Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Savabı 10 həccə bərabər olan əməl
Savabı 10 həccə bərabər olan əməl
Göndərən: NazlıCan
Şərhlər: 6
Baxılıb: 869
Səs ver:
İnsanlara xidmət etmək - çox sayda savaba və fəzilətə malik olan dəyərli bir əməldir. İnsanların əlindən tutmaq və çətinliklərini həll etməkdə yardımcıl olmaq bəzi ibadət əməllərindən üstün hesab edilir.

İmam Sadiq (ə) buyurur: "Hər kim Allahın evini təvaf edər, Allah Təala ona altı min həsənə yazar. Altı min günahını bağışlayar. Altı min hacətini yerinə yetirər. Möminin işindəki düyünü açmaq bu təvafın on bərəbər fəzilətinə malikdir".
İnsanlara xidmətin növləri vardır ki, onlarla tanış olaq:

1. Maddi yardım. "(Mal-dövlət cəhətindən) zəngin olan kimsə (zövcəsi və övladı üçün) öz var-dövlətinə görə xərcləsin və ruzisi az olan kimsə Allahın ona verdiyindən xərcləsin". ("Təlaq" 7). Bu ayə buyurur ki, müsəlman insan imkanı çatan qədər mömin qardaşına və bacısına yardım etməli və əlindən tutmalıdır. Yəni, malından infaq etməlidir. Misal üçün, əgər bacarırsa bir yoxsulun şam yeməyini versin və ya bir yetim qızın cehizinə yardım etsin. Yəni, bacardığı qədər ehtiyac sahiblərinin əlindən tutsun. Əgər imkanı yoxdursa, hətta bir xurma ilə həmin insanın aclıq ehtiyacını aradan qaldırsın.

2. İnsanların işindəki düyünü açmaq. İnsan başqa birinin çətinliyi olan zaman malı ilə, dili ilə və ya qələmi ilə ona yardım etməlidir. Misal üçün əgər birinin borcu varsa və ödəməsə abırı gedə bilərsə, ona yardım edər. Ya zindandadır və ailəsinə yardım etmək lazımdır - bu işi görər. Əban ibni Təğəllub nəql edir ki, İmam Sadiqin (ə) yanında Allahın evini təvaf edirdim. Bir nəfər məni çağırdı və mən səs vermədim. İkinci dəfə təvaf edən zaman məni yenə çağırdı və mən cavab vermədim. İmam (ə) mənə buyurdu: "Məgər səni çağırmırlar?". Dedim: "Bəli",. Buyurdu: "Əhli-beyt (ə) davamçısıdır?". Dedim: "Bəli. Məndən istəyi vardır". Buyurdu: "Bəs niyə istəyini yerinə yetirmirsən?". Dedim: "Axı mən təvaf edirəm". Buyurdu: "Təvafı burax və ona tərəf get". Ona görə də hər bir insan ətrafında olan və çətinliyə düşən hər bir müsəlmana qarşı məsuliyyət daşıyır. Bu zəminədə səhlənkarlıq etmək günahdır. Lakin ən böyük günah odur ki, insan çətinliyə düşmüş müsəlmanın işinə bir düyünü də özü vursun. Bu cür insanın aqibətinin xeyirli olması qeyri-mümkündür.

3. İnsanların şəxsiyyətinə hörmət etmək. Bütün insanların şəxsiyyəti vardır. Biz öz şəxsiyyətimizə hörmət etdiyimiz kimi, başqalarının da şəxsiyyətinə hörmət etməliyik. Başqasına hörmətsizlik etmək bəzən elə hadisələrə yol açır ki, aradan qaldırmaq çətin olur. Bəzən ata evdə əsəbi olduğu üçün övladına qarşı elə hörmətsizlik edir ki, övladı dinini əldən verir və imanını yandırır. Cavanlardan biri deyir: "Mən namaz qılmıram. Çünki atam, məni təhqir edərək namaz qılmağa məcbur edir".

4. Başqalarını müdafiə etmək. Müsəlmanın vəzifələrindən biri də budur ki, malı, canı ilə müsəlman qardaşını müdafiə etsin. Bir məclisdə əgər bir müsəlmanın qeybətini edirlərsə, abırını aparırlarsa, gərək onu müdafiə edəsən. Əks halda sən də həmin qeybətdə şərik olarsan. İnsanların namusunu müdafiə etmək, canını müdafiə etmək də mühüm mövzulardandır


Şərhlər: 6
Baxılıb: 869
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
Allah razi olsun insanlara bele deyerli meslehetleri catdirirsiz
13 dekabr 2015 16:19
# 6
mehemmedcik
Sitat: Grsu
Allah herkese komek olsun,insallah,heckimi birtek ozunden basqa hec kime mohtac etmesin,Amin

AMİNNN
27 noyabr 2015 20:00
# 5
Sevmək gözəldi,sevilmək ondan da gözəldi.
vipbetul
gozel movzudu
27 noyabr 2015 19:46
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Allah hər kəsə özü kömək olsun, Amin inşaAllah. Çox maraqlı məlumat oldu, təşəkkür.
27 noyabr 2015 15:22
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
En boyuk yaxsiliq kimsesizlere kasiblara yardim etmek onlara el tutmaqdir. Bu savablar hamisi hecce getmeye beraberdir.
27 noyabr 2015 09:21
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Grsu
Allah herkese komek olsun,insallah,heckimi birtek ozunden basqa hec kime mohtac etmesin,Amin
27 noyabr 2015 05:13
# 1
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz