Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İslam subay qalmağı istəmir
İslam subay qalmağı istəmir
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1668
Səs ver:

http://imgs.su/tmp/2012-02-06/1328495865-435.jpg

İslam subay qalmağı istəmir
Subaylıq sultanlıqdır deyiblər ancaq görəsn bu həqiqətən də belədir yoxsa bu deyim sadəcə bir xalq uydurmasıdır. Yetkinlik yaşına çatmış daha dəqiq desək özünü evlilik üçün hazır görən insanların evlənməsi bəyəniləndir. Dinimizdə də bu belə buyrulub. Bir dəfə üç nəfər Hz.Peyğəmbərin yanına gələrək, onun necə ibadət etdiklərini soruşdular. Onlara Rəsulullahın ibadəti haqqında bilgi verildi. Az olduğunu görüb təəccüblə: «Biz Peyğəmbərlə bir ola bilərik? Onun keçmiş və gələcək günahları bağışlanıb», - dedilər. Onlardan biri bütün gecəni namaz qılmaqla keçirəcəyini, başqasi hər gün oruc tutacağını və üçüncüsü də qadınlara yaxınlaşmayacağını bildirdi. Bu xəbər Hz.Peyğəmbərə çatdırıldı. Allah Rəsulu onları yanına çağırdı: «Allaha and olsun ki, mən sizin Allahdan ən çox qorxanınızam. Ondan ən çox çəkinən də mənəm. Bəzən oruc tutur, bəzən də orucumu açıram. Namazlarımı da qılar, bəzən də uzanıb istirahət edirəm. Qadınlarla da evlənirəm. Mənim yolumdan üz çevirən məndən (mənim ümmətimidən) deyil», - buyururaraq, insanın təbii ehtiyaclarını təmin etməyin İslamın gətirdiyi prinsiplər olduğunu bildirmişdir.

Hətta səhabələrdən Muğira b. Şubə bir qadınla ailə həyatı qurmaq istədiyini Həzrəti Peyğəmbərə söyləyəndə Rəsulullah həmin qadını görüb-görmədiyini ondan soruşmuşdu. Muğirə görmədiyini söyləyəndə isə Peyğəmbər (s): "Get, gör, çünki bu bir-birinizi başa düşüb uyğunlaşmağınız üçün ən uyğun davranışdır", - demişdir.

Həzrəti Peyğəmbərin dövründə qız istəmək məsələsi müasir dünyanın bugünkü insanlarını belə təəccübləndirəcək qədər azad idi. Həzrəti Əli Peyğəmbərin qızı Fatiməni şəxsən Rəsulullahın özündən istəmişdir. Səhabələr də yetişkin qızlarını və ya yaxınlarını evlənmək istəyən münasib adamlara təklif edər, onlar da qızı görüb razılığı aldıqdan sonra ya evlənər, razılaşmasalar isə uyğun bir üslubda qəbul etmədiklərini bildirərdilər. Hətta namusu ilə tanınan bəzi qadınlar ərə getmək istəklərini şəxsən özləri bildirərdilər. Bu həmin şəxslərin səmimiyyəti ilə əlaqədar idi. Qız və ya dul olmasından asılı olmayaraq, qadınların həyat yoldaşını seçmək hüququ var. Onlar icazəsi olmadan valideynləri tərəfindən ərə verilə bilməzlər.

Allah Rəsulu bəzi səhabələrin dünya nemətlərindən uzaqlaşaraq özlərini ibadətə həsr etmələrinə razı olmamışdır. Səhabələrdən Osman bin Mazun dünyadan və qadından əl çəkib özünü ibadətə həsr etmək arzusunu reallaşdırmaq istəyinə Həzrəti Peyğəmbər icazə verməmişdi.

Mənbə: Elşad Miri, İslamda ailə həyatı kitabından..



Şərhlər:
Baxılıb: 1668
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz