Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Quranın azəricə tərcüməsi - əl Qaləm surəsi
Quranın azəricə tərcüməsi - əl Qaləm surəsi
Göndərən: my_angel
Şərhlər: 3
Baxılıb: 229
Səs ver:
"Qələm" surəsi, 52 ayə,
Məkkədə nazil olub.
Mərhəmətli və Rəhmli Allahın adı ilə!

1. Nun. And olsun qələmə və qələmə alınanlara!

2. Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.

3. Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.

4. Həqiqətən də, sən böyük əxlaq sahibisən!

5. Sən də görəcəksən, onlar da –

6. hansınızın dəli olduğunu.

7. Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.

8. Elə isə haqqı yalan sayanlara güzəştə getmə.

9. Müşriklər istəyirlər ki, sən onlara güzəşt edəsən, onlar da sənə güzəşt etsinlər.

10. İtaət etmə hər tez-tez and içənə, alçağa,

11. qeybət edənə, dedi-qodu yayana,

12. xeyrə mane olana, həddi aşana, günahkara,

13. daş ürəkliyə, bunlardan sonra da başqasının adını mənimsəyən fırıldaqçıya –

14. o adam var-dövlət və oğul-uşaq sahibi olsa belə.

15. Ayələrimiz ona oxunduğu zaman: "Bu, keçmişdəkilərin əsatirlərindəndir!"– deyər.

16. Biz onun burnuna damğa vuracağıq.

17. Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da sınağa çəkdik. O zaman bağ sahibləri səhər açılanda bağda olan meyvələri mütləq dərəcəklərinə and içmişdilər

18. və heç bir istisna da etməmişdilər.

19. Onlar yuxuda ikən Rəbbinin əzabı o bağı bürüdü.

20. Bağ yanıb zülmət gecə kimi qapqara oldu.

21. Onlar səhər qalxdıqda bir-birlərini çağırdılar:

22. "Əgər meyvə dərəcəksinizsə, bağınıza erkən gedin!"

23. Onlar bağa yollandılar, yol boyu da bir-birlərinə belə pıçıldayırdılar:

24. "Bu gün oraya – yanınıza heç bir kasıb girməsin!"

25. Onlar bu məqsədlə kasıbları bağa buraxmamağa qadir olacaqlarını zənn edib erkən getdilər.

26. Bağı görəndə isə belə dedilər: "Deyəsən, biz düz gəlməmişik!

27. Xeyr! Biz bu bağın xeyrindən məhrum olmuşuq!"

28. Onların ən insaflısı dedi: "Məgər mən sizə Allahın şəninə təriflər söyləyin deməmişdimmi?"

29. Onlar dedilər: "Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz özümüzə zülm etmişik!"

30. Onlar dönüb bir-birlərini qınamağa başladılar

31. və dedilər: "Vay halımıza! Biz həddi aşanlarıq!

32. Ola bilsin ki, Rəbbimiz bizə bu bağın əvəzinə ondan daha yaxşısını versin. Əlbəttə, biz Rəbbimizə yönəlirik".

33. Dünyadakı əzab belədir. Axirət əzabı isə daha böyükdür! Kaş biləydilər!

34. Şübhəsiz ki, müttəqilər üçün Rəbbin dərgahında Nəim bağları hazırlanmışdır.

35. Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı?

36. Sizə nə olub, necə hökm verirsiniz?

37. Yoxsa sizin elə bir kitabınız vardır ki, üsyankarla itaətkarın eyni olduğunu ondan oxuyursunuz?

38. Ya da onda bəyəndiyiniz hər bir şeyin sizin olacağı yazılmışdır?

39. Yaxud Bizimlə Qiyamət gününədək əhd bağlamısınız ki, istədiyiniz hər şey sizin olacaqdır?

40. Onlardan soruş ki, kim buna zamin duracaqdır?

41. Yoxsa onların şərikləri vardır? Əgər doğru danışırlarsa, onda qoy şəriklərini gətirsinlər.

42. Baldırın açılacağı və onlar səcdəyə çağırılacaqları, lakin buna qadir ola bilməyəcəkləri gün –

43. onların baxışları yazıq görkəm alacaq, özlərini də zəlalət bürüyəcəkdir. Hərçənd ki, onlar dünyada ikən sağ-salamat halda səcdə qılmağa dəvət olunurdular.

44. Bu Sözü yalan sayanları Mənim öhdəmə burax. Biz onları tovlayıb bilmədikləri bir yöndən tədricən əzaba sürükləyirik.

45. Hələlik Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim kafirlər üçün qurduğum hiyləm çox güclüdür.

46. Yoxsa sən onlardan bir muzd istəyirsən və onlar da ağır bir borca düşüblər?

47. Yoxsa qeyb onların əlindədir və onlar da ona baxıb istədiklərini yazırlar?

48. Sən öz Rəbbinin hökmünə səbir et və balıq sahibi Yunus kimi olma! O zaman o, qəm-qüssə içində Rəbbinə dua etmişdi.

49. Əgər Rəbbinin mərhəməti ona yetişməsəydi, o, qınanmış halda heç bir bitki bitməyən boş yerə atılacaqdı.

50. Lakin Rəbbi onu seçib əməlisalehlərdən etdi.

51. Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr. Onlar çarəsizlikdən: "O, dəlidir!"– deyirlər.

52. Halbuki bu Quran aləmlər üçün öyüd-nəsihətdən başqa bir şey deyildir.


Şərhlər: 3
Baxılıb: 229
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
Allah razi olsun
13 mart 2016 22:51
# 3
vipbetul
Rebbim bizi emelisaleh qullarindan etsin insallah
10 mart 2016 13:45
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Allah razı olsun cümləmizdən, Amin inşaAllah.
10 mart 2016 06:23
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz