Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Səbir edənlərə müjdə ver!
Səbir edənlərə müjdə ver!
Göndərən: Menim balam
Şərhlər:
Baxılıb: 704
Səs ver:
Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır” (əl-Bəqərə, 155-157).
Bu ayədə Uca Allah insanların mütləq müsibətlərə məruz qalaraq imtahan olunmaları haqda xəbər verir. Uca Allah insanları qorxu, narahatlıq, aclıq, mal və məhsul itkisi, xəstəlik və yaxın adamların həlak olması kimi müsibətlərlə imtahan etdiyini və "bir az” deməklə üz verən müsibətin mütləq şəkildə gəlmədiyini bildirir. Əgər müsibətlər mütləq şəkildə gələrsə, insan məhv olar. Müsibət üz verdikdə səbir edən bəndələrə müjdə verilir. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "İnnə lilləhi və innə ileyhi raciun” (Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!) – deyirlər. Allaha iman gətirən bəndəyə bir müsibət gəldikdə bu sözləri deyər və səbir edərsə, Uca Allah onu tərifləyər, ona rəhm edər və onu doğru yola yönəldər. Mömin bəndə müsibətlərə səbir etməklə aşağıdakı bir çox üstünlükləri əldə edir:

Müsibətlər günahlara kəffarədir

Peyğəmbər - sallallahu aleyhi və səlləm - de­mişdir: "Müsəlmana üz vermiş hər bir yorğunluq, naxoşluq, kə­dər, üzüntü, əziyyət, dərd, hətta bir tikanın batması ilə Allah onun günahlarını yuyur”. (əl-Buxari, 5642).
Peyğəmbər demiş­dir: "Mömin kişinin və mömin qadının bədəninə, ailəsinə və mal-dövlətinə Allahla qarşılaşıncaya qədər bəla üz verərsə, boynunda heç bir günah qalmaz”. (əl-Buxari "Ədəbul-Mufrad”, 494).
Xəstəliyə səbir edənin mükafatı

Allah Elçisi demişdir: "Həqiqətən, müsəlman qul xəstələndikdə Allah mələklərinə belə vəhy edir: "Ey mələklərim! Mən qulumu iplərimdən biri ilə bağ­ladım. Əgər onun ruhunu alsam, onu bağışlayaram, yox, əgər onu sağaltsam, günahla­rından təmizlənmiş olar!”
Allah Elçisi demişdir: "Uca Allah buyurur: "Mömin bir qulumu bəlaya düçar etdikdə o, Məni həmd edərək düçar etdiyim bəlaya səbir edərsə, yata­ğından anadan doğulduğu gündə olduğu kimi günahlardan təmizlə­nərək ayağa qalxar”. Rəbb qoruyucu mə­lək­lərinə buyurur: "Həqiqə­tən, Mən bu qulumu əməl etmək­dən saxlayıb bəlaya düçar etdim. Bundan əvvəl sağlam ikən etdiyi əməllərə bərabər yazdığınız savab qədər onun üçün mükafat yazın!”
Gözlərinin itirilməsinə səbir edənin mükafatı

Peyğəmbər demişdir: "Allah buyurdu: "Əgər Mən Öz qulumu onun sevdiyi iki şeylə imtahana çəksəm və o buna səbir etsə, bu­nun əvəzində ona Cənnəti bəxş edərəm”. Allah "sevdiyi iki şeylə” deyəndə gözləri qəsd edirdi”. (əl-Buxari, 5653).
Yaxın adamını itirməsinə səbir edənin mükafatı

Peyğəmbər demişdir: "Uca Allah buyurur: "Mən mömin qulumun sevdiyi yaxın adamının canını alsam, sonra o buna (səbir edib axirətdə əvəzini alaca­ğına) ümid edərsə, Mənim ona verəcəyim mükafat ancaq Cənnət olar”. (əl-Buxari, 5944).
Peyğəmbər demişdir: "Həddi buluğa çatmamış üç övladı vəfat edən elə bir müsəlman valideyn yoxdur ki, Allah onları Öz mərhəməti sayəsində Cənnətə daxil etməsin. Qiyamət günü onların övladlarına deyiləcək: "Cənnətə girin!” Onlar deyəcəklər: "Valideynlərimiz daxil olma­yın­ca biz girmərik”. Onlara deyiləcək: "Siz də, valideynləriniz də Cənnətə girin!” (ən-Nəsai, 1853).
Müsibətə düçar olana axirətdə qibtə ediləcək

Allah Elçisi demişdir: ""Bəlaya düçar olanlara Qiyamət günü mükafat veriləcəyi zaman, bəla görməyənlər dünyada ikən dərilərinin kəskin alətlərlə kəsilmiş olmasını istəyəcəklər” (ət-Tirmizi, 2402).
Ən çox müsibətə düçar olan mömin haqqında

Allah Elçisi demişdir: "Qiyamət günü Cəhənnəm əhlindən olan, dünyada ən çox nemət verilən bir adam gətiriləcək və bir dəfə Oda salınıb çıxarılacaq. Sonra ona deyiləcək: "Ey Adəm oğlu! Bir xeyir gördünmü? Sənə bir nemət gəldimi?” O da: "Xeyr! Vallahi, ya Rəbb!”- deyəcək. Sonra Cənnət əh­lindən olan, dünyada insanlar arasında ən çox müsibət görən bir adam gətiriləcək və bir dəfə Cənnətə salınıb çıxarılacaq. Ona deyi­ləcək: "Ey Adəm oğlu! Bir müsibət gördünmü? Sənə bir sıxıntı üz verdimi?” O da: "Xeyr! Vallahi, ya Rəbb! Mənə bir müsibət gəl­mədi və bir sıxıntı da görmədim”- deyəcək. (Muslim, 2807).


Şərhlər:
Baxılıb: 704
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz