Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dilin bəlalarını tanıyaq
Dilin bəlalarını tanıyaq
Göndərən: Lola_Maya_
Şərhlər:
Baxılıb: 521
Səs ver:
Allah Təala Quranda dil nemətinə işarə etmişdir. "Rəhman (dünyada maddi və mənəvi nemətləri həm möminlərə, həm də kafirlərə şamil olan, axirətdə isə yalnız möminləri əhatə edəcək geniş mərhəmət sahibi) olan Allah! (Onun nemətlərinin bəziləri ibarətdir:) (Əzəli elmindən Lövhi-Məhfuza nazil olmuş) Qurchr("39")anı (əvvəlcə yuxarı aləmin məxsus sakinlərinə təlim verdi, oradan Cəbrail vasitəsi ilə Peyğəmbərin qəlbinə nazil etdi və onun dili ilə bəşər cəmiyyətinə) öyrətdi. (Yaradılmışların ən heyrətamizi, varlığın şah əsəri, ən gözəl vücud, ruhi və cismi baxımdan yaradılış aləminin ən kamil varlığı olan) insanı yaratdı. Ona (ən heyrətamiz nemətlərdən olub insanı digər canlılardan üstün edən və bəşər cəmiyyətinə ilahi vəhyin gəlməsinə səbəb olan) bəyan yolunu öyrətdi (qəlbində olanları dildə sözlər yaratmaqla başqasına çatdırmaq qüdrəti verdi)". ("Rəhman" 1-4).
Dil - insanların bir-biri ilə rabitə qurması üçün ən yaxşı vasitədir. Adətən insanlar dil vasitəsilə öz fikirlərini bir-birinə ötürə bilirlər. Dil insanın mərifətinin meyarı və ağılının tərəzisidir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki,  İmam Əli (ə) buyurur: "Hər kəsin şəxsiyyəti dilinin ardındadır".
Dilin faydaları olduğu kimi, ziyanları da az deyildir. Onları tanımaq lazımdır ki, dili kontrol etmək mümkün olsun. Qurani-Kərimdə deyilir: "Ey iman gətirənlər! Heç vaxt (siz kişilərdən) bir dəstə digər bir dəstəni lağa qoymasın. (Lağa qoyulan) həmin dəstə onlardan yaxşı ola bilər. Qadınlar da başqa qadınları (lağa qoymasınlar). Ola bilər həmin dəstə onlardan yaxşı olsun. Bir-birinizdə eyb axtarmayın və bir-birinizi çirkin ləqəblərlə çağırmayın. (Mömini) imandan sonra fisq (günahkar adı ilə xatırlamaq) pis ad qoymadır. Kim tövbə etməsə, məhz onlardır zalımlar!". ("Hucurat" 11).
Allah Təala başqa ayədə buyurur: "İnsanlarda eyb axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına". ("Huməzə" 1).
Bir nəfər Həzrət Peyğəmbərə (s) deyir ki, nicat yolu hansıdır? Buyurur: "Dilini saxla".
Başqa biri sual verir ki, hansı şeydən daha çox qorxum? Onun dilini tutub buyurur: "Bundan. İnsanları ən çox cəhənnəmə daxil edən şey - dilləri və şəhvətləridir".
İmam Əli (ə) buyurur: "Allaha and olsun ki, inanmıram bəndə dilini qorumasın və faydalı təqva əldə etsin".
Həzrət Peyğəmbər (s) buyurur: "İnsanların bir çoxu günaha və dil bəlasına görə cəhənnəmə gedərlər".
Dilin bəlalarının bəziləri bunlardır:
1. Qeybət.
2. Dedi-qodu.
3. Yalan.
4. Böhtan, iftira.
5. Möminin sirrini ifşa etmək.
6. Söyüş.
7. Nifrin.
8. Tənə vurmaq.
9. İstehza.
10. Tərif.
11. Qəzəbini bildirmək.
12. Ğina.
13. Çox gülmək və zarafat etmək.
14. Mübahisə etmək.
15. Düşmənçilik.
16. Elm olmadan danışmaq.
17. Allahı inkar etmək.
18. Yersiz danışmaq.
19. Allahdan qeyrisinə pərəstiş etmək.
20. Allaha yalan qoşmaq.
21. İlahi ayələri inkar etmək.
22. Nemətə küfr etmək.
23. Allahdan ümidsizliyini dilinə gətirmək.
24. Allahdan şikayət etmək.
25. Allahın işini sorğulamaq.
26. Allah düşmənləri ilə dostluq etmək.
27. Nahaq yerə şəhadət vermək.
28. Mömini xar etmək.
29. Fasiq insanı əziz etmək.
30. Mömini qorxutmaq....


Şərhlər:
Baxılıb: 521
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz