Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Keçmiş ümmətlərdə oruc
Keçmiş ümmətlərdə oruc
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 338
Səs ver:
Məşhur Quran təfsirçisi Təbrisi "Cəvamiül-came” təfsirində yazır ki, Həzrət Adəmin (ə) zamanından indiyə kimi peyğəmbərlərin və onların ümmətlərinin arasında oruc əhəmiyyətli məsələlərdən biri sayılıb.

Zəməxşərinin "Kəşşaf” təfsirində Həzrət Əlinin (ə) belə bir məzmunlu kəlamı xatırlanır ki, oruc, Allah-təalanın heç bir ümməti azad etmədiyi qədim bir ibadət növüdür. Qurani-kərimin: "Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, pis əməllərdən çəkinəsiniz!” ayəsi də (Bəqərə, 183) bu ibadətin keçmiş ümmətlərə aidiyyatı olduğunu göstərir. Lakin keçmiş ümmətlərin orucu ilə İslamdakı orucun arasında istər müddət, istərsə də keyfiyyət baxımından bəzi fərqlər vardır. Üstəlik, müsəlman ümməti yeganə ümmətdir ki, orucu mübarək Ramazan ayında tutur. Keçmiş ümmətlər Ramazan ayının bərəkətindən məhrum idilər; bu bərəkətə yalnız İslam ümməti nail oldu.

Şeyx Səduqun "Mən la yəhzuruhul-fəqih” kitabında (I cild, səh. 73) İmam Əlinin (ə) dilindən nəql olunur ki, bir nəfər yəhudi Həzrət Mühəmməd Peyğəmbərin (s) hüzuruna gəlib, ona bəzi suallar verdi. Suallardan biri də bu barədə idi ki, niyə Allah-təala sair ümmətlərə daha artıq müddət oruc tutmağı buyurduğu halda, İslam ümmətinə 30 gün oruc tutmağı əmr edib? Peyğəmbərimiz ona bu cür cavab verdi: "Adəm (ə)  qadağan olunmuş meyvəni yedikdən sonra o meyvə qarnında 30 gün qaldı. Allah onun övladlarına 30 gündüz ac-susuz qalmağı əmr etdi. Gecələr yedikləri isə Allahın onlara bir lütfü (icazəsi) idi... Allah bunu mənim ümmətimə də vacib etdi”. Sonra Peyğəmbər "Bəqərə” surəsinin 183-cü ayəsini oxudu. Yəhudi dedi: "Düz söylədin, ey Mühəmməd! Bəs oruc tutan adama Allah hansı əvəzi (mükafatı) verər?” Peyğəmbər buyurdu: "Hansı mömin ramazan ayında savabını Allahdan umaraq oruc tutsa, Allah ona bu yeddi xüsusiyyəti bəxş edər: bədənindən haramı əridib çıxarar, Allahın mərhəmətinə yaxınlaşar, babası Adəmin günahını yumuş kimi olar, Allah onun ölüm anında can verməsini asanlaşdırar, qiyamət günündə aclıqdan və susuzluqdan amanda qalar, Allah onu cəhənnəm alovundan xilas edər və ona cənnətin pak meyvələrini əta edər”.

Rəvayətə görə, Həzrət İdris Peyğəmbərə (ə) Allahın vəhy etdiyi səhifələrdə oruc haqqında belə buyurulurdu: "Orucluq vaxtına daxil olanda özünüzü hər cür çirkinlikdən və murdarlıqdan təmizləyin. Pis fikirlərdən, nalayiq çağırışlardan pak olan xalis və saf qəlblə Allah naminə oruc tutun. Allah bu ayda çirkin qəlbləri, qeyri-xalis niyyətləri həbs edər (qüvvədən salar). Yalnız ağzınız yeməkdən uzaq olmaqla oruc tutmasın. Gərək bütün bədən üzvləriniz günahdan oruc olsun (uzaq dursun). Yalnız yeməkdən uzaq durmaqla oruc tutsanız, Allah sizdən razı qalmaz. Bütün pisliklərdən və çirkinliklərdən uzaqlaşsanız və (yaxşılığa doğru) dəyişsəniz, Allah sizdən razı olar” ("Vəqayeül-əyyam” kitabından).

Hədislərdən məlum olur ki, keçmiş peyğəmbərlərin bir çoxu Allahın vacib buyurduğu orucdan əlavə, müstəhəb oruc da tuturdular və hər bir peyğəmbərin özünəməxsus orucluq ənənəsi vardı. Məsələn, Həzrət Davud Peyğəmbər (ə) bir gün oruc tutar, bir gen tutmazdı. Bu cür günaşırı oruc tutmaq qaydası dini mətnlərdə "Davudun orucu” kimi xatırlanıb. Həzrət Süleyman Peyğəmbər (s) hər ayın ilk üç günündə, orta üç günündə və son üç günündə oruc olardı. Həzrət İsa Peyğəmbər (ə) bütün günləri oruclu halda keçirərdi. Onun anası bakirə Məryəm isə iki gün oruc tutar, iki gün tutmazdı. İslam Peyğəmbərinin də hər ayın əvvəlində, ortasında və axırında müstəhəb oruc tutması məlumdur. Bu cür oruc tutmaq qaydasını Peyğəmbər bütün ayı oruclu olmaq qədər dəyərli sayırdı.


Şərhlər:
Baxılıb: 338
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz