Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İslam ölkələrindəki şəriət Qurana uyğundurmu?
İslam ölkələrindəki şəriət Qurana uyğundurmu?
Göndərən: NoName
Şərhlər: 5
Baxılıb: 706
Səs ver:
İslam dedikdə çox insan hal-hazırda bir çox ölkədə yaşanan şəriətləri düşünür. Halbuki Qurana əsaslanmayan, adət-ənənələrə və uydurma hədislərə əsaslanan şəriətlə Qurandakı şəriət eyniləşdirilə bilməz. Əgər dünyada İslam şəriətinə uyğun idarə olunan bir ölkə olsaydı, Quranın "Dində məcburiyyət yoxdur" hökmünə əsasən, tam demokratiya yaşanardı. Mal-mülk hərisliklə yığılmaz, Quranın yoxsulu qorumağa və öz nəfsindən əvvəl qardaşının nəfsini düşünməyə təşviq edən gözəl hökmünə əsaslanan həyat tərzi hakim olardı. Həyat standartları yüksək və keyfiyyətli olardı. Elm və incəsənətə yüksək dəyər verilərdi. Heç bir irqi və dini ayrı-seçkilik olmadan bütün millətlərə sevgi və şəfqətlə yanaşılardı. Söz və fikir azadlığı olardı, lakin əsla təhqirə,  şiddət və təzyiqə yol verilməzdi. Quranın "kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür" xəbərdarlığına əməl edilərdi. Müsəlman olduğunu iddia edənlər digər məzhəbdən olanları asanlıqla öldürməzdi.

Lakin hal-hazırda İslam şəriəti yaşanan ölkələrin heç birində bu sistem demək olar ki, yoxdur. Çünki hazırda şəriət adı altında yaşanan sistem Qurandakı İslam şəriəti ilə idarə edilmir. İslamın şəriətini yaşamaq üçün dini bütün xurafatlardan təmizləmək və Quranda təsvir olunan şəriətə uyğun yaşamaq lazımdır. Bunun üçün İslam şəriəti ilə idarə olunan ölkənin rəhbəri xurafatlara deyil, tamamilə Qurana uyğun qərarlar qəbul etməlidir. Qurana tabe olan müsəlman lider özündə üç əsas xüsusiyyəti birləşdirməlidir: şəfqətli, demokratik və ədalətli olmalıdır. Bu liderə nəinki xalq, qonşu dövlətlərin də liderləri daima etibar edər. Quran əxlaqına yiyələnmiş müsəlman liderin himayəsində yaşayan insanlar demokratiyanı indiyə qədər yer üzündə tətbiq olunmamış ən mükəmməl şəklini görə bilərlər. Heç kimə məcburi şəkildə islami məsuliyyətlər yüklənməz, hər kəs öz inancına görə sərbəst hərəkət edər.

Qurandakı İslama əsasən, hər kəslə bərabər və ədalətli rəftar edilər. Bəzən müsəlmanların öz əleyhinə yaranan vəziyyət olsa da, "Ey iman gətirənlər! Özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun” ayəsinin tələbi ilə ədalət mütləq bərpa olunar.

İslam dininin mənbəyi Quran olduğu üçün şəriəti də Qurandan öyrənmək daha doğru olar. Hal-hazırda İslam şəriəti ilə idarə edildiyini iddia edən dövlətlərin Qurana nə qədər uyğun olduğuna baxmaq lazımdır. Belə ki, Quranın bizə ədaləti, demokratiyanı, azadlığı öyrətdiyi halda İslamı məcburi şəkildə qəbul etdirməyə çalışan, öz məzhəbindən olmayanları asanlıqla öldürən, Qurana saslanmayan hökmləri tətbiq etdirməyə çalışan ölkələrdəki şəriətin Qurana əsaslanmadığı  aşkar görünər. Lakin Quranın bizə göstərdiyi yola tabe olsalar, sevginin hakim olduğu, heç kimin inanc azadlıqlarının məhdudlaşdırılmadığı, hər kəsin bolluq içində yaşadığı cəmiyyət yaranar. Qurana əsaslanan İslam şəriətində xurafatlara yer olmadığı üçün radikalizm də aradan qalxar. Xurafatlara əsaslanan şəriətin əvəzinə Qurana əsaslanan dini maarifləndirmə isə İslamı vəhşət dini kimi göstərməyə çalışanlara çox gözəl cavab olar.

Nərmin Kərimzadə


Şərhlər: 5
Baxılıb: 706
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
Islam yasamin en duzgun sertlerini buyurur emel olunsa dunya cox gozel olar sevgi merhemet etrafimizdan eksik olmaz amma teessufki insanlar haqqi yeterince anlamirlar
10 avqust 2015 10:37
# 5
VIP
Quranı yanlış ayələrlə təqdim etmək olmaz,günahdı..
8 avqust 2015 18:39
# 4
Başımın üstündə Allah,yanımda ailəm olsun.
vipbetul
bizim Dinimiz Kitabimiz o qeder gozeldirki onun dediyi ile getsek her sey o qeder goze olarki o qeder pak exlaqli dunya olarki bu dunya berkemde o biri dunyadan daha gozel goruner bize,helbeki bu gur dunyada olmayageyi bellidir
8 avqust 2015 14:41
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Nermin xanim duz buyurub xurafatlara yol verilmrse sirf Quranda yazilanlara ustunluk verilse dunyada islam dinine zidd geden olmaz
8 avqust 2015 12:22
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
BARBI
Islam dininde hec vaxt mecburiyyete yer yoxdur. Bezi sexsler var islam dinini teblig edir ve zorla qebul etdirmeye calisir. Her kesin secimleri ferqlidir . Buna hormetle yanasilmalidir
8 avqust 2015 11:56
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz