Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Lənətə və cəhənnəm əzabına layiq olan günah - rüşvət (1. hissə)
Lənətə və cəhənnəm əzabına layiq olan günah - rüşvət (1. hissə)
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 530
Səs ver:
Rüşvət cəmiyyətin tərəqqisini, sağlamlığını və saflığını hədələyən ən mühüm bəlalardan biridir. Qumar, sələmçilik, şərab, möhtəkirlik, yaltaqlıq kimi mənfi hallar cəmiyyət üçün nə qədər qorxuludursa, rüşvət də bir o qədər təhlükəlidir. Rüşvətin yayıldığı cəmiyyətdə heç bir inkişafdan, demokratik islahatdan, hüquqi münasibətdən söhbət gedə bilməz.

Çünki rüşvət – başqasının hüququnu tapdamaq, qanunsuzluğa don geydirmək, layiq olmadan qazanc və üstünlük əldə etməkdir. İslam Peyğəmbəri (s) bunu nəzərdə tutaraq buyurmuşdur: "İçində rüşvət yaranan elə bir qövm (millət) yoxdur ki, axırda dəhşətə və qorxuya düçar olmasın”.

Rüşvət real həyatda iki şəkildə meydana çıxır. Birinci halda insan rüşvət verməklə əslində layiq olmadığı bir üstünlüyü əldə etməyə çalışır. Bununla da o, başqasının haqqını qəsb etmiş olur, ona məxsus olmayan bir əmlakı, pulu və ya məqamı mənimsəyir. Məsələn, məhkəmədə mübahisəli əmlaka yiyələnmək üstündə tərəflərdən biri haqsız olduğu halda, hakimə rüşvət verməklə həmin əmlakı özününküləşdirir. Haqsız tərəfin verdiyi rüşvətin müqabilində hakim onun xeyrinə hökm çıxarır, bununla da o biri tərəf öz haqqından məhrum olur. Bu, rüşvətin ən pis növüdür. Burada həm rüşvət verən, həm də rüşvət alan tərəf şiddətli şəkildə günahkardır

Həzrət Mühəmməd Peyğəmbərin (s) hədislərində dəfələrlə həm rüşvət verən, həm də alan tərəfin ünvanına çox kəskin ifadələr işlədilmişdir. Məsələn, "Rüşvət alana da, verənə də, arada vasitəçilik edənə də Allah lənət eləsin!” (Müsnəd, V cild, səh. 279; Kənz əl-ümmal, VI cild, səh. 114, hədis 15080). "Rüşvət alan da, verən də cəhənnəmlikdirlər” (Kənz əl-ümmal, VI cild, səh. 113, hədis 15077). Aydındır ki, bu hədislərin əsas hədəfi rüşvətin birinci növüdür, yəni haqqı çatmayan bir məsələyə iddialı olan şəxsin verdiyi rüşvət. Bu cür rüşvət növündə rüşvəti verən adam qarşı tərəfin haqqına girmək təşəbbüsündə olduğuna görə, rüşvəti alan hakim də buna şərait yaratdığına və bu istəyi reallaşdırdığına görə məsuliyyət daşıyır. Hədislərdən məlumdur ki, ən böyük məsuliyyət bəndə haqqıdır (haqqunnas). Hətta Allah-təala başqasının haqqını mənimsəmiş insanı qiyamət günündə bağışlamaq ixtiyarınıı öz üzərinə götürməz və incitdiyi adamdan halallıq almayınca onu bağışlamaz.

İkinci növ rüşvətdə isə insan öz haqqını əldə etmək üçün və ya öz haqqını əldə etmək prosesini tezləşdirmək üçün səlahiyyətli şəxsə pul və ya mal verir. Bu zaman onun rüşvətlə qazandığı şey öz haqqıdır, heç kimin haqqını qəsb etməmişdir. Məsələn, qanunla layiq olduğu bir güzəşti dövlətdən almaq istəyən adama səlahiyyətli şəxs elan edir ki, yalnız müəyyən məbləğ rüşvət müqabilində onun sənədləşmə işini həll edəcək. Belə vəziyyətdə rüşvət tələb edən və alan şəxs birmənalı olaraq günahkardır. Həzrət Mühəmməd Peyğəmbər (s) belə bir şəraitdə rüşvət istəyən adamın haqqında buyurmuşdur: "Rüşvətdən uzaq olun! Çünki o, əsl küfrdür. Rüşvət alan adam cənnətin ətrini duymaz” (Bihar əl-ənvar, 104-cü cild, səh. 274).
Bu cür rüşvəti öz istəyi və təşəbbüsü ilə verən adam da günah qazanır. Çünki bu yolla o, rüşvət alan tərəf üçün şərait yaratmış olur. Həmin səlahiyyətli şəxs bundan ilhamlanaraq növbəti dəfə başqa adamlardan da rüşvət tələb edir. Hətta rüşvət verilməsə, haqlının haqqını təslim etməkdən imtina edir. Belə bir şəraitdə qeyri-qanuni qazanc üsulu yayılmış və təşviq edilmiş olur. İmkansız şəxslər rüşvət vermədikdə sıxıntıya düşürlər. Bu isə cəmiyyətdə qanunsuzluğun baş alıb getməsi ilə nəticələnir. Amma öz haqqını almaq üçün rüşvət verməyə məcbur olan şəxs ikrahla bunu edərsə, günah qazanmayacağı ümid olunur.


Şərhlər:
Baxılıb: 530
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz