Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kasıblıq müsəlmana yaraşırmı?
Kasıblıq müsəlmana yaraşırmı?
Göndərən: Lola_Maya_
Şərhlər:
Baxılıb: 531
Səs ver:
Allah-Təala elmi istəyənə, sərvəti istədiyinə verər. Bu da bir imtahandır, hikmətini də Özü bilər. Amma bərəkətin harada olduğunu da Ondan başqa kimsə bilməz. Birisi əlində-ovcunda olan-qalan nəyi varsa Allah yolunda sədəqə verir, birisi də onun verdiyinin min qatını. Allah-Təala verilənin azına-çoxuna deyil, verənin səmimiyyətinə baxar.

Hər şeyin Sahibi olan Allah-Təala özünə yer üzündə xəlifə olaraq yaratdığı insana lazım olan bütün nemətləri onun ətrafına düzüb. Qurani-Kərimdə bildirildiyi kimi, göylər və yerlər, Günəş, Ay, ulduzlar, heyvanat və nəbatat insan üçündür. Allah-Təala hətta insana lazım olanlardan da çox şeylər yaradıb bu yer üzündə. Hikmətini Özü bilir, amma bizə də nəyin halal, nəyin haram olmasını bildirərək sanki onlarla bizi imtahana çəkir. Hər şey insan üçündür, insan isə Allaha itaət və ibadət üçün. İnsanlığın mahiyyəti budur. O ki qaldı insana halal buyurulmamışlara, bu haqda bircə onu deyə bilərəm ki, halal qılınmışlar insana zövqlü bir həyat yaşaması üçün artıqlaması ilə kifayətdir. Harama meyil etmək artıq o insanın fitrətində hansısa deformasiyaların başladığından xəbər verir.   

***Adam var, çox bədgümandır, ayağının altındakı çuxuru, düşüb öləcəyi quyunu görmür, uzaqlarda təhlükə axtarır. Yəni səhərdən axşama qədər alıb-aldatmaqla, başqalarının haqqını tapdamaqla məşğul olduğu halda, övladlarının 20 il sonra nə ilə yaşayacaqlarından narahatdır. Ümumiyyətlə, bu mövzu bizim üçün çox aktualdır və hər addımbaşı rastlaşdığımız mənzərədir. Bu gününü doğru-düzgün yaşamadığı halda, sabahından əndişələnmək Allaha güvənməməkdir. Çoxları elə bilir ki, oturduğu kreslo, yaşadığı ev, banklardakı pullar... hamısı onundur. Amma bu dünyada var-dövləti ilə ad çıxarıb, sonradan aclıq içində ölən o qədər insan olub ki...


Şərhlər:
Baxılıb: 531
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz