Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Quranın azəricə tərcüməsi - Ət tovbə surəsi
Quranın azəricə tərcüməsi - Ət tovbə surəsi
Göndərən: my_angel
Şərhlər: 4
Baxılıb: 341
Səs ver:
"Tövbə (ət tovbə)" surəsi, 129 ayə,
 Mədinədə nazil olub.
 
1. Bu, Allah və Onun Elçisi tərəfindən əhd bağladığınız müşriklərə onlarla olan əhdlərin pozulması barədə bir xəbərdarlıqdır.

2. Elə isə yer üzündə dörd ay gəzib dolaşın və bilin ki, siz müşriklər Allahdan yaxa qurtara bilməyəcəksiniz və Allah kafirləri rüsvay edəcəkdir.

3. Bu, Allah və Onun Elçisi tərəfindən ən böyük həcc günü insanlara Allahın və Onun Elçisinin müşriklərdən uzaq olmasını elan edəcək bir bildirişdir. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Yox əgər üz döndərsəniz, bilin ki, siz Allahdan yaxa qurtara bilməyəcəksiniz. Kafirləri ağrılı-acılı bir əzabla müjdələ.

4. Saziş bağladıqdan sonra onu pozmamış və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. Onlarla olan müqavilənizi, müddəti bitənədək yerinə yetirin. Həqiqətən, Allah müttəqiləri sevir.

5. Haram aylar bitdikdə müşriklərə harada rast gəlsəniz, onları öldürün, əsir tutun, mühasirəyə alın və onlara hər yerdə pusqu qurun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın. Çünki Allah Bağışlayandır, Rəhmlidir.

6. Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Çünki onlar haqqı bilməyən bir qövmdür.

7. Məscidulharamın yanında saziş bağladığınız kəslər istisna olmaqla müşriklərin Allah və Onun Elçisi yanında nə əhdi ola bilər? Nə qədər ki, onlar sizinlə düzgün davranır, siz də onlarla düzgün davranın. Həqiqətən, Allah müttəqiləri sevir.

8. Necə ola bilər?! Əgər onlar sizə qalib gəlsələr, nə qohumluq əlaqəsinə, nə də əhdə riayət etməzlər. Onların qəlbində nifrət olduğu halda, dildə sizi razı salmağa çalışarlar. Onların çoxu fasiqlərdir.

9. Onlar Allahın ayələrini ucuz qiymətə satır və insanları Onun yolundan döndərirdilər. Onların tutduqları iş necə də pisdir!

10. Onlar möminlərlə münasibətdə nə qohumluq əlaqəsinə, nə də əhdə riayət etmirlər. Onlar həddi aşanlardır.

11. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Biz ayələri bilən adamlara beləcə izah edirik.

12. Əgər kafir başçılar əhd bağladıqdan sonra andlarını pozub dininizə böhtan atsalar, onlarla vuruşun, çünki onlar anda əhəmiyyət verməzlər. Bəlkə, küfrdən əl çəkələr.

13. Məgər siz andlarını pozan, Peyğəmbəri öz yurdundan qovmaq fikrində olan, özləri də sizinlə döyüşü birinci başlayan bir camaatla vuruşmayacaqsınız? Məgər onlardan qorxursunuz? Əgər möminsinizsə, daha çox Allahdan qorxmalısınız.

14. Onlarla vuruşun ki, Allah sizin əllərinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırsın, mömin camaatın qəlbini sevindirsin

15. və möminlərin qəlbindən qəzəbi silib aparsın. Allah istədiyi kəsin tövbəsini qəbul edər. Allah Biləndir, Müdrikdir.

16. Yoxsa elə hesab edirsiniz ki, Allah sizlərdən cihad edənləri, Allahdan, Onun Elçisindən və möminlərdən başqasını özlərinə sirdaş tutmayanları sınamadan siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır.

17. Müşriklər küfr etdiklərini bildikləri halda, onlara Allahın məscidlərini abadlaşdırmaq yaramaz. Onların əməlləri puça çıxmışdır. Onlar Odda əbədi qalacaqlar.

18. Allahın məscidlərini yalnız Allaha və Axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar. Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar.

19. Doğrudanmı siz hacılara su verməyi və Məscidulharamı abadlaşdırmağı Allaha və Axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Bilin ki, onlar Allahın yanında bərabər sayılmırlar. Allah zalım qövmü doğru yola yönəltməz.

20. İman gətirib hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edənlərin Allah yanında ən yüksək dərəcələri vardır. Məhz onlar nicat tapanlardır.

21. Rəbbi Öz tərəfindən onları bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan Cənnət bağları ilə müjdələyir.

22. Onlar orada əbədi qalacaqlar. Şübhəsiz ki, ən böyük mükafat Allah yanındadır.

23. Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün sayırlarsa, onları dost tutmayın. Sizlərdən onları dost tutanlar zalımlardır.

24. De: "Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz".

25. Həqiqətən, Allah əksər döyüşlərdə, habelə Huneyn günündə də sizə kömək etmişdi. O zaman çoxluğunuza aludə oldunuz, amma bu sizin karınıza gəlmədi. Yer üzü, genişliyinə baxmayaraq, sizə dar gəldi, sonra geriyə çevrilib qaçdınız.

26. Sonra Allah Öz Elçisinə və möminlərə əminlik nazil etdi, görə bilmədiyiniz döyüşçülər göndərdi və kafirlərə əzab verdi. Budur kafirlərin cəzası.

27. Bundan sonra isə Allah istədiyinin tövbəsini qəbul edər. Çünki Allah Bağışlayandır, Rəhmlidir.

28. Ey iman gətirənlər! Həqiqətən də, müşriklər murdardırlar. Odur ki, özlərinin bu ilindən sonra Məscidulharama yaxınlaşmasınlar. Əgər kasıblıqdan qorxursunuzsa, bilin ki, Allah istəsə, Öz lütfündən bəxş etməklə sizi varlandırar. Həqiqətən, Allah Biləndir, Müdrikdir.

29. Kitab verilənlərdən Allaha və Axirət gününə iman gətirməyən, Allahın və Onun Elçisinin haram buyurduğunu haram saymayan və həqiqi din olan İslam etiqad etməyənlərlə, zəlil günə qalıb öz əlləri ilə cizyə verməyə məcbur oluncaya qədər vuruşun.

30. Yəhudilər: "Üzeyr Allahın oğludur"– dedilər. Xaçpərəstlər də: "Məsih Allahın oğludur"– dedilər. Bu onların ağızlarından çıxan sözlərdir. Bu, daha əvvəlki kafirlərin sözlərinə oxşayır. Allah onları məhv etsin! Gör necə də haqdan döndərilirlər!

31. Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini, bir də Məryəm oğlu İsanı tanrılar qəbul etdilər. Halbuki onlara ancaq tək olan İlaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa tanrı yoxdur. O, bunların şərik qoşduqları şeylərdən uzaqdır.

32. Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə buna yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar.

33. Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstəricisi və haqq din ilə göndərən Odur.

34. Ey iman gətirənlər! Baş keşişlərdən və rahiblərdən çoxu insanların mallarını haqsız olaraq yeyir və onları Allah yolundan döndərirlər. Qızıl-gümüş yığıb onları Allah yolunda sərf etməyənləri ağrılı-acılı bir əzabla müjdələ.

35. O gün bu yığdıqları sərvətlər Cəhənnəm odunda qızdırılacaq və bununla onların alınlarına, böyürlərinə və kürəklərinə damğa vurulacaq və onlara: "Budur özünüz üçün yığdıqlarınız. Elə isə dadın yığdıqlarınızı!"– deyiləcəkdir.

36. Həqiqətən, Allah yanında ayların sayı on ikidir. Bunu da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin. Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir.

37. Haram ayı təxirə salmaq ancaq küfrü artırır. Bununla da kafirlər azdırılırlar. Onlar bunu bir il halal sayır, bir il də haram sayırlar ki, Allahın haram etdiyi ayların sayını uyğunlaşdırsınlar və Allahın haram buyurduğunu halal etsinlər. Beləcə, onların pis əməlləri özlərinə gözəl göstərildi. Allah kafir adamları doğru yola yönəltməz.

38. Ey iman gətirənlər! Sizə nə olub ki, "Allah yolunda döyüşə çıxın!"– deyildikdə yerinizdə qaxılıb qalırsınız? Olmaya, axirətdən daha çox dünya həyatından razısınız? Halbuki dünya həyatının keçici zövqü axirətlə müqayisədə çox dəyərsiz bir şeydir.

39. Əgər döyüşə çıxmasanız, Allah sizi ağrılı-acılı bir əzaba düçar edər və sizi başqa bir qövmlə əvəz edər. Siz isə Ona heç bir zərər yetirə bilməzsiniz, çünki Allah hər şeyə qadirdir.

40. Əgər siz Peyğəmbərə kömək etməsəniz, bilin ki, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq Məkkədən çıxartdılar. O iki nəfər mağarada olarkən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi: "Qəm yemə, Allah bizimlədir!" Bundan sonra Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir.

41. Sizə yüngül gəlsə də, ağır gəlsə də, döyüşə çıxın, malınız və canınızla Allah yolunda cihad edin! Biləsiniz ki, bu sizin üçün daha xeyirlidir.

42. Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol onlara çətin gəldi. Onlar: "Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!"– deyə Allaha and içəcəklər. Onlar özlərini həlak edirlər. Çünki Allah onların yalançı olduqlarını bilir.

43. Allah səni bağışlasın! Doğru danışanlar sənə bəlli olmamış, yalançıları isə tanımamış nə üçün onlara cihaddan yayınmağa izin verdin?

44. Allaha və Axirət gününə iman gətirənlər Allah yolunda malları və canları ilə cihad etmək üçün səndən izin istəməzlər. Allah müttəqiləri tanıyır.

45. Ancaq Allaha və Axirət gününə iman gətirməyən və qəlbi şəkk-şübhəyə düşənlər döyüşə getməmək məqsədilə səndən izin istəyirlər. Onlar öz şübhələri içində tərəddüd edirlər.

46. Əgər onlar döyüşə çıxmaq istəsəydilər, mütləq ona hazırlıq görərdilər. Lakin Allah onların döyüşə getməsini istəmədi və onları saxladı. Onlara: "Evdə oturanlarla bərabər, siz də oturun!"– deyildi.

47. Əgər onlar sizinlə birgə döyüşə çıxsaydılar, ancaq işinizdə qarışıqlığı artırar və sizi fitnəyə məruz qoymaq üçün tez aranıza girərdilər. İçinizdə onlara qulaq asanlar da var. Allah zalımları tanıyır.

48. Onlar əvvəllər də fitnəkarlıq etməyə çalışmış və sənin əleyhinə hiylələr qurmuşdular. Axırı ki, haqq yerini tapdı və onlar istəmədikləri halda Allahın hökmü qələbə çaldı.

49. Onlardan eləsi də var ki: "Mənə izn ver döyüşə getməyim, məni günaha batırma!"– deyir. Doğrusu, onlar artıq günaha batmışlar. Şübhəsiz ki, Cəhənnəm kafirləri çulğayacaqdır.

50. Sənə bir uğur nəsib olsa, bu onları kədərləndirər. Sənə bir müsibət üz versə: "Biz ehtiyat tədbirimizi əvvəlcədən görmüşük!"– deyər və sevinə-sevinə çıxıb gedərlər.

51. De: "Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər!"

52. De: "Doğrudanmı siz bizlərə iki uğurdan (qələbədən və ya şəhidlikdən) birinin yetişməsini gözləyirsiniz? Biz isə ya Allahın Özü tərəfindən və yaxud da bizim əllərimizlə sizi əzaba düçar etməsini gözləyirik. Siz gözləyin; şübhəsiz ki, biz də sizinlə birlikdə gözləyirik".

53. De: "İstər könüllü, istərsəniz də könülsüz xərcləyin, onsuz da sizdən qəbul olunmayacaq. Çünki siz fasiq bir qövm oldunuz!"

54. Onların sərf etdiklərinin qəbul olunmasına yalnız o mane olur ki, onlar Allahı və Onun Elçisini inkar edir, namaza tənbəlliklə qalxır və mallarını könülsüz xərcləyirlər.

55. Onların nə malları, nə də övladları səni heyrətləndirməsin. Allah bunlarla, dünya həyatında onlara əzab vermək və onların canlarının kafir kimi çıxmasını istəyir.

56. Onlar sizinlə həmrəy olduqlarına and içirlər. Halbuki onlar sizdən deyildirlər. Əslində, onlar qorxaq adamlardır.

57. Əgər onlar bir sığınacaq və ya daldalanmaq üçün mağaralar yaxud gizlənməyə bir deşik tapsaydılar, ləngimədən ora yönələrdilər.

58. Onlardan elələri də var ki, sədəqələrlə bağlı sənə nöqsan tuturlar. Bundan onlara bir şey çatsa, razı qalar, bir şey çatmasa, dərhal qəzəblənərlər.

59. Kaş ki, onlar Allahın və Onun Elçisinin onlara verdiyinə razı qalıb: "Allah bizə yetər. Allah da bizə Öz lütfündən verəcək, Onun Elçisi də. Həqiqətən də, biz Allaha rəğbət bəsləyirik"– deyəydilər.

60. Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri İslam dininə isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur. Allah Biləndir, Müdrikdir.

61. Onlardan elələri də var ki, Peyğəmbərə əziyyət verib: "O hər sözü eşidən bir qulaqdır!" deyirlər. De: "O, sizin üçün ancaq xeyirli sözlər eşidir. O, Allaha iman gətirir, möminlərə də inanır. O, sizlərdən iman gətirənlər üçün bir rəhmətdir". Allahın Elçisinə əziyyət verənlər üçün isə ağrılı-acılı bir əzab vardır.

62. Sizi razı salmaq üçün yanınızda Allaha and içirlər. Əgər mömindirlərsə, bilsinlər ki, Allahı və Onun Elçisini razı salmaları daha yaxşıdır.

63. Məgər bilmirdilərmi ki, Allaha və Onun Elçisinə qarşı çıxanlar üçün içində əbədi qalacaqları Cəhənnəm odu vardır? Bu isə böyük rüsvayçılıqdır.

64. Münafiqlər, özlərinin qəlbində olanı xəbər verən bir surənin möminlərə nazil olmasından çəkinirlər. De: "Siz istehza edin! Şübhəsiz ki, Allah çəkindiyiniz şeyi üzə çıxaracaqdır".

65. Onlardan nə üçün istehza etdiklərini soruşsan, deyərlər: "Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq!" De: "Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz?

66. Üzrxahlıq etməyin! İman gətirdikdən sonra artıq kafir oldunuz". Sizlərdən bir qismini bağışlasaq da, digərlərinə günahkar olduqlarına görə əzab verərik.

67. Münafiq kişilər və münafiq qadınlar bir-birinin tayıdırlar. Onlar insanları pis işlər görməyə vadar edir, yaxşı əməllərə qadağa qoyur və xəsislik göstərirlər. Onlar Allahı unutdular. Allah da onları unutdu. Həqiqətən, münafiqlər günahkardırlar.

68. Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içərisində əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. Bu onlara kifayət edər! Allah onlara lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır.

69. Onlar da sizdən əvvəl yaşamış münafiqlər kimidirlər. Onlar sizdən qüvvədə daha üstün, mal-dövlət və övlad baxımından daha çox idilər. Onlar öz paylarından zövq aldılar. Sizdən əvvəlkilər öz paylarından zövq aldıqları kimi, siz də öz payınızdan zövq aldınız. Onlar batil fikirlərə daldıqları kimi, siz də daldınız. Onların əməlləri dünyada da, axirətdə də heçə getmişdir. Məhz onlar ziyana uğrayanlardır.

70. Məgər onlara özlərindən əvvəlkilərin – Nuh qövmünün, Ad və Səmud tayfalarının, İbrahim qövmünün, Mədyən əhalisinin və alt-üst edilmiş kəndin (Lut tayfasının) xəbərləri gəlib çatmayıbdırmı? Elçiləri onlara açıq-aydın dəlillər gətirmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər.

71. Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar insanlara yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir.

72. Allah mömin kişilərə və mömin qadınlara ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları və Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Allahın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur.

73. Ey Peyğəmbər! Kafirlərlə və münafiqlərlə vuruş. Onlarla sərt davran. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora nə pis dönüş yeridir!

74. Allaha and içirlər ki, nalayiq sözlər deməyiblər. Onlar küfr sözünü demiş, İslamı qəbul etdikdən sonra kafir olmuş və bacara bilmədikləri bir işə can atmışlar. Onların intiqam almağı yalnız Allahın və Onun Elçisinin onları Öz lütfündən varlandırdığına görədir. Əgər tövbə etsələr, onlar üçün xeyirli olar. Əgər üz döndərsələr, Allah onları dünyada da, axirətdə də acılı-ağrılı bir əzaba düçar edər. Yer üzündə onların nə bir dostu, nə də bir köməkçisi vardır.

75. Onlardan: "Əgər Allah Öz lütfündən bizə bəxş etsə, əlbəttə, biz sədəqə verər və əməlisalehlərdən olarıq!"– deyə Allaha əhd edənləri də vardır.

76. Allah Öz lütfündən onlara verdikdə isə simiclik edərək üz çevirib getdilər.

77. Allaha verdikləri vədə xilaf çıxdıqlarına və yalan söylədiklərinə görə Allah da onların qəlblərinə Onunla qarşılaşacaqları günədək nifaq saldı.

78. Məgər anlamırdılar ki, Allah onların sirlərindən də, xəlvəti danışıqlarından da agahdır və Allah qeybləri biləndir?

79. Möminlərdən könüllü surətdə sədəqə verənlərə və çətinliklə tapdıqlarını verənlərə eyib tutanları, onları məsxərəyə qoyanları, Allah məsxərəyə qoyacaqdır. Onları ağrılı-acılı bir əzab gözləyir.

80. Onların bağışlanması üçün dua etsən də, etməsən də, hətta onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər. Allah günahkar insanları doğru yola yönəltməz.

81. Döyüşə getməyib arxada qalanlar Allahın Elçisinin əleyhinə çıxaraq evdə qalmalarına sevindilər. Onlar Allah yolunda öz malları və canları ilə cihad etmək istəmədilər və: "Bu istidə döyüşə çıxmayın!"– dedilər. De: "Cəhənnəm odu bundan da hərarətlidir!" Kaş anlayaydılar.

82. Qoy onlar etdikləri günahların cəzası olaraq az gülüb çox ağlasınlar.

83. Əgər Allah səni onlardan bir zümrənin yanına göndərsə və onlar döyüşə çıxmaq üçün səndən izin istəsələr, de: "Siz bir daha mənimlə döyüşə çıxmayacaq və mənimlə birlikdə heç bir düşmənlə vuruşmayacaqsınız. Çünki siz birinci dəfə evdə oturmağa razı oldunuz. Elə isə arxada qalanlarla bərabər, siz də evdə oturun!"

84. Heç vaxt onlardan ölmüş bir kəsin cənazə namazını qılma, qəbrinin başında da durma. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər və günahkar olaraq öldülər.

85. Onların nə malları, nə də övladları səni təəccübləndirməsin. Allah bunlarla, bu dünyada onlara əzab vermək və onların kafir olaraq canlarının çıxmasını istəyir.

86. "Allaha iman gətirin və Onun Elçisi ilə birlikdə cihad edin!"– deyə bir surə nazil edildikdə onların var-dövlətə malik olanları səndən icazə istəyib dedilər: "Bizi burax evdə oturanlarla birlikdə qalaq!"

87. Onlar arxada qalanlarla birgə olmağa razılaşdılar. Onların qəlblərinə möhür vuruldu. Buna görə də onlar haqqı anlamayacaqlar.

88. Lakin Allahın Elçisi və onunla birgə iman gətirənlər malları və canları ilə cihad etdilər. Onlar üçün nemətlər hazırlanmışdır. Məhz onlar uğur qazananlardır.

89. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur.

90. Bədəvilərdən üzrlü olduqlarını iddia edənlər evdə qalmaq üçün onlara icazə verilsin deyə gəldilər. Allaha və Onun Elçisinə yalan danışanlar isə evdə oturdular. Onlardan kafir olanlara ağrılı-acılı bir əzab üz verəcəkdir.

91. Allaha və Onun Elçisinə sadiq qalacaqları təqdirdə acizlərə, xəstələrə və döyüşdə vuruşmağa vəsait tapa bilməyənlərə evdə qalmaqda heç bir günah yoxdur. Yaxşı işlər görənləri danlamağa əsas da yoxdur. Allah Bağışlayandır, Rəhmlidir.

92. Miniklə təmin edəsən deyə sənin yanına gəldikdə: "Sizin üçün minik tapa bilmirəm"– dediyin zaman cihad üçün xərcləməyə bir şey tapa bilmədiklərindən ötrü kədərlənib gözləri dolmuş halda geri dönənlərin də heç bir günahı yoxdur.

93. Yalnız varlı olduqları halda evdə qalmaq üçün səndən icazə almağa gələnlər danlanmalıdırlar. Onlar arxada qalanlarla birgə daldalanmağa razılaşdılar. Allah onların qəlbini möhürləmişdir. Məhz bu səbəbdən onlar özlərinin aqibətini bilməzlər.

94. Döyüşdən qayıtdığınız zaman sizdən üzr diləyəcəklər. De: "Üzr diləməyin. Sizə əsla inanmayacağıq. Allah sizin işlərinizdən bizi agah etmişdir. Sonrakı əməllərinizi Allah da görəcək, Onun Elçisi də". Sonra isə qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir.

95. Yanlarına qayıtdığınız zaman onlardan əl çəkəsiniz deyə qarşınızda Allaha and içəcəklər. Siz onlardan üz döndərin. Çünki onlar murdardırlar. Qazandıqları günahların cəzası olaraq sığınacaqları yer Cəhənnəm olacaqdır.

96. Qarşınızda and içəcəklər ki, onlardan razı qalasınız. Siz onlardan razı olsanız da, Allah fasiq qövmdən razı qalmaz.

97. Bədəvilər kafirlik və münafiqlik baxımından daha betər, Allahın Öz Elçisinə nazil etdiyi qanunları bilməməyə daha meyllidirlər. Allah Biləndir, Müdrikdir.

98. Bədəvilərdən eləsi də var ki, Allah yolunda xərclədiyini itki sayır və sizə bir bədbəxtlik üz verməsini gözləyir. Bədbəxtlik onların öz başlarına gələcək. Allah Eşidəndir, Biləndir.

99. Bədəvilərdən eləsi də vardır ki, Allaha və Axirət gününə inanır, xərclədiyini Allah dərgahında yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq üçün vasitə sayır. Həqiqətən də, bu, onlar üçün yaxınlaşmağa bir vasitədir. Allah onları Öz mərhəmətinə qovuşduracaqdır. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.

100. Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur.

101. Çevrənizdəki bədəvilərdən və Mədinə əhalisi arasında münafiqlər var. Onlar ikiüzlülükdə inadkarlıq göstərir, sən isə onları tanımırsan. Biz ki onları tanıyırıq. Biz onlara iki dəfə işgəncə verəcəyik. Sonra isə böyük bir əzaba qaytarılacaqlar.

102. Digərləri isə günahlarını etiraf etdilər. Onlar yaxşı bir əməllə başqa bir pis əməli qarışdırdılar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.

103. Onların mallarından sədəqə götür ki, bununla onları pak edib təmizə çıxarasan. Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir təskinlikdir. Allah Eşidəndir, Biləndir.

104. Məgər onlar bilmirlər ki, Allah qullarından tövbəni qəbul edir, sədəqələri götürür və Allah tövbələri qəbul Edəndir, Rəhmlidir?

105. De: "İşinizdə olun! Allah, Onun Elçisi və möminlər əməllərinizi görəcəklər. Sonra qeybi və aşkarı Bilənin yanına qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir".

106. Döyüşə getməyənlərdən başqaları da vardır ki, onlar Allahın ixtiyarına buraxılmışlar. O, ya onlara əzab verəcək, ya da tövbələrini qəbul edəcək. Allah Biləndir, Müdrikdir.

107. Müsəlmanlara zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədilə, əvvəlcədən Allaha və Onun Elçisinə qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər, əlbəttə: "Biz yaxşılıqdan başqa bir şey istəmədik"– deyə and içəcəklər. Allah şahiddir ki, onlar yalançıdırlar.

108. Heç vaxt orada namaz qılma. İlk gündən təqva üzərində qurulmuş məscid, əlbəttə, içində namaz qılmağın üçün daha layiqdir. Orada təmizlənməyi sevən kişilər vardır. Allah da təmizlənənləri sevir.

109. Binasını Allah qorxusu və Onun rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz.

110. Onların ürəkləri parça-parça olana qədər tikdiyi bina qəlblərində bir şübhə olaraq qalacaqdır. Allah Biləndir, Müdrikdir.

111. Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. Çünki onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. Bu, Allahın Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur.

112. Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işlər görməyi buyurub pis əməlləri qadağan edən və Allahın qoyduğu hüdudlarını qoruyan o möminləri müjdələ.

113. Müşriklərin Cəhənnəm sakinləri olduqları onlara bəlli olduqdan sonra, qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün bağışlanma diləmək yaraşmaz.

114. İbrahimin öz atası üçün bağışlanma diləməsi isə sadəcə ona verdiyi vədə görə idi. Atasının Allaha düşmən olduğu ona bəlli olduqdan sonra isə ondan uzaqlaşdı. Həqiqətən, İbrahim Allaha çox yalvaran həlim bir kimsə idi.

115. Allah bir qövmü doğru yola yönəltdikdən sonra uzaqlaşmaları zəruri olan şeylərdən onları xəbərdar etməyincə onları həmin yoldan azdırmaz. Həqiqətən, Allah hər şeyi bilir.

116. Həqiqətən, göylərin və yerin mülkü Allaha məxsusdur. O həm dirildir, həm də öldürür. Sizin Allahdan başqa nə bir himayədarınız, nə də bir köməkçiniz vardır.

117. Allah, müsəlmanlardan bəzilərinin qəlbi cihaddan yayınmaq üzrə olduqdan sonra, Peyğəmbərin də, çətin vaxtda onun ardınca gedən mühacirlərin və ənsarların da əvvəlcə tövbəsini qəbul etdi, sonra da onları bağışladı. Çünki Allah onlara (müsəlmanlara) qarşı Şəfqətlidir, Rəhmlidir.

118. Geri qalmış üç nəfəri də bağışladı. Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri kədərdən sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra Allah peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir.

119. Ey iman gətirənlər! Allahdan qorxun və düz danışanlarla birlikdə olun.

120. Mədinə əhalisinə və onların ətrafındakı bədəvilərə döyüşdə Allahın Elçisindən geri qalmaq, onun canından öncə öz canlarının hayına qalmaq yaraşmaz. Çünki Allah yolunda onlara üz verən elə bir susuzluq, yorğunluq və aclıq, kafirləri qəzəbləndirən elə bir atılmış addım, düşmən üzərində qazanılan elə bir uğur yoxdur ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmasın. Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz.

121. Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın deyə xərclədikləri elə bir kiçik və ya böyük məsrəf, keçdikləri elə bir vadi yoxdur ki, buna görə onlara savab yazılmasın.

122. Möminlərin hamısı eyni vaxtda döyüşə çıxmamalıdır. Hər qəbilədən bir dəstə qalmalıdır ki, dini dərindən öyrənsinlər və öz camaatı döyüşdən geri qayıtdıqları zaman onları xəbərdar etsinlər. Bəlkə, onlar pis işlərdən çəkinələr.

123. Ey iman gətirənlər! Yaxınlığınızdakı kafirlərlə vuruşun. Qoy onlar sizdə sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlədir.

124. Bir surə nazil edildiyi zaman onlardan istehza ilə: "Bu, hansınızın imanını artırdı?"– deyənlər də var. İman gətirənlərə gəldikdə isə, o surə onların imanını artırır və onlar bir-birlərini müjdələyirlər.

125. Qəlbində xəstəlik olanlara gəlincə, o surə onların murdarlığı üstünə bir murdarlıq da artırır və onlar kafir qalaraq öl


Şərhlər: 4
Baxılıb: 341
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
Allah razi olsun
Bu sure Quranin Bismillahsiz tek suresidir
27 yanvar 2016 22:00
# 4
vipbetul
gozel bunlari bilmek lazimdi
28 noyabr 2015 18:49
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Allah razı olsun, sayənizdə çox şeyləri öyrənirik.
28 noyabr 2015 14:51
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Miss_Angel
twk ler xeberlere gore
28 noyabr 2015 12:03
# 1
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz