Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İftiranın cəza hökmü
İftiranın cəza hökmü
Göndərən: Catwoman666
Şərhlər: 9
Baxılıb: 573
Səs ver:
Sual: İftiraya görə şəriətdə hansı cəza hökmü nəzərdə tutulur?

Cavab: Həmd Allaha məxsusdur.

"İftira"- bir kəsi zina etməkdə yaxud uşaqbazlıqda ittiham etməkdir. Bu, dilçilik baxımından "iftira" sözü üçün müvafiq təməl mənadır. Mənası güclü ittiham etmək deməkdir. Kim bir insanı zina etməkdə ittiham edərsə yaxud bununla söyərsə (abrını tökərsə) artıq ona iftira etmiş və onu iyrənc, mənfur bir şeylə ittiham etmişdir.

İftira atmaq haram və əslində əgər iftira atılan şəxs ismətli və təmiz (iffətli) biri isə bu halda böyük günahlardandır.

Allah-Təala buyurur: "(Murdar əməldən) xəbəri olmayan ismətli mömin qadınları (zinada) günahlandıranlar dünyada və axirətdə lənətə düçar olarlar.Onları böyük bir əzab gözləyir".[1]

Sədi, rahiməhullah, belə demişdir:

"İsmətli mömin qadınları zinada ittiham edənləri Allah-Təala sərt xəbərdarlıq edərək buyurur: "İsmətli mömin qadınları (zinada) günahlandıranlar", yəni əxlaqsızlıq, pozğunluqdan uzaq olanları; "Xəbəri olmayan"-yəni bu barədə heç ağıllarından belə keçməyən ismətli qadınları. "Mömin qadınları (zinada) günahlandıranlar dünyada və axirətdə lənətə düçar olarlar". Lənət yalnız böyük günahlarda olur.

Lənət təsdiq edir ki, onlara həm bu dünya, həm də o dünyada davamlı lənət olacaq. "Onları böyük bir əzab gözləyir". Ayənin bu hissəsi lənətə əlavə olaraqdır və göstərir ki, onlar İlahi rəhmətdən daha da uzaqlaşırlar və Allahın şiddətli cəzasına düçar olacaqlar.

Nəbi sallallahu aleyhi və səlləm demişdir: "Yeddi həlakedicidən uzaq olun. Soruşdular: "Ey Allahın Rəsulu, bunlar hansılardır? O dedi: "Allaha şərik qoşmaq, sehr, Allahın haqqı ilə öldürülməsi buyurduqları xaric öldürülməsini haram buyurduğu biri cana qıymaq, riba yemək, yetim malını yemək, döyüş meydanından qaçmaq, ismətli və iffətli mömin qadınlara iftira yaxmaq".[2]

əl-Hafiz ibn Həcər, Allah rəhmət etsin, demişdir: "Muubiqət (həlakedicilər kimi tərcümə olunub)" dedikdə böyük günahlar nəzərdə tutulur.

Daimi Heyətin 22/76 saylı Fətvasında deyilir: "Müsəlman birinin qardaşına iftira yaxması qadağandır. Bu, böyük günahlardan biridir. Buna görə tövbə mütləq tövbə edilərək iftira yaxılan insandan halallıq istənilməlidir. Əgər halallıq verməzsə şəriətə görə onun öz hüququnu tələb etmək haqqı var.

Müvəffəq edən Allahdır. Allahın salavatı və salamı Peyğəmbərimiz Muhəmmədə, onun əhli beytinə və səhabələrinin üzərinə olsun.

Şeyx Abd əl-Əziz ibn Bəzz; Şeyx Abd ər-Rəzzaq əl-Əfifi; Şeyx Abdullah ibn Ğudeyyan.

İffətli və ismətli birinə iftiraya görə cəza hökmünün tətbiqi alimlərin yekdil rəyinə görə vacibdir. Buna görə şəriətdə səksən (80) çubuq nəzərdə tutulur. Allah-Təala buyurur: "İsmətli qadınları (zinada) günahlandırıb, sonra dörd şahid gətirməyən kəslərə səksən çubuq vurun və onların şahidliyini heç vaxt qəbul etməyin. Onlar əsil fasiqlərdir".[3]


Şərhlər: 9
Baxılıb: 573
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Yusif Ulker
men bu dunyada en cox iftiradan qorxuram atalar da deyib ki ALLAH quru bohtandan iftiradan saxlasin yer uzunde iftiradan bohtandan pis is gunah yoxdur kim iftira ederse ALLAH onun cezasini iki qat verir bu dunyadada o dunyadada
28 avqust 2015 16:21
# 9
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
Lola_Maya_
coox sagolun
25 avqust 2015 21:58
# 8
Aylin
xebere gore cox tesekkur lazimli ve cox deyerli melumat idi bunu butun muselmanlar bilmeli ve emel etmelidir
25 avqust 2015 16:28
# 7
En cox guvendiyin insanlar inciderler
Catwoman666
Kiməsə iftira, şər, böhtan atmaq çox böyük günahdır!!

...666...
24 avqust 2015 16:45
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
Ayselina
Rebbim bizleri serden böhtandan qorusun.
24 avqust 2015 16:04
# 5
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
VIP
Allah bizləri güünahlardan cəkindirsin.Onun qoydugu haramlara uzag,halallara yaxın olag.İnşallah hər zaman Allaha ibadət edib,Allahın dərgahına əl acag.
24 avqust 2015 14:25
# 4
Başımın üstündə Allah,yanımda ailəm olsun.
vipbetul
Allah ozlu ele insanlarin cezasini verir

Allah ozlu ele insanlarin cezasini verir
24 avqust 2015 14:07
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
efsane..
Allahin buyurdugu heddleri qorumali butun pisliklerden uzaq olmaliyiq
24 avqust 2015 12:58
# 2
BARBI
Gozle gormediyin seylebasqasini ittiham etmek olmaz. Iftira en boyuk gunahdir
24 avqust 2015 11:03
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz