Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Naməhrəmlə danışmaq günahdırsa, insanı tanımamış necə evlənək?
Naməhrəmlə danışmaq günahdırsa, insanı tanımamış necə evlənək?
Göndərən: my_angel
Şərhlər:
Baxılıb: 825
Səs ver:
Sual:
Salam aleykum. Mən bilirəm ki, naməhrəmlə danışmaq günahdır amma bunu bəzi dindar belə olan insanlara deyəndə deyirlər ki, 'axı tanımasaq olmur bəzi pis xasiyyətlərini hələ təzə öyrənirəm danışmasam necə bilərdim' falan kimi. Sonra özümü düşünürəm ki, tanımasam bəs mən necə biləcəm axı 2-3 dəfəylə insanı tanıya bilmərəm. Necə cavab verim ki, həm özümü razım salım həm də qarşımdakı insanları?

Cavab:
Aleykum salam. Evlənməzdən qabaq uzun müddət bir-birini tanımaq ailənin möhkəm olması üçün şərt deyil. Neçə-neçə ailələr olmuşdur ki, tərəflər bir-birini uzun vaxt tanıdıqlarına baxmayaraq, evlənəndən qısa müddət sonra dağılmışdır. Həmçinin neçə-neçə ailələr var ki, yalnız toya yaxın bir-birini tanımışlar, hal-hazırda möhkəm və xoşbəxtdirlər. Ailənin xoşbəxt olmasının şərtləri gələcək həyat yoldaşını Allah və Onun Rəsulunun (Allahın ona salavatı və salamı olsun) buyurduğu qaydada seçmək, Allahın və bir-birinin haqlarına riayət etməkdir.

Gələcək həyat yoldaşının seçilməsi
Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) kişilərə buyurmuşdur: "Dörd şeyə görə qadınla evlənməyə dəyər: var-dövlətinə görə, əsil-nəsəbinə görə, gözəlliyinə görə və bir də dininə görə. Çalış dindar olanı seçəsən, yoxsa yazıq olarsan.”
Həmçinin qadınlara buyurmuşdur: "Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin. Əgər belə etməsəniz yer üzündə fitnə və fəsad olar.” Səhabələr dedilər: "Ey Allahın elçisi! Əgər həmin adamda bəzi əlamətlər (yəni, kasıblıq) olsa necə?” Peyğəmbər (səlləllahu aleyhi və səlləm) dedi: "Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin.” O bunu üç dəfə təkrara etdi.” (Tirmizi)
Daha sonra məhrəmlərin sizi görməsi şərtilə bir neçə dəfə görüşərək, söhbət etməyə, bir-birini tanımağa icazə verilir.

Allahın haqlarına riayət etmək
Əksər hallarda ailələrin dağılmasına səbəb içki, zina, ailə sirlərinin açılması və digər günahlar olur. Allah Rəsulunun "dini gözəl olanı seçin" əmrinə riayət etmək həmçinin bu səbəbdən mühümdür. Yuxarıda qeyd edildiyi kimi, Allahın haqlarına riayət etmək deyildikdə, Allahı yaxşı tanımaq, onun əmrlərini yerinə yetirmək və qadağalarından çəkinmək başa düşülür. Bu cür insanlar, yəni həqiqi möminlər Allahdan daha çox qorxur, böyük günahlar etməkdən daha çox çəkinirlər. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl! Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir” (əl-Ənkəbut, 45). Həqiqi möminlər həmçinin kasıblığa, müsibət və çətinliklərə səbr edir, qəzəbləndikdə özünə hakim olmağa çalışır, faydasız şeylərdən uzaqlaşır, ailə üzvlərinin haqlarını verirlər, çünki Qiyamət günü hər kəs tabeçiliyində olanların haqlarını necə verməsi barədə sorğu-sual olunacaq.

Kişi və qadının haqları
Bir-birinin haqqını vermək deyildikdə Allahın və Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) bizə bildirdikləri, ər və arvadın bir-birinin üzərində olan haqlarına riayət etmək başa düşülür. Uca Allah buyurur: "Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi onların da kişilər üzərində haqları vardır" (əl-Bəqərə, 228)
Kişi qadınla mülayim davranmalı, öz yediyindən ona da yedirməli, geyindirməli, ona dini öyrətməli, onunla birlikdə vaxt keçirməli və digər ehtiyaclarını ödəməlidir. Həmçinin onun əziyyətlərinə səbr etməli, onu tərbiyələndirməli, eyiblərini başqalarının yanında açmamalı, namusunu qorumalı, işlərində onunla məsləhətləşməlidir və s.
Qadın isə ərinə itaət etməli, özünün, ərinin və övladlarının namusunu qorumalı, sirlərini açmamalı, əri üçün bəzənməli, onun malını qorumalı, evə onun icazəsi olmadan heç kəsi buraxmamalı, övladlarını gözəl tərbiyə etməlidir və s.


Şərhlər:
Baxılıb: 825
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz