Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ölüm Mələyi eyni anda minlərlə insanın canını necə alır?
Ölüm Mələyi eyni anda minlərlə insanın canını necə alır?
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 815
Səs ver:
Ruhu qəbz etmək elə bir şeydir ki, biz ona ölüm anı deyirik. Quran isə ölüm anına vəfat deyir, təhvil almaq anı. Yəni Ölüm Mələyi ruhumuzu qəbz edərək, onu təhvil alır və bədənlə əlaqəsini kəsir.
Ruh - mücərrəddir və bədən isə maddi. İnsan ölən zaman maddi aləmdən bərzəx aləminə köç edər. Ancaq hər bir insan ölən zaman Həzrət Əzrayil (ə) onun canını alırmı? Bu sualın cavabı qəti deyildir. Quranda bir neçə ayə vardır ki, ölüm anına işarə edir. "Ölüm zamanı insanların ruhunu (onunla bədən arasında heç bir əlaqənin qalmadığı şəkildə) tamamilə, ölməmiş kəsdən isə yuxuda (zahiri əlaqənin kəsildiyi, batini əlaqənin isə qaldığı naqis şəkildə) alan (həqiqətən) Allahdır”. ("Zumər” 42).
"(Ya Peyğəmbər!) de: «Sizə müvəkkil olan ölüm mələyi sizi(n varlığınızın bütün həqiqətini təşkil edən ruhunuzu) kamil surətdə (bədəninizdən) alar (ayırar), (ruh qalar və bədən isə torpağa çevrilər), sonra (Qiyamətdə, həmin bədənin qəlibində) öz Rəbbinizin hüzuruna qaytarılacaqsınız!». ("Səcdə” 11).
"O kəslər ki, mələklər, canlarını onlar (küfr və itaətsizlik çirkinliyindən) pak olan halda alarkən (onlara) «salam olsun sizə, etdiklərinizin mükafatı olaraq Cənnətə (hələlik Bərzəx aləmindəki Cənnətə, Qiyamətdən sonra isə əbədi Cənnətə) daxil olun» deyərlər”. ("Nəhl” 32).
"Mələklər özlərinə zülm etmiş kəslərin canlarını alan zaman, onlar təslim və itaətkar olar (və) «biz heç bir pis iş görmürdük» (deyərlər). «Xeyr, (pis iş görürdünüz)! (Çünki) şübhəsiz Allah etdiklərinizi biləndir»”. ("Nəhl” 28).
Necə ola bilir ki, ölümü bəzən Allaha, bəzən ölüm mələyinə və bəzən də mələklərə nisbət verirlər? Məxluqların canı necə alınır?
Bu haqda bəzi nəzərlər vardır ki, onlara işarə edək:
1. Kafir və müşrik insanların canını mələklər alır, möminlər və salehlərin canını Ölüm Mələyi və Allah dostlarının canını isə Allah alır.
2. İmam Sadiqə (ə) belə bir sual verirlər: "Bunu nəzərə alsaq ki, dünyanın hər yerində eyni anda çox sayda insan dünyadan gedir, əgər Ölüm Mələyi tənha bu insanların canını alırsa, Quran ayələrinə əsasən bu, necə ola bilər?”. Həzrət İmam Sadiq (ə) buyurur: "Allah Ölüm Mələyi üçün mələklərdən köməkçilər və yardımçılar qərar vermişdir ki, onlar ölüm mələyinin tərəfindən canları alarlar. Ölüm mələyi isə özü aldığı canlarla yanaşı, mələklərin aldığı canları alar və onların hamısını isə Allah Təala ölüm mələyindən alar və Öz tərəfinə aparar”.
Quran ayələrində də heç bir təzad yoxdur, çünki həm Ölüm Mələyi və həm də mələklər Allahın əmrlərini yerinə yetirirlər.
3. Hədislərdə deyilir: "Ölüm Mələyi yerlə göy arasında qərar tutar. Köməkçiləri insanların ruhu alırlar və boğazlarına çatan zaman isə Ölüm Mələyi onların ruhunu alar və bədənlərindən xaric edər. Sonra da Allaha doğru aparar”.
4. Nəql edilir: "Ölüm Mələyinin ordusu və silahı vardır ki, böyüklüyü məğribdən şərqə qədərdir. O, bütün dünyanı əhatə etmişdir. Bütün insanları bir anda müşahidə edə bilir. Elə bir ev yoxdur ki, ölüm mələyi gündə beş dəfə onun əhli ilə görüşməsin”.
Belə ki, Peyğəmbər (s) buyurmuşdur: "Elə bir ev yoxdur ki, Ölüm Mələyi o evin qapısına gecə-gündüz beş dəfə gəlməsin”. Görəndə ki, insanın ölümü yetişmişdir, əlində olan silahı ilə onun başından vurar və deyər: "Ayıq ol, indi ölüm ordusu səni görməyə gələcəkdir”.
5. Mulhədi İmam Əlinin (ə) yanına gəlir və deyir: "Quranda təzad vardır, çünki bir ayə deyir ki, Allah insanın canını alar. Başqa bir yerdə deyir ki, Ölüm Mələyi bu işi görər. O biri tərəfdən isə ölüm bəzi mələklərə nisbət verilir. Həzrət (ə) cavabında buyurur: "Ölüm mələyinin rəhmət və əzab mələklərindən olan yardımçıları vardır ki, onların işi - Ölüm Mələyinin işidir. Hər nə iş görsələr, ona aid olar. Ölüm Mələyinin işi isə Allahın işidir. Çünki Allah canları hər kimin əli ilə istəsə, ala bilər. Əta etmək, qadağan etmək, mükafat vermək və cəzalandırmaq işləri kimi hər kimə istəsə, onun əlinə verər. Ona görə də məmurlarının işi - Onun işidir. Necə ki, Quran buyurur: "Aləmlərin Rəbbi olan Allah (yaradılış iradəsi ilə) istəməyincə siz (bu yolu seçməyi) istəyə bilməzsiniz. (Çünki, sizin ixtiyar üzündən olan iradəniz ixtiyari əməlləriniz kimi Allahın iradəsinə bağlıdır.)”. ("Təkvir” 29). İmam (ə) davam edir: "Elə bu qədər sənə kifayət etsin ki, Allah dirildir və öldürür və canları hər kimin əli ilə istəsə alır. Mələklərin və ya qeyri-mələklərin”.
Beləliklə, deyə bilərik ki, Allah canları alır, istər bunu Ölüm Mələyinin vasitəsilə etsin, istərsə də başqa mələklərin. Hədislərin birində oxuyuruq ki, Peyğəmbər (s) meracda olan zaman Ölüm Mələyinə belə bir sual verir: "Sən bütün ölənlərin və öləcək olanların hamısının canını alırsan?”. O, deyir: "Bəli, bütün dünyanın və o şeyi ki, Allah mənim üçün fəth etmişdir. Mənim üçün (dünya) bir kişinin əlində olan sikkə pul kimidir ki, əlinin içində hər nə cür istəsə, çevirə bilir. Mən dünyanın bütün evlərinə gündə beş dəfə baş çəkərəm”. (Baxım görüm ki, namazlarını vaxtında qılırlar, yoxsa yox).
Ölüm mələyi Əzrayildir (ə) və onun çox sayda köməkçisi vardır ki, onların yardımı ilə insanların canını alır. Əzrayil (ə) isə əmri Allahdan alar və sonra da mələklərə özü əmr edər ki, kimin canını almaq lazımdır. Xülasə, həqiqi əmr verən Allahdır və bu əmrləri yerinə yetirən - Əzrayil (ə) və onun yardımçılarıdır.


Şərhlər:
Baxılıb: 815
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz