Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Aşura gününün və gecəsinin əməlləri
Aşura gününün və gecəsinin əməlləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1292
Səs ver:
 

Aşura gününün əməlləri.
İmam Hüseyn (ə) buyurmuşdur: Hər kim bir möminin çətinliyini həll etsə Allah onun dünya və axirət çətinliyini həll edər.

İmam Hüseyn (ə) buyurmuşdur: Mən ölümü səadət, zalimlərlə birgə yaşamağı isə ar hesab edirəm.

Bu gün İmam Hüseynin şəhid olduğu gündür. Bu gün imamların və onları sevib ardınca gedənlərin müsibət və hüzn günüdür. İmamlara sevgisi olan hər bir kəsə lazımdır ki, bu gündə dünya işlərinin dalınca getməsin, evinə bir şey almasın! Öz əzizlərinə-qohumlarına qurduğu matəmdən çox İmam Hüseyn əleyhis-səlama yas saxlasın! Onun, 72 şühədanın və əhli əyalının başlarına gələnləri yad edib əza məclisləri qursun! Həmin gün, axşam namazına 1 saat qalana qədər yemək yeməsin, su içməsin (oruc niyyət etmədən). Yemək yeyəndə isə ləziz yemək yeməsin! İmam Rza (ə) buyurmuşdur : Hər kim Aşura günü dünya işlərinin dalınca getməyi tərk etsə Allah onun dünya və axirət işlərini həll edər. Hər kim Aşura gününü özünə müsibət, hüzn və ağlamaq günü etsə Allah qiyamət gününü onun sevinc və fərəh günü edər. Cənnətdə bizimlə gözü işıqlanar. Hər kim Aşura gününü bərəkətli gün adlandırıb oruc tutsa Qiyamət günü Yezid lənətliklə birgə olar. Əhlibeytə (ə) məhəbbəti olanlar öz əzizi vəfat edəndə olduğu kimi, təzə paltar geyinməsin, bu gün gülməsin, bir-birinin əlini sıxmasın! Bacarsan bu gün 1000 dəfə imam Hüseynin (ə) qatillərinə lə’nət de: (allahumməl’ən qətələtəl Hüseyn əleyhissalam). Hər kəs bu gün 100 dəfə ixlas sursəsini oxusa Allah Taala mərhəmət gözü ilə baxar.

Peyğəmbərimiz (s.ə.s) buyurmuşdur : Həqiqətən Hüseyn (ə) hidayət (doğru yönəltmə) çırağı və nicat gəmisidir!

Salam olsun sənə ey Allahın dostu İbrahimin (ə) varisi! Salam olsun sənə ey Allahın həbibi (sevimlisi) Muhəmmədin (s.ə.s) varisi! Salam olsun sənə ey hər iki dünya qadınlarının xanımı Fatimeyi Zəhranın (ə) varisi! Salam olsun sənə ey Peyğəmbərin balası Şəhid Həsənin (ə) varisi!

Allahın salamı olsun sənə ey Şəhid! Ey Şəhid oğlu! Ey Şəhid qardaşı! Ey Şəhidlər atası Hüseyn!

Ey mənim mövlam Hüseyn (ə)! Mən bu gün Allahın və sənin qonağınam! Allah-taaladan istə ki, bizi Cəhənnəm atəşindən azad etsin! Gözümüzə nur, dinimizdə gözüaçıqlıq, qəlbimizə yəqinlik, əməlimizə ixlas, canımıza salamatlıq, ruzimizə bolluq və ölənə qədər Ona şükr etməyi bəxş etsin! Müsəlmanların pozulmuş işlərini düzəltsin! Qarabağı azad etmək şücaətini bizə qismət etsin! Yaxşı işlərə dəvət etməyi və pis işlərdən çəkindirməyi bizə də nəsib etsin! 12-ci İmam Mehdi Sahibəz-zamanı (ə) bizdən, bizi də ondan razı etsin

Aşura gecəsinin əməlləri
1-ci. 100 rəkət namaz. (yə’ni: sübh namazı kimi 50 namaz) hər hərəkətdə həmddən sonra 3 ixlas surəsini (yə’ni: Qulhvəllah sursəini) oxu [Niyyət: Aşura gecəsinin namazını qılıram qürbətən iləllah]. 100 rəkəti qılıb qurtarandan sonra 70 dəfə de: Sübhanəllah vəlhəmdü illah vəla ilahə illəlahu vəllahu əkbər, vəla hovlə vəla qüvvətə illa billahil əliyil əzim.

2-ci. Əmirəl mö’minin İmam Əlinin namazı, 4 rəkət (2 dəfə sübh namazı kimi) hər rəkətdə həmddən sonra ixlas surəsini oxu. Namazdan sonra Peyyğəmbərimizə və Əhli beytinə çoxlu salavat, onların düşmənlərinə isə lə’nət de .

3-cü. Bu gecəni sabaha qədər əhya saxlamaq (oyaq qalmaq) Hədisdə deyilir: "Hər kim bu gecəni əhya saxlasa Allah Taala üçün bütün mələklərin ibadətini etmiş olar."

 



Şərhlər:
Baxılıb: 1292
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz