Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəbir ziyarətinin bəzi qaydaları (1-ci hissə)
Qəbir ziyarətinin bəzi qaydaları (1-ci hissə)
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 656
Səs ver:
İslamın ən mühüm inanc əsaslarından biri axirətə inam olduğu üçün, axirəti, ölümdən sonrakı həyatı ununtmamaq da zəruri dəyərlərdən biri sayılır. İstər Quran ayələrində, istərsə də məsumların kəlamlarında dünya həyatının qısa bir müddət ərzində bitəcəyi, hər kəsin öz əməllərinə görə Allah qarşısında cavab verəcəyi fikri vurğulanır. Axirətin "qapısı” ölümdür. Bu mənada müsəlman ölümü unutmamalı, ona hər an hazır olmalı, başqalarının ölümündən ibrət almalıdır. Ölüm barədə faydalı təsəvvür əldə etməyin yollarından biri də qəbirləri ziyarət etməkdir.

Bir çoxları qəbir ziyarətindən qorxur, qəbristanlığa getməyi, dəfn və hüzr məclislərində iştirak etməyi bədbinlik, tərki-dünyalıq əlaməti hesab edirlər. Ölüm haqqında hər bir düşüncə və xəbərdarlıq onları narahat edir. Əslində isə bütün bunlar dünyanın müvəqqəti və ötəri ləzzətlərinin əsl dəyərini görmək, əcəl qarşısında gücsüzlüyü anlamaq, qəbir içində sorğu mələkləri ilə baş-başa qalacağı günün məsuliyyətini duymaq üçün ən yaxşı fürsətdir. Bir insanın dəfnini öz gözləri ilə seyr etmək, dünən sağ olan insanın bu gün ucu-bucağı görünməyən qəbristanlıq sakinlərindən birinə çevrildiyini görmək və heç özünün də bilmədiyi bir gündə onların cərgəsinə qatılacağını düşünmək ən faydalı nəsihət və moizədir.

Müsəlmanların dəfn mərasimində iştirak etmək İslamda o qədər mühümdür ki, hətta möminlərin bir-biri üzərindəki hüquqlarından biri sayılır. İmam Cəfər Sadiq (ə) bu barədə buyurub: "Müsəlmanın öz müsəlman qardaşı üzərində haqqı budur ki, onu görəndə salam versin, xəstələnəndə görüşünə getsin, səfərə getsə (və ya uzaqda olsa), onun barəsində xeyir niyyətdə olsun, asqıranda ona dua etsin ("yərhəməkəllah”, yəni "Allah sənə rəhm etsin” desin), onun dəvətini qəbul etsin, ölsə dəfn mərasiminə qatılsın” ("Üsuli-Kafi”). Mömin qardaşın qəbrini ziyarət etmək də əhəmiyyət baxımından bu hüquqlardan geri qalmır.

Qəbir ziyarətinin bəzi müstəhəb qaydaları vardır ki, aşağıda onların bir hissəsini qeyd edirik. Xatırladırıq ki, bu əməllərin heç biri vacib deyil, müstəhəbdir (bəyəniləndir).

Qəbir ziyarətinə yola düşməzdən əvvəl qüsl və ya dəstəmaz almaq müstəhəbdir.

Qəbristanlığın qapısına çatarkən bu cür dua etməyin savabı var: "Əssəlamu əla əhli diyari min əl-mömininə vəl-müslimin. Əntüm ləna fərətun və nəhnu inşaallahu bikum lahiqun”. Tərcüməsi: "Mömin və müsəlmanlardan məkan (qəbristanlıq) əhlinə salam olsun. Siz bizdən irəli düşdünüz. İnşaallah, biz də sizin ardınızca gələcəyik”.

Həzrət İmam Əli (ə) qəbristanlıqda uyuyanları bu cür ziyarət etməyi tövsiyə edirdi:"Bismillahir-Rəhmanir-Rəhim. Əs-səlamu əla əhli la ilahə illəllahu min əhli la ilahə illəllah. Ya əhlə la ilahə illəllah. Bihəqqi la ilahə illəllah. Keyfə vəcədtum qovlə la ilahə illəllah? Min la ilahə illəllahu ya la ilahə illəllah. Bihəqqi la ilahə illəllah. İğfir limən qalə la ilahə illəllah. Vəhşurna fi zumrəti mən qalə la ilahə illəllah, Muhəmmədun rəsulullah, Əliyyun vəliyyullah”. Tərcüməsi: "Rəhman və Rəhim Allahın adı ilə. La ilahə illəllah əhlinə (yəni müsəlmanlara) la ilahə illəllah əhlindən salam olsun. La ilahə illəllah xatirinə. Ey la ilahə illəllah əhli! La ilahə illəllah sözünün (yəni imanın) təsirini (savabını) vahid olan Allahdan necə gördünüz? Ey şəriki olmayan vahid Allah! La ilahə illəllah xatirinə. La ilahə illəllah söyləyənləri bağışla. Bizi la ilahə illəllah, Muhəmmədun rəsulullah, Əliyyun vəliyyullah deyənlərin cərgəsində məhşərə gətir”.


Şərhlər:
Baxılıb: 656
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz