Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həyat yoldaşınız üçün dua edin
Həyat yoldaşınız üçün dua edin
Göndərən: Denizimm
Şərhlər:
Baxılıb: 1376
Səs ver:
Heç bilirsinizmi ki, həyat yoldaşınız üçün dua etmək müştərək həyatın şirin olmasına nə qədər təsir edir?

"Allahım! Hər gün ərimin sağlamlığını və rahatlığını artır". "Allahım, xanımıma yardım et ki, ağır məsuliyyətlərinin öhdəsindən gələ bilsin".
Bəs siz həyat yoldaşınız üçün hansı duaları edirsiniz? Heç dua edirsinizmi? Nə zaman həyatınızda problem yaransa? Ya nə zaman yadınıza düşsə?
Son bir neçə ildə psixoloqlar həyat yoldaşları arasında olan rabitəni tədqiq edən zaman duanın təsiri barədə daha çox məlumat əldə etməyə çalışmışdılar. Bu tədiqiqatın nəticəsi çox maraqlı olmuşdur. Belə ki, əgər insan davamalı olaraq dilində və ürəyində həyat yoldaşı üçün dua edərsə, müştərək həyatın ömrünü uzadar və onu daha şirin edər. Yəqin ki, sizə də maraqlıdır necə?

1. Həyat yoldaşı üçün dua etmək fədakarlığı artırar. O kəslər ki, öz həyat yoldaşları üçün dua edərlər, həyatda daha çox fədakar olarlar. Bu fədakarlıqlarından ləzzət alarlar. Biz həyat yoldaşımız üçün dua edən zaman əslində özümüz üçün hədəf təyin etmiş oluruq. Yəni, müştərək ailə həyatımızın qorunmasını istəyərik. Ona görə də özümüzü dəyərsiz işlərlə məşğul etmərik. Onun yerinə enerjimizi məsuliyyətlərimizi yaxşı yerinə yetirməyə sərf edərik. Misal üçün, əgər həyat yoldaşımızın müvəffəq bir insan olması üçün dua ediriksə, onun üçün lazım olan mühiti də hazırlamağa cəhd edərik. Bu hədəfə görə bəzi şəxsi istəklərimizdən keçmiş olarıq. Biz həyat yoldaşımıza görə dua edərək əslində özümüzdən başqasını görməyə başlayar və onun istəklərinə dəyər verməyə çalışarıq. Bu da bizi təkəbbürdən uzaqlaşdırar və güzəştli olmağımıza yardım edər.

2. Həyat yoldaşımıza görə dua etmək ailə münaqişələrini azaldar. O kəs ki, davamlı olaraq həyat yoldaşı üçün dua edər, müştərək həyatda gərginlik yaradan amillərdən çəkinər. O zaman ki, münaqişə yaranar onu asan şəkildə həll edər. Qəzəbini daha yaxşı kontrol edər və özünü sakitləşdirməyi bacarar.

3. Həyat yoldaşı üçün dua etmək ailə məsuliyyətini artırar. O kəslər ki, həyat yoldaşı üçün dua edər, müştərək həyatda daha məsuliyyətli olar. O zaman ki, dua edə, Allahı xatırlayar və məsuliyyətlərini yada salar. Bu hiss onu xatadan qoruyar. Allahın müştərək həyat üçün qoyduğu vəzifələri ən yaxşı şəkildə yerinə yetirməyə çalışar. Biz bir şey haqqında dua edən zaman həmin şeyə diqqətimizi toplayar və diqqət edərik. Nəticədə həyat yoldaşımız üçün etdiyimiz dua sayəsində şeytani fikirlər bizi tərk edər və həyat yoldaşını aldatmaq meylləri azalar.
Ona görə də əgər müştərək həyatdan ləzzət almaq istəyirsinizsə, hər gün ən azı bir neçə dəqiqə həyat yoldaşınız üçün dua edin.


Şərhlər:
Baxılıb: 1376
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz