Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Quranın azəricə tərcüməsi - Əl vaqiə surəsi
Quranın azəricə tərcüməsi - Əl vaqiə surəsi
Göndərən: my_angel
Şərhlər:
Baxılıb: 348
Səs ver:
"Vaqiə" surəsi, 96 ayə,
Məkkədə nazil olub.
Mərhəmətli və Rəhmli Allahın adı ilə!

1. Vaqiə qopacağı zaman

2. onun qopduğunu heç kəs dana bilməz.

3. O bəzilərini alçaldacaq, bəzilərini də ucaldacaqdır.

4. Yer şiddətlə titrədiyi zaman,

5. Dağlar parça-parça olub ovxalandığı

6. və ətrafa səpələnmiş toz-torpağa döndüyü zaman,

7. siz üç qrupa ayrılacaqsınız.

8. Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!

9. Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!

10. Xeyirxah işlərdə öndə gedənlər, Cənnətdə də öndədirlər!

11. Onlar Allaha yaxın olanlar,

12. Nəim bağlarında qalacaq kimsələrdir.

13. Onların çoxu əvvəlki nəsillərdən,

14. az bir qismi də axırıncılardandır.

15. Onlar bəzənmiş taxtlar üstündə

16. qarşı-qarşıya əyləşib dirsəklənəcəklər.

17. Onların ətrafında həmişəcavan xidmətçi oğlanlar fırlanacaqlar;

18. çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə –

19. ondan başları ağrımaz və məst olmazlar,

20. bəyənib seçdikləri meyvələr

21. və istədikləri quş əti ilə fırlanacaqlar.

22. Onları iri qaragözlü hurilər gözləyir –

23. sədəf içində saxlanılmış mirvariyə bənzər hurilər.

24. Bu, onların etdikləri əməllərin mükafatı olacaq.

25. Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər.

26. Ancaq: "Salam! Salam!"– sözləri eşidəcəklər.

27. Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!

28. Onlar tikansız sidr ağacları arasında,

29. meyvələri salxım-salxım asılmış banan ağacları altında,

30. uzanmış kölgəliklərdə,

31. daim axan sular kənarında,

32. çoxlu meyvələr,

33. tükənməz və qadağan edilməyən meyvələr içində

34. və hündür döşəklər üstündə olacaqlar.

35. Biz Cənnətdəki qadınları yeni biçimdə yaradacağıq.

36. Onları bakirə qızlar edəcəyik –

37. ərlərini sevən, həmyaşıdlar.

38. Bunlar sağ tərəf sahibləri üçündür.

39. Onların çoxu əvvəlki nəsillərdən,

40. bir qismi də axırıncılardandır.

41. Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!

42. Onlar qızmar yel və qaynar su içində,

43. qapqara duman kölgəsində olacaqlar.

44. Bu duman nə sərin, nə də xoşagələndir.

45. Onlar bundan əvvəl cah-calal içində idilər,

46. böyük günah işlətməkdə israr edirdilər

47. və deyirdilər: "Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidənmi dirildiləcəyik?

48. Yaxud bizim əcdadlarımız dirildiləcəklərmi?"

49. De: "Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da,

50. bəlli bir günün müəyyən vaxtında mütləq toplanılacaqlar.

51. Sonra, siz ey doğru yoldan azanlar, haqqı yalan sayanlar!

52. Siz mütləq zəqqum ağacından yeyəcəksiniz,

53. qarınlarınızı onunla dolduracaqsınız,

54. üstündən də qaynar su içəcəksiniz.

55. Siz onu susamış xəstə dəvələr kimi içəcəksiniz".

56. Bu onların Haqq-hesab günündəki ziyafətidir.

57. Sizi Biz yaratdıq. Bəs nə üçün dirildiləcəyinizi təsdiq etmirsiniz?

58. Axıtdığınız nütfəni gördünüzmü?

59. Onu siz yaradırsınız, yoxsa Biz?

60. Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz.

61. Sizi bənzərləriniz ilə əvəz etməyə və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yaratmağa Bizə mane olan tapılmaz.

62. Siz ilk yaradılışı bilirsiniz. Bəs nə üçün dirildiləcəyiniz barədə düşünmürsünüz?

63. Əkdiyinizi gördünüzmü?

64. Onu siz bitirirsiniz, yoxsa Biz bitiririk?

65. Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz,

66. və deyərdiniz: "Biz ziyana uğradıq.

67. Daha doğrusu nemətlərdən məhrum olduq!"

68. İçdiyiniz suyu gördünüzmü?

69. Onu buluddan siz endirirsiniz, yoxsa Biz endiririk?

70. Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz?

71. Yandırdığınız odu gördünüzmü?

72. Onun ağacını siz yaradırsınız, yoxsa Biz yaradırıq?

73. Biz onu Cəhənnəmi yada salmaq və müsafirlərin istifadəsi üçün yaratdıq.

74. Elə isə Ulu Rəbbinin adına təriflər de!

75. Ulduzların batdığı yerlərə and olsun!

76. Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləydiniz.

77. Həqiqətən, bu, ehtirama layiq Qurandır,

78. qorunub saxlanılan Yazıdadır (Lövhi-məhfuzdadır).

79. Ona yalnız pak olanlar toxunur.

80. O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.

81. Siz bu kəlamı yalan sayırsınız?

82. Sizə verilən ruziyə şükür etməyi, onu yalan saymaqla yerinə yetirirsiniz?

83. Can boğaza yetişdiyi zaman –

84. həmin an siz can verən adama baxırsınız.

85. Biz ona sizdən daha yaxın oluruq, siz isə bunu görmürsünüz.

86. Madam ki siz iddianıza görə haqq-hesab olunmayacaqsınız

87. və doğru danışanlarsınız, onda, o canı geri qaytarın?

88. Amma əgər o, Allaha yaxın olanlardandırsa,

89. onda rəhmətə, gözəl ruziyə və Nəim bağına yetişər.

90. Əgər o, sağ tərəf sahiblərindəndirsə,

91. ona: "Sağ tərəf sahiblərindən sənə salam olsun!"– deyiləcəkdir.

92. Yox əgər o, haqqı yalan sayanlardan və doğru yoldan azanlardandırsa,

93. onun ziyafəti qaynar su olacaq,

94. özü də Cəhənnəmdə yanacaqdır.

95. Həqiqətən, bu, şübhə doğurmayan bir həqiqətdir.

96. Elə isə Ulu Rəbbinin adına təriflər de!


Şərhlər:
Baxılıb: 348
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz