Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Aşura qiyamının şəraiti (4). Müaviyənin cəmiyyətə təsir edə bilməsinin səbəbləri
Aşura qiyamının şəraiti (4). Müaviyənin cəmiyyətə təsir edə bilməsinin səbəbləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 334
Səs ver:
Tarixin müəyyən fərqlərlə təkrar olunduğunu və onun oxşar cəhətlərinin müxtəlif dövrlərdə cüz`i dəyişikliklərlə baş verdiyini nəzər alsaq, qarşıya başqa bir sual meydana çıxır. Müaviyə təbliğat aparıb xalqı aldadırdı və xalq da sadəlövhcəsinə aldanırdı. Görəsən, xalqın belə rahatlıqla tə`sir altına düşməsinin səbəbi nə idi?
Tarix bizə dərs olmalıdır. Biz ondan təcbürə götürməli, ibrət almalıyıq. Müsəlmanların, eləcə də ayrı-ayrı xalqların etdiyi səhvləri təkrarlamamalıyıq. Bu silsilənin davam etməməsi üçün özümüzü yad ünsürlərin, nahaq sözlərin tə`siri altına düşməkdən qorumalıyıq. Nəzərdən qaçırmaq olmaz ki, o zamanın şəraitinə oxşar bir vəziyyətlə biz də üzləşə bilərik. Əlbəttə, bu o demək deyil ki, hökmən ayrı bir Müaviyə, Yezid, Şimr və ibni Ziyad kimi adamlar ortalığa çıxmalıdır. Tarixi hadisələr olduğu kimi təkrarlanmır. Onun oxşarı olan hadisələr baş verir. Mö`təbər sənədlərə əsaslanan, həm sünnü, həm də şiə mənbələrində Peyğəmbərdən (s) nəql olunmuş belə bir rəvayəti eşitməmiş olmazsınız. Peyğəmbər (s) buyurur: "Bəni-İsrail qövmünün başına gələnlər, mənim də ümmətimin başına gələcəkdir.” Sonra o həzrət (s) belə bir cümləni də artırır: "Əgər Bəni-İsrail kərtənkələ yuvasına girməli olsa, siz də girəcəksiniz.”
Bu rəvayətin mə᾿nası o demək deyil ki, hökmən bizim də zamanımızda bir nəfər Fir᾿on peyda olacaq və deyəcəkdir ki, mən sizin allahınızam.
Yə᾿ni, Peyğəmbərin də ümməti ya Fir᾿on kimi bir bəlaya düçar olacaq və ya Qarun kimi birisi peyda olacaq, ya da bir nəfər Samiri kimisi bir buzov düzəldib, camaatı ona sitayiş etməyə də᾿vət edəcəkdir. Mə`lum məsələdir ki, bu hadisələr eynilə təkrar olunmayacaq. İslam peyğəmbəri həzrət Məhəmmədin (s) zamanında baş verən hadisələr mümkündür sonralar da baş versin. Lakin, bu o demək deyildir ki, Şamda yenidən Müaviyə adlı bir diktator meydana çıxacaq, özündən sonra oğlunu vəliəhd tə`yin edəcəkdir. Yə`ni, hədəf və məqsədi eyni olan hadisələr baş verə bilər. Müaviyəni o faciələri törətməyə vadar edən amillər başqalarında da tapıla bilər. Onun öz məqsədinə çatmaq üçün istifadə etdiyi üsullardan digərləri də eyni məqsəd üçün istifadə edə bilərlər. O dövrdə cəmiyyətdə yaranmış süstlük, iradəsizlik, məs`uliyyətsizlik, biganəlik mümkündür sonrakı zamanlarda da yaransın.
Bu mövzunu o zamanın şəraitindən başlayaraq, təhlil edib araşdırmaq olardı. Güman edirəm nəzərdə tutulan nəticəni əldə etmək üçün sadə yollardan biri, imam Hüseyn əleyhissəlamın bu sözlərindən istifadə etməkdir.
İmam Hüseyn əleyhissəlamın həcc mərasimi zamanı Minada nüfuzlu şəxslər, sayılıb-seçilən bə᾿zi alimlərlə olan söhbətinin bir hissəsini ötən bəhslərimizdə qeyd etmişdik. İndi də onun nəzərdə tutulan məsələ ilə bağlı olan hissələrinə toxunmaq istərdim. İmam İmam Hüseyn (ə) söhbət əsnasında belə buyurur: "Baxmayaraq ki, Allah sizə bu cür ali ictimai mövqe nəsib etmişdir, amma öz mövqeyinizdən istifadə edib iş görmürsünüz.”
İmam Hüseyn (ə) bu insanları, xalq arasında hörmət-izzət sahibi olmalarına baxmayaraq, öz nüfuz və elmlərindən haqq yolunun göstərilməsində onlardan gözlənilən sə`yi göstərməmək və yığdıqları mal-dövlətdən Allah yolunda xərcləməməkdə ittiham edirdi.
Adətən, imamın həmsöhbət və ünsiyyətdə olduğu insanlar xüms, zəkat və digər vacib şər᾿i xərcləri vaxtı-vaxtında ödəyirdilər. İmamın - maddi yardım göstərmirsiniz - deməsində məqsədi bunlardan daha artıq şeylərdir. Çünki, bə᾿zən dinin qorunması üçün şəxsi var-dövlətdən xərcləmək zəruri olur.
Demək olmaz ki, mən vacibi vegilərimi ödəmişəm, daha boynumda heç bir şər`i borc yoxdur. Bizim ilk addımımız, dinin qorunub-saxlanılması, ona qarşı yönəlmiş təcavüzlərin qarşısının alınması yolunda maddi-mə`nəvi imkanlarımızdan yetərincə istifadə etməyimiz olmalıdır.


Şərhlər:
Baxılıb: 334
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz