Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Quran nə üçün ərəb dilində nazil olub?
Quran nə üçün ərəb dilində nazil olub?
Göndərən: my_angel
Şərhlər:
Baxılıb: 592
Səs ver:
"Bu (Quranın dili) isə açıq-aşkar (bəlağətli, fəsahətli) ərəb dilidir! (Ərəblər özləri Quranın dil, üslub gözəlliyi qarşısında heyranlıqlarını, acizliklərini gizlədə bilmədikləri halda, əcəmlər bu cür fəsahətli ərəb dilini haradan bilə bilərlər?!)" ("Nəhl", 103).

Ərəb dili, feil şəkilçiləri, şəxs əvəzlikləri və kəlmə törəmələri ilə çox zəngin və qıvraq dil olmaqla bərabər, hər cür məna dəyişmələrinə qarşı son dərəcə sağlam bir ifadə qüdrətinə sahibdir. Bu cəhətdən ingilis və fransız dili kimi ən inkişaf etmiş dillər də daxil olmaqla, dünyanın heç bir dili ifadə gücünə görə ərəb dili ilə müqayisə oluna bilməz. Bir çox alimlər Qurani-Kərimin ərəbcə nazil olmasını ərəb dilinin bu xüsusiyyəti ilə bağlayırlar.

Bundan başqa, ərəb dili ən fonetik dildir. Ərəb əlifbasında cəmi 4 sait var. Dünya dilləri arasında ən az saitli dil olduğundan tələffüzü də ən asandır. Çünki dilin tələffüzündəki çətinlik, o dildəki sait səslərin çoxluğu ilə ölçülür.

Məsələn, ingilis və fransız dillərində saitlərin sayı ondan çoxdur. Azərbaycan dilində 9, Anadolu türkcəsində 8, digər dünya dillərində isə yeddidən az deyildir. Halbuki ərəbcədə "a", "ə", "i" və "u" olmaqla cəmi 4 sait səs vardır. Bunlar da bütün dünya dillərində olan və ən çox işlənən sait səslərdir. Buna görə bir ərəb başqa bir dil öyrənmək və yaxşı danışa bilmək üçün  ana dilində olmayan bəzi səsləri də öyrənmək və özünü bu səslərə alışdırmaq məcburiyyətindədir.

Lakin Quranın ərəb dilində nazil olmasının başqa məntiqi səbəbləri də vardır ki, onlardan biri də bu dildən kəlmələrin ifadə etdiyi mənaların digər dillərdə dəqiq əvəzedici sözün və ya sözlərin olmamasıdır. Bu səbəbdən də həmin kəlmələrin mənasını açıqlamaq istədikdə tərcüməsini deyil, təfsirini vermək məcburiyyətində qalırıq.

Amma Quranın ərəb dilində nazil olmasının səbəbləri bunlarla məhdudlaşmır.

Sonuncu Peyğəmbərin (s) ərəb cəmiyyətində zühur etməsi və ərəblərin öz dillərinə qarşı son dərəcə təəssübkeş olması Quranın məhz onların dilində nazil olmasını zəruri hala çevirir. Belə ki, əgər Quran ərəb dilində deyil, dünyanın başqa dillərində nazil olsaydı, amma peyğəmbər onların özlərindən olsaydı heç vaxt iman gətirməz və bunu  əllərində iman gətirməmələrinə dair əsas dəlil tutardılar. Qeyd olunanlarla yanaşı, ərəb dilindəki söz zənginliyi və digər dillərdən az təsirlənməsi Quranın ərəb dilində nazil olmasına başqa bir amil ola bilər.


Şərhlər:
Baxılıb: 592
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz