin bu xatırlamanın ona nə faydası?

24. O: "Kaş axirət həyatım üçün əvvəlcədən hazırlıq görəydim!"– deyəcəkdir.

25. O gün heç kəs Onun verdiyi əzab kimi əzab verə bilməz

26. və heç kəs Onun buxovladığı kimi buxovlaya bilməz.

27. O gün möminə deyiləcəkdir: "Ey arxayın olan kəs!

28. Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön!

29. Mənim qullarımın cərgəsinə keç!

30. Cənnətimə daxil ol!


Şərhlər: 4
Baxılıb: 244
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Allah razi olsun
25 aprel 2016 14:40
# 4
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
vipbetul
Rebbim ghunahlarimizi baqislasin Amin insallah
25 aprel 2016 13:22
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Şəbnəm Vüsal
Allah hər birimizin gunahlarını baışlasın inşAllah
25 aprel 2016 11:11
# 2
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
efsane..
Allah razi olsun
25 aprel 2016 10:27
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz