Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Rüşvətə hədiyyə adı verilsə də, rüşvətdir (2. hissə)
Rüşvətə hədiyyə adı verilsə də, rüşvətdir (2. hissə)
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 342
Səs ver:
Rüşvətdə diqqət çəkən məqamlardan biri də ona don geydirilməsi, başqa adlar altında rüşvət alınmasıdır. Camaat içində rüşvəti "hörmət” və "şirinlik” də adlandırırlar. Düşünürlər ki, guya rüşvətə bu kimi yumşaldıcı adlar verməklə onun günahı azalır. Əslində isə, rüşvət hansı ad və bəhanə ilə alınırsa-alınsın və ya verilsin, mahiyyəti eynidir.

Həzrət Mühəmməd Peyğəmbər (s) bunu nəzərə alaraq, axirəz-zaman əlamətləri haqqında İmam Əliyə (ə) xəbər verərkən buyurmuşdur: "Tezliklə müsəlmanlar öz mal-dövlətləri ilə sınağa çəkiləcəklər. Onlar əsası olmayan şübhələrin, nəfsani istəklərin, elmsiz xəyalların əsasında halalı haram bilərlər. Nəbiz (arpa suyu) adı altında şərabı, hədiyyə adı altında rüşvəti, alver adı altında sələmçiliyi halal sayarlar” (İslam baxımından rüşvət, səh. 27).

Qurani-kərimin də bir neçə ayəsində rüşvət məsələsinə işarə olunmuş və bu xoşagəlməz əməl pislənmişdir. Quranda "rüşvət” sözü bilavasitə işlənməsə də, bəzi ayələrin mənası və konteksti məhz rüşvətdən söhbət getdiyini söyləməyə əsas verir. Məsələn, "Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin! Xalqın malının bir qismini (sizə haram olduğunu bilə-bilə) günah yolu ilə yeməyiniz üçün malınızı hakimlərə (rüşvət) verməyin!” (Bəqərə, 188) ayəsində hakimlərə günah yolla təqdim edilən mal elə rüşvət deməkdir.

"Maidə” surəsinin 63-cü ayəsində Bəni-İsrail ümmətindən danışan Allah-təala onların içində yayılmış olan rüşvət halları barədə buyurur: "Kaş onların (yəhudilərin) din alimləri və fəqihləri onlara günah söyləməyi və haram yeməyi qadağan edəydilər!” Buradakı "haram yemək” ifadəsi hədislərdə məhz rüşvət mənasında təfsir edilib. Həzrət Əli (ə) buyurmuşdur ki, haram yeyənlər o kəslərdir ki, öz din qardaşının çətin məsələsini həll etdikdən sonra ondan hədiyyə istəyirlər (Bihar əl-ənvar, 104-cü cild, səh. 273; Vəsail əl-şiə, XVII cild, səh. 95).

Həsən Bəsrinin rəvayətinə görə, Bəni-İsrail qövmündə belə bir ənənə geniş yayılmışdı: hər iki tərəf məhkəməyə hədiyyə (rüşvət) ilə gəlirdi. Hakim hökm çıxarmazdan əvvəl tərəflər ətəklərini açıb, hədiyyəni ona göstərirdilər. Hakim kimin hədiyyəsini bəyənirdisə, onun xeyrinə hökm verirdi.

İmam Əli (ə) də keçmiş ümmətlərdə rüşvətin geniş yayıldığını və bu günah üzündən həmin ümmətlərin həlak olduğunu ön plana çəkmişdir: "Sizdən əvvəlkilər ona görə həlak oldular ki, camaatın haqqını vermədilər, camaat da məcbur olub öz haqqını batillə (rüşvətlə) aldı. Sonra gələn nəsillər də bu yolla getdi” (Nəhc əl-bəlağə, 79-cu məktub).

İslam Peyğəmbəri (s) əmirin (valinin) hədiyyə almasını bəyənilməz, qazının rüşvət almasını isə küfr adlandırmışdır (Feyz əl-qədir, I cild, səh. 212).

Səhihi-Buxaridə və digər mənbələrdə xatırlanan bir rəvayətdə deyilir ki, Həzrət Rəsulullah (s) İbn əl-Ütəbiyyə adlı bir nəfəri Əzd qəbiləsinin sədəqə və zəkatını yığıb Mədinəyə gətirməyə təhkim etmişdi. İbn əl-Ütəbiyyə gətirdiyi malları beytül-mala təhvil verəndə bir neçə baş qoyunu ayırıb özündə saxladı. Soruşdular ki, niyə bu qoyunları beytül-mala vermirsən? İbn əl-Ütəbiyyə cavab verdi ki, bunları Bəni-Əzd qəbiləsi mənə hədiyyə kimi verib və bunların beytül-mala dəxli yoxdur, mənim şəxsi əmlakımdır.

Peyğəmbər hadisəni eşidəndə qəzəbləndi, minbərə qalxıb buyurdu: "Aranızdan bir nəfəri iş dalınca yollayıram. Qayıdanda deyir ki, gətirdiyim verginin bu hissəsi beytül-mala aiddir, bu hissəsini isə mənə hədiyyə veriblər və mənim özümündür. O adam əgər evində otursaydı, kimsə ona hədiyyə verəcəkdi ya yox? Canım ixtiyarında olan Allaha and olsun, bu dünyada bir heyvanı nahaq yerə mənimsəsəniz, qiyamətdə həmin heyvanı boynunuza yükləyib Allahın hüzuruna gətirəcəklər” (Səhihi-Buxari, hədis 7174, Sünəni-Beyhəqi, IV cild, səh. 158; Üsüd əl-ğabə, V cild, səh. 330, Kənz əl-ümmal, IV cild, səh. 394, hədis 11089 və s.).


Şərhlər:
Baxılıb: 342
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz