Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ev sahibi qonaqlıqda özünü necə aparmalıdır?
Ev sahibi qonaqlıqda özünü necə aparmalıdır?
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 531
Səs ver:
Qonaq üçün ən rahat şəraiti yaratmaq, ürəyi istəyən hər şeyi onun üçün hazırlamaq, onun sözünü yerə salmamaq ev sahibinin vəzifəsidir. Yemək məsələsində xüsusilə diqqətli olmaq lazımdır.

Əgər qonaq uzaq yol qət edibsə və o yerin adəti üzrə günün yemək yeyilən vaxtında gəlibsə, onun üçün süfrə hazırlanmalı və yemək təqdim edilməlidir. Uzaq yol gəlmiş qonaqdan "yemək istəyirsənmi, aclığın varmı?” deyə soruşmaq ədəbə uyğun deyil. Aydındır ki, əgər qonaqdan ac olub-olmadığını soruşsanız, utandığı üçün "ac deyiləm” cavabını verəcək. Qurani-kərim ayələrindən (Zariyat, 26-28) oxuyuruq ki, Həzrət İbrahim (ə), evinə gələn qonaqlara heç nə demədən bir buzov kəsib xörək bişirmiş və onlar üçün gətirmişdi. Hətta bundan sonra qonaqların yeməyə əl uzatmadıqlarını görüb narahat olmuşdu. Buradan aydın olur ki, ev sahibi qonağın tam rahatlıqla yeyə bilməsinə şərait yaratmalı, əksinə, qonaq yemirsə, bunun səbəbi ilə maraqlanmalı və həmin səbəbi aradan qaldırmağa çalışmalıdır. Ola bilər ki, yemək qonağın zövqünə uyğun olmasın. Və ya qonaq utancaqlıq üzündən süfrəyə əl uzatmasın. Bu halda ev sahibi qonağın zövqünə uyğun yemək hazırlamağa çalışmalıdır. (Əlbəttə, bunu da qeyd edək ki, verilən xörəyi bəyənməyib yeməmək qonaq tərəfindən ədəbsizlikdir. Amma əgər bu hal baş versə, yenə ev sahibinin vəzifəsi imkan dairəsində qonağın zövqünü oxşamaq və onu razı salmaqdır).

Qonağın rahat yeyə bilməsi üçün ev sahibi də onunla birlikdə süfrəyə əyləşməli və yeməlidir. Süfrə arxasında mütləq qonağa qulluq etmək, xörəyin gözəl tikələrini ona təklif etmək lazımdır. Hətta ev sahibinin qonaqdan daha əvvəl yeməyə başlaması və qonaqdan sonra yeməyi bitirməsi müstəhəbdir. Bu, ona görə edilir ki, qonaq süfrəyə əl uzatmaqdan utanmasın və ev sahibinin də yediyini görüb ürəklənsin, rahat şəkildə yeyə bilsin. İslam Peyğəmbəri bunu nəzərdə tutaraq buyurmuşdur: "Kim istəyirsə Allah və Rəsulu onu sevsin, gərək öz qonağı ilə birlikdə yemək yesin”. "Kim öz qonağı ilə birlikdə yemək yesə, Allahla onun arasında hicab (pərdə) olmaz”.

Əgər qonaq israrla yeməkdən imtina edirsə, ona yüngül bir qəlyanaltı və ya içməli nə isə təklif etmək yerinə düşər. İmam Sadiq (ə) buyurub ki, din qardaşın sənin evinə qonaq gələndə ona əvvəlcə yemək təklif et. Əgər istəməsə, onda içməyə su təklif et. Əgər bunu da qəbul etməsə, onda dəstəmaz almağı təklif et. (Əlbəttə, bu hədis namaz qılan qonağa aiddir). Hədisdən görünür ki, əgər qonaq yemək istəmirsə, ola bilər ki, namaz vaxtının ötməsindən narahatdır. Buna görə də ona şərait yaratmaq lazımdır ki, namazını qılsın və rahatlansın. Nəzərə alaq ki, dəstəmaz zamanı əl-üzü yumaq da insana mənəvi rahatlıq gətirir. Namazını qılmış qonaq həm dini borcunu verdiyinə görə rahatlıq əldə edir, həm dəstəmaz almaqla sərinlənir, həm də namaz qıldığı müddətdə evin ab-havasına öyrəşir, dincəlir və gərginlikdən xilas olur.

Ev sahibinin daha bir vəzifəsi qonağı işlətməmək, onun istirahətini təmin etməkdir. Hədisdə oxuyuruq ki, İmam Sadiqin (ə) evinə qonaq gələn adam bir gecə ev işini görmək üçün qalxır. İmam ona etiraz edib buyurur: "Peyğəmbər qonağa iş buyurmağı qadağan etmişdi”.

Qonaq qəbul etməklə kasıblayacağını düşünənlərə isə Peyğəmbərin bu hədisini xatırlatmaq istərdik: "Qonaq gələndə ruzisini özü ilə gətirər, gedəndə ev sahibinin günahlarını özü ilə aparar”.


Şərhlər:
Baxılıb: 531
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz