Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Peyğəmbərin iftar payını yeyən səhabə
Peyğəmbərin iftar payını yeyən səhabə
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 415
Səs ver:
Həzrət Mühəmməd Peyğəmbərin (s) məşhur səhabəsi Ənəs ibn Malik Yəsribin (Mədinənin) Xəzrəc qəbiləsindən idi. O, hicrətdən təqribən 10 il əvvəl (612-ci ildə) doğulmuşdu.

Anası Ümmi-Süleym Yəsribin iman gətirmiş ilk şəxslərindən idi. Həyat yoldaşı (Ənəsin atası) Malik xəbər tutanda qəzəblənib, onu bütpərəstliyə qaytarmağa çalışdı. Lakin səylərinin fayda vermədiyini görəndə ev-eşiyini atıb Şam istiqamətində yola çıxdı, az sonra orada vəfat etdi. Ümmi-Süleym Ənəsi və onun iki qardaşını təkbaşına böyütməyə başladı.

Bir müddətdən sonra Ümmi-Süleym öz həmqəbiləsi Əbu Təlhə adlı bir nəfərə ərə getdi. Əbu Təlhə elçi düşdüyü vaxt hələ iman gətirməmişdi. Ümmi-Süleym müşrik bir insanla ailə qura bilməyəcəyini söyləyəndə Əbu Təlhə İslamı qəbul etdi. Bütün bu hadisələr Peyğəmbərin Yəsribə hicrətindən əvvəlki 2 il ərzində baş vermişdi.

Peyğəmbər Yəsribə köçdükdən dərhal sonra Ümmi-Süleym 10 yaşlı Ənəsi özü ilə götürüb, o həzrətin hüzuruna gəldi və söylədi: "Ey Allahın Rəsulu! Mənim bu oğlumdan savayı Sənə bağışlamağa heç nəyim yoxdur. Oğlum Ənəsi Sənə xidmət etməyə verirəm. Bu töhfəmi qəbul et”. Peyğəmbər Ənəsin barəsində belə dua etdi: "İlahi! Bunun mal-dövlətini və övladlarını artır! Ona əta etdiyin hər şeyi bərəkətli qıl!”

Bundan sonra Ənəs təqribən 10 il müddətində Peyğəmbərin xidmətində durdu. O, Peyğəmbərin yanından bir addım da olsa ayrılmır, hər bir işdə o həzrətə kömək edirdi. Özünün dediyi kimi, Peyğəmbər bircə dəfə də olsa ona acıqlanmamış, hərəkətindən narazı qalmamışdı, bacarmadığı bir işi ondan tələb etməmiş, tapşırığı yarıtmayanda danlamamışdı.

Ənəs ibn Malik ən uzun ömür yaşamış, ən gec vəfat etmiş və ən çox övlad sahibi olmuş səhabələrdən sayılır; bu nemətlərə Peyğəmbərin yuxarıda qeyd edilmiş duası ilə nail olduğunu yazırlar. Ən geniş yayılmış məlumata görə o, 712-ci ildə təqribən 103 yaşında ikən Bəsrədə vəfat etmişdir. Ənəs ibn Malik əhli-sünnə məzhəbində Peyğəmbərdən ən çox hədis rəvayət etmiş səhabələrin sırasında üçüncü yerdə durur.

Şəhid Mürtəza Mütəhhəri Peyğəmbərin səbr və həlimliyi, xüsusilə, özündən kiçiklərə qarşı mərhəməti barədə aşağıdakı hadisəni misal gətirir:

Peyğəmbər oruc tutduğu günlərdə şərbətlə və bir az südün içinə doğranmış çörəklə iftar və obaşdanlıq edərdi. Bəzən hətta iftarla obaşdanı birləşdirər və cəmi bir dəfə yeyərdi.

Peyğəmbərin yeməyini adətən Ənəs hazırlayar və o həzrətin gəlişinə kimi saxlayardı. Bir axşam Ənəs yenə iftar üçün bir kasa süd və bir az çörək hazırladı. İftar vaxtı çatınca Peyğəmbər evə gəlmədi. Ənəs arxayın oldu ki, yəqin o həzrət səhabələrdən birinin evinə qonaq gedib və orada iftarını açıb. Mədinədə qəhətlik idi. İnsanlar yarıac-yarıtox yaşayırdılar. Hətta qarındolusu yemək də tapılmırdı. Ənəs öz yemək payını yesə də, tam doymamışdı. Peyğəmbərin gəlmədiyini görüb, o həzrətin də payını yedi.

Bir müddətdən sonra Allahın Rəsulu evə qayıtdı. Ənəs arxayın olmaq üçün Peyğəmbərin yanındakı səhabədən soruşdu ki, həzrət iftar edibmi? Səhabə cavab verdi ki, xeyr, Peyğəmbər hələ iftarını açmayıb. Ənəs öz əməlindən peşman oldu. Amma evdə daha ərzaq qalmamışdı.

Ənəs o gecəni səksəkə içində keçirdi. Gözləyirdi ki, Peyğəmbər ondan yemək istəyəcək. Ənəs həm öz əməlindən utanır, həm də qorxurdu ki, həzrət yeməyə bir şey olmadığını biləndə qəzəblənər. Amma bunun əksinə olaraq, həmin gecə Allahın Rəsulu ondan yemək tələb etmədi, heç nə yemədən ac halda yatağa girib yatdı. Ənəs deyirdi ki, Allahın Rəsulu ömrünün sonuna kimi o hadisənin üstünü vurmadı və narahatlığını bildirmədi.


Şərhlər:
Baxılıb: 415
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz