Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Quranın azəricə tərcüməsi - ən-Nəcm surəsi
Quranın azəricə tərcüməsi - ən-Nəcm surəsi
Göndərən: my_angel
Şərhlər:
Baxılıb: 360
Səs ver:
"Ulduz (ən-Nəcm)" surəsi, 62 ayə,
Məkkədə nazil olub.
Mərhəmətli və Rəhmli Allahın adı ilə!

1. And olsun batmaqda olan ulduza!

2. Sizin yoldaşınız nə haqdan azmış, nə də yoldan çıxmışdır.

3. O, öz istəyi ilə danışmır.

4. Bu, ona təlqin edilən bir vəhydir.

5. Bunu ona çox qüvvətli olan öyrətdi –

6. gözəl görünüşlü Cəbrail. O, yüksəlib öz surətində göründü.

7. O, ən uca üfüqdə idi.

8. Sonra Muhəmmədə yaxınlaşıb aşağı endi.

9. O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi.

10. Sonra Allah Öz quluna nazil edəcəyini vəhy etdi.

11. Peyğəmbərin qəlbi gördüyünü yalan saymadı.

12. İndi siz onunla gördüyü şey barəsində mübahisəmi edirsiniz?

13. Onu bir daha öz sürətində enərkən gördü –

14. son həddəki Sidr ağacının yanında.

15. Məva bağı da onun yanındadır.

16. O zaman Sidr ağacını bürüyən bürümüşdü.

17. Peyğəmbərin gözü yayınmadı və həddi aşmadı.

18. O, öz Rəbbinin ən böyük dəlillərindən bəzisini gördü.

19. Siz tapındığınız Lat və Uzzanı gördünüzmü?

20. Həmçinin üçüncü olan Mənatı da?

21. Məgər oğlanlar sizin, qızlar Onundurmu?

22. Onda bu ədalətsiz bölgü olardı!

23. Onlar sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Onlar yalnız zənnə və nəfslərinin istəklərinə uyarlar. Halbuki Rəbbindən onlara doğru yolu göstərən rəhbər artıq gəlmişdir.

24. Yoxsa insan üçün istədiyi hər şey hazırlanmışdır?

25. Axirət də, dünya da Allahındır.

26. Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti Allahın istədiyi və Özünün razı qaldığı kimsələrdən başqa heç kəsə heç bir fayda verməz.

27. Axirətə inanmayanlar, həqiqətən də, mələklərə qadın adları verirlər.

28. Halbuki buna dair heç bir bilgiləri yoxdur. Sadəcə olaraq zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz.

29. Sən də Bizim Zikrimizi rədd edib dünya həyatından başqa bir şey istəməyənlərdən üzünü yana çevir!

30. Onların bilik səviyyəsi budur. Şübhəsiz ki, sənin Rəbbin Onun yolundan azanı da, doğru yolla gedəni də yaxşı tanıyır.

31. Göylərdə və yerdə nə varsa, Allahındır. Bu, Allahın pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə (Cənnətlə) mükafatlandırması üçündür.

32. Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc əməllərdən çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. O, sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində rüşeym halında olanda da sizi yaxşı tanıyırdı. Özünüzü təmizə çıxartmayın! Çünki O, kimin Allahdan qorxduğunu yaxşı bilir.

33. Gördünmü üz çevirəni,

34. malından azacıq verib sonra heç verməyəni?

35. Məgər o, qeybi bilirmi ki, bunu görsün?

36. Yoxsa Musanın səhifələrində olanlar barədə ona xəbər verilmədi?

37. Məgər vəfalı olan İbrahimin səhifələrində olanlar barədə ona bildirilmədi?

38. Heç bir günahkar başqasının günah yükünü daşımaz.

39. İnsan can atdığı şeyə nail olar.

40. Əlbəttə, onun can atdığı əməl ona nəsib olacaqdır.

41. Sonra da ona bunun əvəzi tam veriləcəkdir!"

42. Son dönüş sənin Rəbbinədir.

43. Güldürən də, ağladan da Odur!

44. Öldürən də, dirildən də Odur!

45. O, insanlardan və heyvanlardan biri erkək və bir də dişi olmaqla iki cüt yaratdı –

46. axıdılan bir nütfədən.

47. Təkrar diriltmək də Ona aiddir.

48. Dövlətli edən də, kasıb edən də Odur.

49. Şiranın da Rəbbi Odur.

50. O, əvvəlki Ad tayfasını məhv etdi.

51. Səmudu da məhv edib onlardan heç kəsi sağ buraxmadı.

52. Daha öncə Nuh qövmünü də məhv etdi, çünki onlar daha zalım, daha azğın kimsələr idi.

53. Alt-üst olmuş kəndləri də O viran qoydu.

54. Onların başına gətirdiyini gətirdi.

55. Sən öz Rəbbinin hansı nemətlərinə şübhə edirsən?

56. Bu da əvvəlki xəbərdarlıq edib qorxudanlar kimi bir qorxudandır.

57. Yaxınlaşan (Qiyamət günü) yaxınlaşdı.

58. Allahdan başqa heç kəs onun qarşısını ala bilməz.

59. Siz bu Sözə təəccüblənirsiniz,

60. gülürsünüz, heç ağlamırsınız,

61. və oynayıb əylənirsiniz?

62. Siz Allaha səcdə qılın və Ona ibadət edin!


Şərhlər:
Baxılıb: 360
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz