Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İmam Hüseynin (ə) düşmənlərini niyə lənətləməliyik?
İmam Hüseynin (ə) düşmənlərini niyə lənətləməliyik?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 408
Səs ver:
Bu sualın ardınca digər bir sualla da qarşılaşa bilərik. Hal-hazırda cəmiyyətdə bu sual ətrafında çoxlu mübahisələr yaranır. Bu söhbətlərin əksəriyyəti də münafiqlər tərəfindən qızışdırılır. Əlbəttə, zəmanəmizin münafiqlərini nəzərdə tuturam. Onlar deyirlər: "Çox gözəl, bura qədər biz sizinlə razılaşır, imam Hüseyn tarixinin tə᾿sir və faydalarını və bu xatirənin yaşadılması üçün lazım olan mərasimlərin keçirilməsinin vacibliyini də qəbul edirik. Amma belə əzadarlıqlarda siz başqa işlər də görürsünüz. İmam Hüseyn əleyhissəlamın xatirəsini əziz tutmaq və şəhadətinə acımaqla yanaşı, imamın düşmənlərinə də lə᾿nət deyirsiniz. Bu iş nəyə lazımdır? Niyə imam Hüseyn əleyhissəlamın düşmənlərini lə᾿nətləyirsiniz? Sizin bu işiniz bir növ kobudluqdur, bədbinlikdir. Bir növ mənfi hisslərdəndir və «modern insan» xisləti ilə uyuşmur. Sizin qəlbiniz riqqətə gəlir və kövrəlirsə, nə qədər istəyirsiniz ağlayın, əzadarlıq edin. Daha imamın düşmənlərini niyə lə᾿nətləyirisiniz? Niyə deyirsiniz: "Mən sənin düşmənlərinin cövrü-cəfasından Allaha pənah aparıram. Aşura ziyarətində imamın düşmənlərinə yüz dəfə lə᾿nət deməyi niyə tə᾿kid edirsiniz? Elə ziyarətdə olan yüz salamı verməklə kifayətlənmək olmazmı? Axı nə üçün bu lə᾿nətləri deməklə camaatı da başqalarına qarşı bədbin edir və ya onlara qarşı mənfi hisslər aşılayırsınız? Müasir dövrümüzdə mümkün qədər camaatla xoş, mehriban rəftar etməliyik. Bu günlər biz yaşamaqdan dəm vurmalı, deyib-gülməli, sülhdən, barışıqdan danışmalıyıq. Qarğış yağdırmaq, lə᾿nət demək, küsüb-küsüşmək insana yaraşmayan kobud işlərdəndir. Bunlar imam Hüseyn əleyhissəlamın şəhid edildiyi bir tarixdə, 1400 il bundan əvvəl baş verib. Bunlar o zamanın tərzi-təfəkkürünə bağlıdır. Artıq bu günlər cəmiyyət belə şeyləri qəbul etmir. Gəlin bunların yerinə barışıqdan danışın, düşmənlərinizə də məhəbbət göstərin, onlarla da deyin gülün. Məgər, İslam dini dostluq, məhəbbət dini deyilmi?”.
Əgər bir insan doğrudan da bunları bilmədən soruşarsa, onun suallarına cavab vermək o qədər də çətin bir iş deyildir. Amma güman edirik ki, bu sözləri deyənlərin məqsədləri tamam başqadır. Çox ehtimal ki, onlar ya başqalarının cızdığı plan əsasında bu sualları ortaya çıxardırlar, ya da özlərinin bu işdə güddükləri başqa bir siyasət vardır. Əgər bu suallar əqli və elmi şəkildə verilərsə, cavablarını da uyğun şəkildə təhlil edəcəyik.
Fərz edin ki, bu sualları bizdən yeniyetmə soruşur. Deyir: "İmamın düşmənlərinə niyə lə᾿nət edirsiniz? Bunların yerinə ziyarətdə salam verməklə kifayətlənmək olmazmı? Kifayət etməsə, yenə də təkrar olaraq yüz salam göndərin. Axı qarğış yağdırmaq, lə᾿nət demək nəyə lazımdır?
Bu sualın elmi cavabı budur ki, insanın xisləti təkcə dərketmə ünsüründən ibarət olmadığı kimi, onun qəlbi, duyğusu və hissləri də yalnız müsbət hisslərdən yaranmamışdır. İnsan həm müsbət, həm də mənfi duyğuya malik olan bir məxluqdur. Vücudumuzda sevinib-şənlənmək hissi olduğu kimi, qüssələnmək hissi də mövcuddur. Allah bizləri bu xislətlər üzrə yaratmışdır. Yaradan bizlərə gülmək qabiliyyəti verdiyi kimi, ağlamaq qabiliyyəti də vermişdir. Biz münasib şəraitə görə həm gülə, həm də ağlaya bilərik. Bu qüvvələrdən birini dayandırmaqla, Allahın bizə əta etdiyi ne᾿mətdən məhrum olur, nəticədə, fiziki və ruhi böhranlarla qarşılaşırıq. Belə bir xüsusiyyətin olmasına dəlil, bizlərin yeri düşəndə ağlaya bilməyimizdir. Görəsən, Allahın bizim vücudumuzda bu duyğunu qoymaqda məqsədi nə olmuşdur? Bu hiss nə üçün bizdə hüzn yaradır, gözlərimizi yaşardır? Mə`lum məsələdir ki, ağlamağın da insanın həyatında müəyyən rolu vardır. Allahın verəcəyi əzabın qorxusundan kövrələn qəlb və ya Allahın mərhəmətinə qovuşmaq üçün çırpınan ürəyin çeşməsindən qaynayan göz yaşları, insanın ilahi təkamülə çatmasında mühüm rol oynayır. İnsan öz məhbubunun hüzünlü halını gördükdə, qəlbi riqqətə gəlir. İnsanın şəraitə uyğun haldan-hala düşməsi, onun təbiətindən irəli gəlir.
Allah-taala bizlərdə məhəbbət və şəfqət hissi də yaradıb. Biz təbii olaraq insanlığa xidmət göstərir, həmçinin müxtəlif kamal sahiblərinə, istər fiziki olsun, istərsə də ruhi, əqli məhəbbət və ya hörmət izhar edirik. Bir yerdə mə᾿rifət və ya kamal sahibinin mövcudluğu haqqında xəbər eşitdikdə, qəlbimizdə təbii olaraq, ona qarşı məhəbbət hissi yaranır. Bundan başqa, insanın vücudunda məhəbbətlə ziddiyyət təşkil edən nifrət və kin vardır. İnsan ona xidmət göstərmiş hər hansı bir şəxsə məhəbbət izhar etdiyi kimi, fitri olaraq da ona zərər vuran insana nifrət bəsləyir. Əlbəttə, mö᾿min şəxs üçün maddi, dünyəvi zərərlərin elə bir əhəmiyyəti yoxdur. Amma insan dinini, əbədi səadətini ondan almış şəxsin əməllərinə göz yuma bilərmi?
Qur᾿ani-Kərim buyurur: "Şeytan sizin düşməninizdir. Siz də gərək onunla düşmənçilik edəsiniz”.
Şeytanın üzünə gülmək və onunla qol-boyun olmaq olmaz. Əks təqdirdə, insan şeytana çevrilər. Allah dostları ilə dost oluruqsa, gərək düşmənləri ilə də düşmən olaq. Belə bir mövqe insanın fitrətindən qaynaqlanır və insanı təkamülə, səadətə çatdırır. Əgər Allah düşmənləri ilə düşmənçilik olmasa, tədricən insan onlarla ünsiyyət tapar və bu əlaqələrin nəticəsində onların davranış və fikirlərini qəbul edər. Yavaş-yavaş onlardan biri kimi şeytana çevrilər.
Əgər bir kimsə bu sözü qəbul etməsə, onda Qur᾿ana müraciət etsin. İlahi kəlamda şəkk-şübhə yoxdur.
Qur᾿ani-Kərim buyurur: "Elə ki, gördün biri din haqqında pis danışır, istehza, məsxərə edir, onlara yaxınlaşma.. Söhbətlərini dəyişməyənə qədər dediklərinə qulaq asma!”.
Başqa bir ayədə belə buyurur: "Əgər bu nəsihətə qulaq asmasalar, bilsinlər ki, sonda onlara qovuşacaqlar.”
Dinə istehza, məsxərə edənlərə məhəbbət, şəfqət göstərən, onlara xoş üzlə baxan kəslərin aqibəti onların tə᾿siri altına düşməsi ilə nəticələnəcək. Elə ki, tə᾿sir altına düşdülər, ürəklərində şəkk-şübhə yaranacaqdır. Ürəkdə şəkk yarandısa, imanda nifaq və ikiüzlülük edəcəklər. İnsanın qəlbində imanı olmayıb, müsəlman olduğunu desə, münafiq sayılır.
Qur᾿an buyurur: "Dünyada kafirlərlə həmsöhbət olanlar nəhayətdə münafiq, axirətdə də cəhənnəm odunda bir yerdə olarlar”.
Başqa ifadə ilə desək, düşmənlərin qarşısında düşmənçilik, təhlükə və zərər müqabilində müdafiə sistemini yaradır. İnsanın orqanizmi ona faydalı olan maddə və vitaminləri cəzb etdiyi kimi, onun digər müdafiə sistemi də sağlamlığına zərərli mikroblar və qalıqları də`f edir. İnsan bədəninin müdafiə sistemi zəifləsə, mikroblar üçün artıb inkişaf etməyə şərait yaranar. Bu, insanın xəstələnmə və hətta ölümü ilə nəticələnə bilər. Əgər biz mikrobların inkişafına şərait yaratsaq, bu vəziyyətdə bədənimizin sağlam qalacağına tə`minat verə bilərikmi? Mikrobla mübarizə aparmaq lazımdır. Bu ilahi bir qanun, ilahi hikmət və tədbirin hər bir canlı varlıq üçün qoyduğu sistemdir. Biri cəzbetmə, digəri isə, dəfetmə sistemidir. Hər bir canlı varlığın inkişafı üçün zəruri maddələrin lazımi orqanlara cəzb edilməsi vacib olduğu kimi, zərərlərin də`f edilməsi də zəruridir. İnsanın bə᾿zi orqanları bu vəzifələri adi şəkildə icra edirlər. Məsələn, böyrək, mə`də, qan dövranı sistemi və s. Bə᾿zən də xarici mühitdən bədənə hücum çəkən mikroblara qarşı bu sistem mübarizəyə başlayır. İnsanın ruhunda da belə bir xüsusiyyət olmalıdır. Psixoloji cəzbetmə amilinin vasitəsi ilə insanlara qarşı ehtiramla yanaşıb, məhəbbət izhar etməliyik. Biz onlardan elm, əxlaq, mə᾿rifət öyrənirik.
Görəsən, nə üçün insanlar tərbiyəli, əxlaqlı və savadlı şəxsləri sevirlər? Çünki, onlarla ünsiyyətdə olmaq insanlara xeyir gətirir. Cəmiyyətin tərəqqisində rolu olmuş, hikmət, kamal mənbəyi olan belə şəxslərə qayğı və ehtiram göstərmək bizim borcumuzdur. Bunun müqabilində cəmiyyəti bədbəxtliyə, rəzalətə sürükləyən şəxslərlə də düşmənçilik edilməlidir.
Qur᾿ani-Kərim buyurur: "Siz gərək İbrahim peyğəmbər və onun dostlarının yolunu tutasınız.”
Bildiyiniz kimi, İbrahim əleyhissəlamın İslam mədəniyyətində tutduğu mövqe həddən artıq yüksək və mühümdür. Peyğəmbərimiz Məhəmməd (s) da belə buyurmuşdur: "Mən İbrahim əleyhissəlama tabeyəm. İslam adını da bu dinə verən İbrahim (ə) olmuşdur”.
Allah-taala buyurur: "Siz gərək İbrahim əleyhissəlamın yolu ilə gedəsiniz”.
Görəsən, İbrahim (ə) nə iş görmüş və hansı yolla getmişdir? İbrahim (ə) və tərəfdarları, onlara düşmən kəsilmiş bütpərəstlərə, yurdundan, şəhərlərindən didərgin salanlara deyirdilər: "Biz sizdən bizarıq, sizin işlərinizdən uzağıq”. Sonra buna da qane olmayıb buyurmuşdu: "Bizimlə sizin aranızda olan düşmənçilik qiyamət gününə kimi davam edəcəkdir. Bir şərtlə ki, xəyanətdən əl çəkib, doğru yola qayıdasınız”.
Bizim də İslam düşmənləri və İmam Hüseyn əleyhissəlamın qatillərinə olan kin və qəzəbimiz İbrahimin tutduğu yolu davam etməyimizdən irəli gəlir. Qur᾿ani-Kərimdə bu barədə belə buyurulur: "Gərək sizlər İbrahim əleyhissəlamın yolunu tutub, din düşmənlərinə olan ədavətinizi e᾿lan edəsiniz”.
Hər vəziyyətdə xoşrəftar olub, xoş üz göstərmək olmaz. Bə᾿zi şəraitdə gərək cəsarətli olub, bəli, mən səninlə düşmənəm, öz xəyanətindən əl götürməyincə barışıq, danışıq yoxdur, deyə biləsən.
Görəsən günahsız, müdafiəsiz bir xalqı qanına qəltan edən, on minlərlə insanı evsiz-eşiksiz qoyan erməni quldurlarına məhəbbət izhar edib, onlarla bir araya gəlmək olarmı? Görəsən, tutduğu alçaq mövqe və xəyanətindən bir addım da geri dönmək niyyətində olmayan xalq düşmənlərinə xoş üz göstərib, bəşəri əxlaqdan danışmaq nə dərəcədə məqsədəuyğundur?! Və ya bunlarla sazişə can atan, daim barışıqdan dəm vuran şəxslər nə kimi müsbət nəticələr əldə etmişlər?! (Mütərcim)
Əvvəllər dinin şaxələri on idi. Sonra bunlara yeni bir qol da əlavə edildi. Əmr be mə᾿ruf, nəhy-əz münkərdən sonra iki şaxə də artırılıb; təvəlla və təbərra məsələsi də dinin əsas məsələlərindən hesab edildi. Yə᾿ni, müsəlmanlara əməli olaraq, vacib olan işlərdən biri də Allah dostları ilə dost olub, düşmənləri ilə düşmənçilik etməkdir.
Əsas məsələ bizim cəzb və dəfetməni yerində tətbiq edə bilməyimizdir. Bə᾿zən biz bunların yerini dəyişik salırıq. Cəzb edəcəyimiz yerdə də`f edirik. Bir kimsə səhvən bir söz söyləyərək, sonradan öz peşmançılığını bildirərsə, onu o dəqiqə düşmən e᾿lan etmək olmaz. Biz səbrlə onu başa salsaq, yəqin ki, öz səhvini başa düşüb günahını e`tiraf edəcəkdir. Bir günah işə görə həmin şəxsi cəmiyyətdən təcrid etmək olmaz. Biz onun islahına çalışmalıyıq. O, diqqətə ehtiyacı olan xəstə kimidir. Belə yerdə düşmənçilik yaramaz. Amma bir kimsə bilərəkdən hər hansı günahı cəmiyyətdə yaymaq istəsə, o xəbis və xəyanətkar bir insandır. Belə adamla düşmənçilik edilməlidir. Amma bilmədən günah iş tutmuşsa, onunla mehribanlıqla rəftar edilməli, səhvini başa salıb doğru yola qaytarmaq lazımdır. Belə şəxslərə kömək etməliyik, yardım əli uzatmalıyıq. Onun hansısa bir problem ucbatından belə bir iş tutmasını nəzərə almalı və islah edilməsinə çalışmalıyıq.
Düşmənçiliyinə and içmiş qəddar, kinli adam haqqında Allah-taala belə buyurur: "Siz öz haqq yolunuzdan əl götürmədiyiniz kimi, onlar da öz düşmənçiliklərindən əl çəkən deyillər”.
Bəli, biz öz haqq mübarizəmizdən əl çəkməyincə, ermənilər də bizdən əl çəkməyəcəklər. Hər gün dözməli və mübarizə aparmalıyıq. Bu cür xəbislərlə şiddətli qəzəblə, sərt şəkildə davranmalıyıq. Belələrinin başına ölüm şüarı yağdırılmalıdır. Çünki onlar bizim üçün ölümdən başqa heç nəyə razı deyillər. (Mütərcim)
Burada belə bir nəticəyə gəlmək olar ki, şəhidlər sərvərinə keçirilən mərasimlərin mahiyyəti, Hüseyn əleyhissəlamın məktəbinin yenidən dirçəldilməsidir. Bu məktəbdən daha yaxşı bəhrələnə bilməyimiz üçün sadəcə elmi bəhslər kifayət deyil. Çünki insan, öz duyğularının yaşadılmasına ehtiyac duyur. Bundan əlavə, biz ancaq şən və müsbət duyğularımızla qane ola bilmərik. Şəhidlər sərvərinin xatirəsini və məzlumiyyətini yaşadıb dirçəltmək, məhərrəmlik ayının öz ruhuna uyğun hüznlə, müsibət səhnələrinin canlandırılması ilə mümkündür. Biz bu mərasimlərdə Hüseyn əleyhissəlamın xatirəsini əziz tutmaq, ona salam göndərib məhəbbət izhar etməklə yanaşı, İmamın və eləcə də Allahın düşmənlərinə lə᾿nət yağdırıb, nifrətimizi bildirməliyik. Ancaq salam verməklə işlər həll olmur; əvvəlcə düşmənlərə qarşı qəzəb hissimizi izhar etməli, sonra dostlara salam göndərməliyik!
Qur᾿an belə buyurur: "Əşiddau ələl kuffar." (Yə`ni, kafirlərə qarşı kəskin.) "Ruhəmau beynəhum.” (Bir-birlərinə qarşı isə mehriban olarlar.)
Deməli, salamın yanında lə᾿nət, vilayətin yanında İslam düşmənlərinə qarşı düşmənçilik də olmalıdır. Məhz bu şəkildə həqiqi İmam Hüseyn ardıcılı hesab olunarıq.


Şərhlər:
Baxılıb: 408
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz