Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mələklərə inam
Mələklərə inam
Şərhlər:
Baxılıb: 581
Səs ver:
Quranda bəhs edilən özəl varlıqlardan biri mələklərdir. Qurani-kərim təqribən yüz dəfə bu məxluqun adını çəkir və hər bir müsəlmanı mələklərin varlığına inanmağa dəvət etmişdir.

Bəqərə surəsi, 285-ci ayə:
Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) inanmış və möminlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və bütün peyğəmbərlərinə iman gətirərək dedilər: "Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!"

Bu ayədə Allaha iman, Onun peyğəmbərlərinə, nazil etdiyi kitablara və mələklərə iman ilə yanaşı qoyulur. Hər bir mömin insan Allaha, Onun peyğəmbərlərinə və nazil etdiyi kitaba inandığı kimi, mələklərə də iman bəsləməlidir. Deməli, mələklərə iman islam etiqadının şərtlərindəndir.
Başqa iki ayəyə müraciət edək.
Bəqərə surəsi, 97-98-ci ayələr:
(Ya Məhəmməd!) Cəbrailə düşmən olan şəxsə söylə ki, həqiqətən o, (Cəbrail) özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiq edən, möminləri doğru yola yönəldən, (onlara) mücdə verən Quranı Allahın izni ilə sənin qəlbinə çatdırmışdır (nazil etmişdir).

Hər kim Allaha, Onun mələklərinə və peyğəmbərlərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz, Allah da (belə) kafirlərə düşməndir.

Bu iki ayədə mələklərə iman Allaha və peyğəmbərə (s) imanla yanaşı qoyulmuş və hətta mələkləri inkar etmək küfr nişanəsi sayılmışdır.

Daha bir ayəyə diqqət yetirək:
Bəqərə surəsi, 177-ci ayə:
Yaxşı əməl heç də (ibadət vaxtı) üzünüzü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, Allaha məhəbbəti yolunda (və ya mal-dövləti çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrabaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirlərə, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlar onlardır. Mütəqqi olanlar da onlardır!

Bu ayə iman məsələsini daha geniş müstəvidə bəyan edir. Mələklərə inam isə Allaha, peyğəmbərlərə, səmavi kitablara və qiyamətə inamla yanaşı tutulur və həmin məsələ iman və etiqadın nişanələrindən sayılır. Bunların hamısı mələklərin Allah tərəfindən nazil olan özəl məxluq olduğunu göstərir.
İslam rəvayətlərindən bəlli olur ki, mələklərin sayı olduqca çoxdur. İmam Cəfər Sadiqdən (ə) soruşurlar ki, adamların sayı çoxdur, yoxsa mələklərin?

O, bu sualın cavabında belə buyurur:
"And olsun canımızın ixtiyar sahibinə ki, Göylərdə olan mələklərin sayı Yerdəki torpaq zərrələrindən çoxdur. Göylərin hər yerində Allaha sitayiş edən, Onu hər şeydən pak və uca tutan mələklərin izi vardır. Yerdə nə varsa, hamısının yanına mələk göndərilir və bu mələklər onların əməlləri barədə Allaha məlumat verir. Allah bütün əməllərdən xəbərdardır"


Şərhlər:
Baxılıb: 581
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz