Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İmam Rzanın (ə) bacısı - Həkimə xatun
İmam Rzanın (ə) bacısı - Həkimə xatun
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 529
Səs ver:
İmam Musa Kazim (ə) imamların sırasında övladlarının sayına görə birinci yerdə durur. Onun 37 (19-u qız olmaqla) yaxud 60 (37-si qız olmaqla) övladı olduğunu yazırlar. "Musəvi” nəsəbli seyidlər nəsli İmam Musa Kazimin (ə) törəməsidir. İmamın övladlarının çoxu İran və ona bağlı olan ərazilərdə vəfat edib dəfn olunmuşlar. Bu da İmam Rzanın (ə) Tusa gətirilməsindən sonra qardaş və bacılarının Onu görmək üçün İrana gəlmələri ilə bağlıdır. İmam Kazimin (ə) oğullarından İmam Rza (ə) Məşhəddə, "Şahçıraq” ləqəbli Əhməd Şirazda, Səfəvilər nəslinin banisi Həmzə isə Reydə dəfn olunmuşlar. Qızlarından Həzrət Fatimeyi-Məsumənin Qum şəhərindəki məzarı böyük ziyarətgahdır.
İmam Kazim və İmam Rzanı (ə) Azərbaycanla bağlayan cəhətlərdən biri də möhtəşəm Bibiheybət ziyarətgahıdır. Bakı şəhərinin cənub-şərqində, Xəzər dənizi sahilində, keçmiş Şıxlar qəsəbəsinin ərazisində yerləşən bu ziyarətgahda İmam Rzanın (ə) bacısı Həkimə xatun (və yaxud Hükeymə xatun) dəfn edilib. Bəzi mənbələrdə onun adı Fatimeyi-süğra kimi xatırlanır. İmam Rzanın (ə) Fatimə adlı bir neçə bacısı olub. Onlardan biri Qumda, o biri Rəştdə, digəri isə İsfahanda dəfn olunub. Bakıda dəfn olunan imam övladını fərqləndirmək üçün ona Fatimeyi-suğra (kiçik Fatimə) deyirlər. Həkimə xatunun Bakıya gəlib-çıxmasının səbəbi mənbələrdə müxtəlif cür göstərilib. Bəzi məlumatlara görə o, Mədinədə hökumətin dözülməz təzyiqlərindən qaçmış, başqa bir məlumata görə qardaşı İmam Rzanı (ə) görmək üçün Xorasan istiqamətində yola düşmüşdü. Rəvayətə görə, Həkimə xatun Xəzər dənizinin cənub sahilindəki Ənzəli limanından Baba Səccad adlı bir nəfərin bələdçiliyi ilə dəniz yolu vasitəsilə Bakıya gəlir, burada Əhli-beyt tərəfdarı Hacı Bədir adlı tacir ona xidmət etməyi öhdəyə alır. Hacı Bədir imam qızını təhlükəyə salmamaq üçün Bakı şəhərindən kənara köçür və indiki Şıxlar kəndinin ərazisində məskən salır.

"Bibiheybət” sözünün birinci hissəsi olan "bibi” ifadəsi əsasən, fars dilində hörmət mənasında qadına müraciət forması kimi işlədilir. "Heybət” sözünə gəlincə, bəziləri bunu "Hacı” və "Bədir” sözlərinin ilk hərflərinin – "hey” və "bə” səslərinin birləşməsi kimi qəbul edirlər. Guya Hacı Bədir təzə məkanda özünü Heybət adlı nökər, Həkimə xatunu isə öz xanımı kimi təqdim edirmiş.

Bir müddətdən sonra Həkimə xatun vəfat edir və onu elə bu yerdə dəfn edirlər. Hacı Bədiri (Heybəti) də öz vəsiyyətinə əsasən, Həkimə xatunun məzarının ayaq tərəfində, bir qədər aşağı müstəvidə torpağa tapşırırlar

Müqəddəs məzarın yanındakı 3 qəbrin kimlərə aid olması mübahisəlidir. Rəvayətlərdə bu qəbirlərdə İmam Rzanın (ə) nəvələrinin basdırıldığı deyilir. Guya Həkimə xatun bu uşaqları da özü ilə birlikdə gətiribmiş. Hər bir halda, bu 3 nəfər də imamət nəslindən möhtərəm seyyidlər imiş.


Şərhlər:
Baxılıb: 529
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz