Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Peyğəmbərlərə iman
Peyğəmbərlərə iman
Şərhlər:
Baxılıb: 383
Səs ver:
Bildiyimiz kimi imanın altı əsası vardır. Bunlar - Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə, qədərin xeyrinə və şərinə qəti inanmaqdır. Hər bir müsəlman bu altı əsasa iman gətirməlidir. Allahın peyğəmbərlərinə və elçilərinə iman gətirmək bu əsaslardan biri hesab olunur. Uca Allah buyurur: "Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlar dedilər): "Biz Onun elçiləri arasında fərq qoymuruq!” (əl-Bəqərə, 285). Bu ayədə Uca Allah elçilərə olan imanı imanın digər əsasları arasında qeyd edir və elçiləri qəbul etməkdə aralarında fərq qoymamağı buyurur. Uca Allah buyurur: "Allahı və Onun elçilərini inkar edənlər, Allahı Onun elçilərindən ayırmaq istəyib: "Biz o elçilərin bəzisinə inanır, bəzilərinə isə inanmırıq!"– deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər – məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq. Allaha və Onun elçilərinə iman gətirən və onlardan heç birinin arasında fərq qoymayanlara Allah öz mükafatlarını verəcəkdir. Allah Bağışlayandır, Rəhmlidir” (ən-Nisə, 150-151). Bu ayələrdən aydın olur ki, əgər insan Allahın elçilərinə iman gətirməzsə və ya onların arasında fərq qoyarsa, bəzilərini qəbul etsə belə o, əsl kafir hesab edilir. Quran insanları bütün elçilərə iman gətirməyə çağırır, lakin onların hamısının eyni dərəcədə olduğunu və bəzisinin digərlərindən üstün olmadığını güman etmək doğru deyildir. Əksinə, Allah hər bir elçisini bir çox mömin bəndələrindən üstün tutaraq layiq olduğu dərəcəyə yüksəltmişdir. Uca Allah buyurur: "Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Onlardan bəzisi ilə Allah danışmış, bəzisini isə dərəcələrə yüksəltmişdir. Biz Məryəm oğlu İsaya açıq-aydın dəlillər verdik və onu müqəddəs Ruh (Cəbrail) ilə qüvvətləndirdik. Əgər Allah istəsəydi, onlardan sonra gələnlər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra bir-biriləri ilə vuruşmazdılar. Lakin onlar ixtilaf etdilər. Onlardan kimisi iman gətirdi, kimisi də inkar etdi. Əgər Allah istəsəydi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini edir” (əl-Bəqərə, 253). Qurani Kərimdə aşağıdakı iyirmi beş peyğəmbərin və elçinin adı qeyd olunur: 1. Adəm 2. Nuh 3. İbrahim 4. İsmail 5. İshaq 6. Lut 7. Yəqub 8. Yusuf 9. Musa 10. Hərun 11. Davud 12. Suleyman 13. İlyas 14. Əlyəsə`ə 15. Yunus 16. Əyyub 17. Zəkəriyyə 18. Yəhyə 19. İsa 20. İdris 21. Hud 22. Zulkifl 23. Şueyb 24. Salih 25. Muhəmməd Bəzi ayələrdə bu peyğəmbərlərin adları sıra ilə qeyd edilir: "Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik” (ən-Nisə, 163). "Bunlar, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərimizdir. Biz istədiyimiz kəsi dərəcə-dərəcə ucaldarıq. Şübhəsiz ki, Rəbbin Müdrikdir, Biləndir. Biz ona İshaqı və Yaqubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik. Bundan əvvəl Nuhu da doğru yola yönəltmişdik. Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı və Harunu da. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da. Hamısı əməlisalehlərdən idilər. İsmaili, Əlyəsə`i, Yunusu və Lutu da. Hamısını aləmlərdən üstün etdik” (əl-Ənam, 83-86). Qurani Kərimdə bu böyük şəxsiyyətlərlə yanaşı Loğman, Zülqarneyn və Üzeyr kimi əməlisalehlərin adları da qeyd edilir. Bəzi İslam alimləri onların da peyğəmbər olduğunu hesab edirlər. Həmçinin, Qurani Kərimdə bəzi peyğəmbərlər haqqında danışılır, lakin onların adları çəkilmir. Buna misal olaraq əl-Kəhf surəsindəki Musanın qissəsini gətirmək olar. Həmin qissədə Xıdır peyğəmbərdən söhbət gedir, lakin adı çəkilmir. Onun adı Peyğəmbərin hədislərində qeyd olunur. Allahın elçilərinin sayı yalnız bütün bu deyilənlərlə məhdudlaşmır. Uca Allah buyurur: "Biz səndən əvvəl də elçilər göndərmişdik. Onlardan bəziləri haqqında sənə danışmış, bəziləri haqqında isə danışmamışıq. Heç bir elçi Allahın izni olmadan hər hansı bir ayə gətirə bilməzdi. Allahın əmri gəldikdə isə ədalətlə hökm verilər və yalan danışanlar orada ziyana uğrayarlar” (Ğafir, 78). Bu ayə açıq-aydın dəlalət edir ki, elçilərin əksəriyyəti Quranda qeyd olunmamışdır. Tək Allaha ibadət etmək və Ona şərik qoşmaqdan çəkinmək prinsipi bütün elçilərin dəvətinin əsasını təşkil etmişdir. Allah buyurur: "Biz hər ümmətə: "Allaha ibadət edin, Tağutdan (Allaha şərik qoşmaqdan) çəkinin! – deyə peyğəmbər göndərmişdik" (ən-Nəhl, 36). Onların hamısı vahid bir dini təbliğ etmiş və onlar bir əqidəyə sahib olmuşlar. Onlar insanlara Allahın buyuruqlarını çatdırır və doğru yolu göstərirdilər. Buna baxmayaraq onların gətirdikləri qanunlar fərqli olmuşdur. Bu qanunlar onların yaşadığı dövrə və göndərildiyi xalqa uyğun gəlirdi. Uca Allah buyurur: "Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik" (əl-Maidə, 48).


Şərhlər:
Baxılıb: 383
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz