Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məhərrəmin ilk ongünlüyünün EŞQ TƏQVİMİ
Məhərrəmin ilk ongünlüyünün EŞQ TƏQVİMİ
Göndərən: Denizimm
Şərhlər:
Baxılıb: 830
Səs ver:
Məhərrəm ayının 2-ci günü
1. İmam Hüseyn (ə) 61-ci Hicri ilində məhərrəmin 2-də Kərbəlaya daxil oldu. Seyyid ibni Tavus nəql edir: "İmam (ə) Kərbəlaya çatanda soruşdu: "Bu yerin adı nədir?" Kərbəla adını eşidən zaman buyurdu: "Bu yer bizim yerə endiyimiz və bizim qanımızın töküldüyü yer və qəbirlərimizin yeridir. Bu xəbəri cəddim Rəsulallah (s) bizə vermişdir".
2. Bu gün Hürr ibni Yezid, Ubeydullah ibni Ziyada məktub yazaraq, onu İmamın (ə) gəlişindən xəbərdar etdi.
3. Bu günü İmam (ə) Kufə əhlinə məktub yazır və Həzrətin inandığı insanları öz gəlişindən agah etmək istəyir. Həzrət (ə) bu məktubu Qeys ibni Məshərə verir ki, Kufəyə aparsın. Ancaq zalımlar bu səfiri tutur və onu şəhid edirlər. Qeysin şəhadət xəbəri İmama (ə) çatanda Həzrət (ə) ağlayır. Göz yaşı mübarək yanağından axır və o, bu halda buyurur: "Allahım! Bizim üçün və bizim Əhli-beyt (ə) davamçılarımız üçün Öz yanında uca bir qərargah qərar ver. Bizi onlarla bir yerdə Öz rəhmətində cəmlə ki, Sən hər bir işə Qadirsən".

Məhərrəm ayının 3-cü günü
1. Ömər ibni Səd, İmamın (ə) Kərbəlaya daxil olmasından bir gün sonra dörd min nəfərlik ordu ilə Kufədən xaric olur.
2. İmam Hüseyn (ə) qəbrinin olacağı torpaqları 60 min dirhəmə satın alır. Onlarla şərt kəsir ki, insanlara ziyarət üçün yol göstərsinlər və onun zəvvarlarını üç gün qonaq saxlasınlar.
3. Həmin günü Ömər ibni Səd, Kəsir ibni Abdullah adlı birini İmamın (ə) yanına göndərir ki, onun sözünü İmama çatdırsın. Kəsir, Ömərə deyir: "Əgər istəyirsənsə elə həmin görüşdə Hüseyni öldürüm?" Ancaq Ömər qəbul etmir və deyir ki, indi belə bir qəsdim yoxdur. O, xeymələrə yaxınlaşan zaman Əbu Səmamə Seydavi İmamın (ə) yanında idi. Onu görən kimi üzünü İmama (ə) tutur və deyir: "Bu gələn insan dünyanın ən pis bəndəsidir". Ona görə qarşıya gedib, ona deyir: "Qılıncını çıxart və sonra İmamın (ə) yanına get". Deyir: "Heç vaxt belə etmərəm". Əbu Səmamə deyir: "Onda mənim əlim sən sözünü deyənə qədər qılıncının üzərində olacaqdır". Deyir: "Heç vaxt". Əbu Səmamə deyir: "Sözünü mənə de ki, mən İmama (ə) deyim. Sən pis əməl sahibisən. Mən icazə vermərəm ki, İmamın (ə) yanına gedəsən".
O, qəbul etmədi. Qayıdıb, məsələni ibni Sədə deyir. Səəd başqa birini göndərib, İmamdan (ə) soruşur: "Bura nə üçün gəlmişdir? Həzrət (ə) cavabında buyurur: "Kufə əhli məni çağırıbdır, peyman bağlamışam və Kufəyə tərəf gedirəm. Əgər istəmirsinizsə, geri qayıdım?".

Dördüncü gün.
Məhərrəm ayının 4-də Übeydullah Kufə əhlini məsciddə toplayır və xütbə oxuyur. İnsanları İmamla (ə) vuruşmağa həvəsləndirir. 13 min ordu toplanır və dörd qrupa bölünür.

Beşinci gün.
1. Übeydullah ibni Ziyad Şəbəs ibni Rəbiyə adlı bir nəfəri min nəfər qoşunla Kərbəlaya göndərir.
2. Übeydullah ibni Ziyad bu günü əmr edir ki, Zəcr ibni Qeys Kərbəla yolunun üstündə dayansın və hər kim İmama (ə) yardım etmək istəyirsə, qətl etsin. Bu kişinin yanında 500 nəfər var idi.
3. Bu günü bütün məhdudiyyətlərə baxmayaraq, Amir ibni Əbi Səlamə adlı bir nəfər özünü İmama (ə) çatdırır. O, Aşura günü şəhid olur.

Altıncı gün.
1. Bu günü Übeydullah ibni Ziyad, Ömər ibni Səd üçün məktub göndərir və xəbər verir ki, mən səni bütün qüvvələrlə təchiz edirəm. Diqqət et ki, hər gün və hər axşam sənin gördüyün işlərin məlumatını mənə verəcəklər.
2. Bu günü Həbib ibni Məzahir İmama (ə) deyir: "Ya ibni Rəsullah! Bu yaxınlıqda Bəni-Əsəd tayfası yerləşir. Əgər icazə versəniz, mən onların yanına gedim və onları sizə tərəf dəvət edim.
İmam (ə) icazə verir və Həbib ibni Məzahir gecə yarısı bayıra çıxır və onların yanına gedir və deyir: "Sizlər üçün ən yaxşı ərməğan gətirmişəm. Sizi Rəsulallahın (s) övladına yardım etmək üçün dəvət edirəm. Onun elə tərəfdaşları vardır ki, min igidə dəyər. Onu heç bir zaman tək qoymazlar. Düşmənə təslim olmayacaqlar. Ömər onu böyük bir ordu ilə mühasirəyə almışdır. Siz mənim qəbiləm olduğunuz üçün sizi bu işə dəvət edirəm".
Bu zaman Ubeydullah ibni Bəşir adlı biri ayağa qalxır və deyir: "Mən bu dəvəti qəbul edən ilk insanam". Sonra qəbilənin 90 nəfər kişisi ayağa qalxır və İmama (ə) yardım etmək üçün hərəkət edirlər. Bu zaman bir nəfər gizli halda Öməri bu işdən agah edir. O, Əzrəq adlı bir nəfəri 400 nəfərlik atlı ilə onların ardınca göndərir. Onlar yolda bir-biri ilə vuruşurlar. Bəni-Əsəd bu orduya qarşı çıxa bilməyəcəklərini görəndən sonra dağılmağa başladı. Öz qəbilələrinə qayıdıb, oradan köçüb getdilər. Həbib İmamın (ə) yanına gəlir və olanları İmama (ə) danışır.

Yeddinci gün.
1. Məhərrəm ayının 7-də Übeydullah Ömərə məktub yazaraq, ondan istəyir ki, ordusu ilə Fərat çayının yolunu bağlasınlar. Ömər də bu əmrdən sonra Əmru ibni Həcacı 500 nəfərlik ordu ilə Fərata göndərir. İmamın (ə) suya yolunu bağladı.
2. Bu günü Abdullah ibni Həsin adlı bir nəfər bağırır: "Ey Hüseyn! Bu su bir daha səma rəngində olmayacaqdır. Allaha and olsun ki, onun bir damcısını içməyəcəksən. O zamana qədər ki, can verəcəksən!"
İmam (ə) buyurur: "Allahım! Onu susuz öldür və öz rəhmətini ona şamil etmə".
Həmid ibni Muslim deyir: "Allaha and olsun ki, bu danışıqdan sonra onun yanına getdim və gördüm ki, xəstədir. O qədər su içirdi ki, qarnı şişirdi, yenə fəryad çəkirdi ki, susuzam. Bu cür də can verdi".

Səkkizinci gün.
1. Xarzəmi "Məqtəlil Hüseyn" və Xiyabani "Vəqayil əyyam" kitabında yazır ki, Məhərrəm ayının səkkizinci günündə çox susuzlamışdılar. İmam (ə) külüngünü götürür və xeymənin arxasında torpağı qazır. Oradan su çıxır və hamısı içirlər. Müşkləri doldururlar, Sonra o, su gözdən itir və bir daha da görünmür. Bu xəbər Übeydullaha çatan zaman Ömərin yanına adam göndərir ki, Hüseyn quyu qazır və su çıxardır. Bu məktub sənə çatan kimi qoyma ki, onların əli suya çatsın. Ömər də onun əmrini yerinə yetirir.
2. Bu günü Yazid ibni Həsin İmamdan (ə) icazə alır ki, Ömərlə danışıq aparsın. Həzrət (ə) icazə verir. O, salam vermədən Ömərin yanına gəlir. Ömər deyir: "Ey Həmədanlı kişi! Səni mənə salam verməməyə nə vadar etdi? Məgər mən müsəlman deyiləm?" Deyir: "Əgər sən özünü müsəlman hesab edirsənsə, niyə Peyğəmbər (s) itrətinə qarşı çıxmısan? Onları öldürmək istəyirsən, heyvanların içdiyi Fərat çayını onlara qıymırsan?" Ömər başını aşağı salıb deyir: "Ey Həmədani! Mən bilirəm ki, bu nəslə əziyyət vermək haramdır. Mən həssas bir vaxtdayam. Bilmirəm ki, nə edim? Rey hökumətini buraxım, yoxsa, əlim Hüseynin qanına batsın. Bilirəm ki, bu işin cəzası atəşdir. Ey Həmədani! Rey hökuməti gözümün nuru kimidir. Mən ondan keçə bilmərəm".
Yazid geri qayıdır və bu söhbəti İmama (ə) danışır. Həzrət (ə) deyir: "Ömər sizi Rey hökuməti qarşılığında qətl etməyə hazırdır".
3. İmam (ə) Əmru ibni Qərzətə adlı bir nəfəri Ömərin yanına göndərir, ondan istəyir ki, gecə düşən zaman iki ordunun arasındakı yerdə görüşsünlər. İmam (ə) gecə vaxtı 20 nəfərlə və Ömər də 20 nəfərlə həmin yerdə görüşürlər. İmam (ə) yanındakılara əmr edir ki, geri qayıtsınlar. Qardaşı Abbası (ə) və oğlu Əli Əkbəri (ə) yanında saxlayır. Ömər də yanında oğlu Həfəsi və nökərini saxlayıb, qalanını geri göndərir. Bu görüşdə imam (ə) Ömərə höccət tamam edir. Ömər (ə) İmamın hər sualına cavab olaraq, deyir: "Mənimlə dalaşmaq istəyirsən?" Bir dəfə deyir: "Qorxuram ki, evimi xarab edərlər". İmam (ə) buyurur: "Mən evini tikərəm". Ömər deyir: "Qorxuram ki, malımı alsınlar". Buyurur: Mən Hicazda olan malımdan ondan yaxşısını sənə verərəm. Ömər deyir: "Mən Kufədə olan ailəmə görə Ziyadın qəzəbindən qorxuram. Qorxuram ki, onları öldürər". İmam (ə) görür ki, Ömər öz qərarından daşınmayacaqdır. Yerindən qalxır və buyurur: "Sənə nə olacaq? Allah canını yatağında alsın və səni Qiyamət günü bağışlamasın. Allaha and olsun ki, mən bilirəm, sən İraqın buğdasından yeməyəcəksən".
4. Bu macəradan sonra Ömər Übeydullaha məktub yazır və təklif edir ki, İmam Hüseyni (ə) buraxsın. Çünki özü deyir ki, ya Hicaza qayıdacaqdır, ya da başqa bir məmləkətə. Übeydullah bu məktubu cəm içində oxuyur və Şimr onu bu qərarla razılaşmağa qoymur.

Doqquzuncu gün.
1. Məhərrəm ayının 9-da Şimr ibni Zilcöşən ordu ilə Kufədən xaric olur və Kərbəlaya çatır. Übeydullahın məktubunu Ömər üçün oxuyur. Ömər Şimrə deyir: "Vay olsun sənə! Allah evini xarab etsin. Mənim üçün nə qədər çirkin və ar bir xəbər gətirmisən. Allaha and olsun ki, sən Übeydullahı bu qərardan əl çəkməkdən saxlamısan. Bu işi korlamısan".
2. Şimr döyüş qəsdi ilə Kərbəlaya gəlmişdi. Übeydullahdan Həzrət Abbas (ə) üçün amannamə gətirmişdi. Həmin günü bu amannaməni Abbasa (ə) təqdim edir, ancaq o, qəbul etmir. Şimr İmam Hüseyn (ə) xeyməsinin yanına gəlir və Abbası (ə), Abdullahı (ə), Cəfər (ə) və Osmanı (ə) çağırır. Onlar bayıra çıxır və Şimr deyir: "Übeydullahdan sizin üçün amannamə gətirmişəm." Onların hamısı deyir: "Allah sənə və sənin amannamənə lənət etsin. Bizim amanımız olsun, ancaq Peyğəmbərin (s) oğul və qızlarının amanı olmasın?".
3. Bu günü döyüş elan edilir. Həzrət Abbas (ə) İmamı (ə) xəbərdar edir. İmam Hüseyn (ə) buyurur: "Ey Abbas! Canım sənə fəda olsun! Atına min və onlardan soruş ki, məqsədləri nədir?" Həzrət Abbas (ə) gedir və xəbər gətirir ki, onlar deyir: Ya əmirin hökünü qəbul etsin, ya da döyüşə hazırlaşsı". İmam Hüseyn (ə) Həzrət Abbasa (ə) deyir: "Əgər bacarsan, döyüşü sabaha qədər təxirə sal. Bu gecə möhlət versinlər ki, biz Allahımızla raz-niyaz edək və namaz qılaq. Allah Taəala bilir ki, mən Ona xatir namazı və Quran təlavətini sevirəm". Abbas zalım qoşununun yanına gedir və möhlət istəyir. Onlar bu təkliflə razılaşır və onlara sabaha qədər möhlət verirlər.

Aşura gecəsi.
1. Aşura gecəsində İmamın (ə) tərəfdaşlarından olan Muhəmməd ibni Bəşirə xəbər verirlər ki, oğlunu Rey sərhədində əsir tutublar. İmam (ə) ona buyurur ki, mən beyətimi səndən götürürəm və get oğlunu azad et.
Muhəmməd deyir: "Nə qədər ki, sağam, vəhşi heyvanların yeməyi olaram, əgər belə etsəm, səndən ayrı düşərəm". İmam (ə) ona beş libas verir və bu libasların dəyəri min dinar idi. Muhəmmədə deyir: "Onda bu paltarları yanında olan oğluna ver ki, qardaşını qurtarmaq üçün istifadə etsin".
2. İmam (ə) Aşura gecəsində tərəfdaşlarının şəhadət xəbərini verir və onlara İlahi mükafat müjdəsini vədd edir. Bu məclisdə Qasim ibni Həsən (ə) İmama deyir: "Mən də şəhid olacam?" İmam (ə) mehribanlıqla deyir: "Ölüm sənin üçün necədir?" Deyir: "Əmi! Ölüm mənim üçün baldan da şirindir". İmam (ə) buyurur: "Sən də şəhid olacaqsan, necə ki, oğlum Abdullah (ə) şəhid olacaqdır". Qasim deyir: "Məgər düşmən ordusu xeymələrə hücum edəcəkdirmi?" İmam (ə) Abdullahın (ə) şəhadət macərasını danışır və Qasim (ə) tab gətirmir. Zar-zar ağlamağa başlayır.
3. İmam (ə) Aşura gecəsi əmr edir ki, xeymələri qorumaq üçün qarşısında xəndək qazsınlar. Sonra da üzərini çör-çöplə bağlasınlar. Düşmən gələnə yaxın ona atəş vursunlar və bu da onların xeymələr ilə əlaqəsini kəsər.
4. Şeyx Səduq yazır: "Aşura gecəsi Əli Əkbər ağa və 30 nəfər dostları Fərat çayından su gətirirlər. İmam (ə) onlara buyurur: "Qalxın və qüsl alın. Dəstəmaz alın ki, bu sizin sonuncu azuqənizdir".

Aşura günü.
Bu gün döyüş günüdür. 72 nəfərə qarşı minlərlə kinli düşmən. Bu gün Aşura günüdür və hər nə desək, az demiş olarıq. Bu qanlı və bərabər olmayan döyüşdə çox sayda düşmən qətl edilir və İmamın (ə) səhabələri və Əhli-beyti (ə) əbədi səadətə qovuşurlar.


Şərhlər:
Baxılıb: 830
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz