Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Necə dua edək ki, Allah qəbul etsin?
Necə dua edək ki, Allah qəbul etsin?
Göndərən: aliceWOnDer
Şərhlər: 20
Baxılıb: 1689
Səs ver:
Birincisi: hər şeydən əvvəl Allahın böyüklüyü qarşısında kiçikliyimizin, acizliyimizin fərqinə vararaq boynumuzu büküb tə­vazö və ixlasla Ona əl açmalıyıq. Allahın başımıza yağdırdığı saysız-hesabsız nemətlər və lütflərlə müqayisədə iba­dətlərimizin, xeyirli və yaxşı əməllərin heçliyini etiraf edib günah­ və qüsurlarımız üçün əfv diləyərək Onun hüzurunda diz çökməliyik. Əgər camaat halında deyil, tək dua ediriksə, o halda ya ürəyimizdə, ya da ancaq yavaş səslə Rəbbimizə yalvarmalıyıq. Duaya Allaha həmd-səna etmək, Peyğəmbərimizə, Onun ailə və əshabına salət-salam gətirməklə başlamaq və salət-salamla bitirmək də duanın ədəbindən sayılır.

İkincisi: Allahdan bir şey istəyərkən Onun diləyimizi yerinə yetirəcəyinə tam inanmalıyıq. Bu baxımdan zərrə qədər də şübhəmiz olmamalıdır. Çünki O, aləmlərin Rəbbidir. Onun gücü hər şeyə yetər. Peyğəmbərimiz bir hədisində buyurur: "Yer üzündə günah işləmək və qohum-əqrəba ilə əlaqələri kəsməklə bağlı istəklər istisna olmaqla Allahdan bir şey istəyən elə bir müsəlman yoxdur ki, Allah ona dilədiyini bəxş etməsin. Və ya ona dilədiyi şeyə bərabər bir günahını bağışlamaqla cavab verməsin”. (Tirmizi, Daavat 126) Bu hədisdən də anlayırıq ki, mərhəmət və əfvi sonsuz olan Rəbbimiz qullarının heç bir duasını cavabsız qoymur. Ya olduğu kimi, ya da daha xeyirli şəkildə qəbul edir. Bəzən qul fani dünyası üçün bir şey istəyir, Allah-Təala isə onun axirəti üçün daha yaxşı olanı verir.

Üçüncüsü: Allahdan məşru çərçivədə (şəriətə uyğun, haram olmayan) kiçik-böyük hər şey istəyə bilərik. Səhabələr itirdikləri ayaqqabı bağını tapmaq üçün belə Allaha dua edərmişlər. Ancaq "Rabbənə ətinə fid-dunya hasənətən və fil-əxirati hasənətən və qinə azəbən-nər” (Ey Rəbbimiz! Bizə dünyada da, axirətdə də yaxşılıq və gözəlliklər lütf et və bizi cəhənnəm əzabından qoru!) kimi dərin məzmunlu və əhatəli dualarla Allaha yönəlmək daha məqbuldur.

Dördüncüsü: elə vaxt və məkanlar var ki, o vaxt və məkanlarda edilən dualar daha məqbul sayılır. Namazdan sonra, xüsusən, sübh namazından sonra, cümə günü, xüsusən, cavab verilmə (ica­bət) saatı, üç aylar, xüsusilə, ramazan ayı, mübarək gün və ge­cə­lər, ələlxüsus, min aydan daha xeyirli olan Qədr gecəsi belə qızıl vaxtlardır. Məscidlər, camilər, xüsusən, Məscidül-Aqsa, Məs­cidi-Nəbəvi, Kəbeyi-Müəzzəmə kimi müqəddəs məkanlarda edilən duaların da ayrı yeri vardır.

Beşincisi: duada israrlı olmaq lazımdır. Maddi və ya mənəvi ehtiyaclarımız üçün bir neçə dəfə dua edib, sonra da: "Allah duamı qəbul etmədi”, – deyərək vaz keçmək olmaz. Xəstəlik, mü­sibət və ehtiyacların olması eyni zamanda onlar üçün dua vaxtının çatması deməkdir. Dua etsək də, dərdimizə dərman tapılmasa, "demək, duanın vaxtı hələ qurtarmayıb” deyib duaya davam etməliyik. Xüsusən də, Allahın razılığını qazanmaq, rəhmət və məğfirətini (əfvini) diləmək, iman və Quran istiqamətində yaşamaq, nəfs və şeytandan qorunmaq kimi xüsuslarda bir anı da duasız keçirmək olmaz.

Altıncısı: Müsəlmanın müsəlman qardaşı üçün etdiyi dualar da məqbul dualardandır. Peyğəmbərimiz bir hədisi-şərifində: "Bir Müsəlman din qardaşına qiyabi dua edərsə, mələk də "Onun üçün istədiyinin bir misli də sənə olsun” deyə ona dua edər,” – buyurmuşdur. (Müslim, Zikr 86, 88/Əbu Davud, Salət 364)

Yeddincisi: qövlü (sözlə etdiyimiz) dualarımızı feli (iş, davranış, hərəkətlə edilən) dualarla dəstəkləməli, qüvvətləndirməliyik. Allahdan cənnəti istəyən adamın cənnətə aparan yolda addımlaması feli duadır. "Allahım, Səndən Firdövs cənnətini istəyirəm,” – deyə dua edən bir adam əgər müntəzəm olaraq yalan danışır, insanları aldadır, fitnə-fəsad çıxarır, oğurluq, zülm edirsə, deməli, duasında səmimi deyil. Dünyaya aid ehtiyaclar üçün də eyni şeyi söyləyə bilərik. Uğur qazanmaq istəyən planlı və sistemli işləməli, xəstəliyə tutulan həkimə getməli, dərmanlarını düzgün qəbul etməli, sonra da Rəbbinə dua etməlidir. Bu, eyni zamanda Allaha qulluğun və sayğının tələbidir.

Səkkizincisi: dua bir ibadətdir. İbadətlərdə əsl məqsəd isə Allahın rizasını qazanmaqdır. Belə ki, namaz ruh və bədən sağlamlığı baxımından çox faydalı olsa da, səhhətə və mənəviyyata görə qılınmır, sırf Allahın əmri olduğuna görə qılınır. Bunun kimi dua da Rəbbimizin bir əmridir.

Dünyəvi məqsədlər duanın qayəsi deyil, vəsiləsi və vaxtıdır. Biz o vəsilələrdən istifadə edərək həmin vaxtlarda Allaha yönəlir, çoxlu dua edib yalvarırıq: "Ey bizim Kərim Rəbbimiz, Sən bizi bizdən daha yaxşı tanıyırsan. Ola bilsin ki, biz Səndən əsl istəniləsi şeyi diləmirik. Sən bizə dünya və axirət həyatımız üçün ən xeyirli nədirsə, onu lütf et. Bilərək və ya bilməyərək işlədiyimiz günahları bağışla. Bizə bütün aləmləri əhatə edən mərhəmətinlə müamilə et[1]”.

Xalis qulluq məhz bu səmimi yalvarışlardır. Rəbbimiz bizi bu qulluq şüuru ilə sərəfraz etsin.


Şərhlər: 20
Baxılıb: 1689
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
♥ KaMa ♥
Mən dua edəndə həmişə kövrəlirəm gözlərim dolur bəzən ağlayıram((
30 avqust 2015 00:00
# 20
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
efsane..
Allah her birimizin dualarimizi qebul etsin dilimiz duasiz qalmasin
27 iyul 2015 17:57
# 19
Madina
Edilen her bir dua tanri terefinden qebul olunur,bezilerinin heyata kecmemesi ise tanrinin bize olan bir cavabidir. Tanri hemise Her seyin en xeyirlisini bize nesib edir.
26 iyul 2015 00:31
# 18
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
Yusif Ulker
ALLAH butun dualarimizi qebul etsin AMİN
25 iyul 2015 21:54
# 17
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
Сладкий Ангел
Allah butun dualarmizi qebul etsin amin dua
25 iyul 2015 21:37
# 16
.Bir gülüşüm var Sizlərə ömür...
yasemin
"Ey bizim Kərim Rəbbimiz, Sən bizi bizdən daha yaxşı tanıyırsan. Ola bilsin ki, biz Səndən əsl istəniləsi şeyi diləmirik. Sən bizə dünya və axirət həyatımız üçün ən xeyirli nədirsə, onu lütf et. Bilərək və ya bilməyərək işlədiyimiz günahları bağışla. Bizə bütün aləmləri əhatə edən mərhəmətinlə müamilə et[1]”.
AMİN....Gözəl xəbərdir ALLAH razı olsun
25 iyul 2015 18:49
# 15
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
Narın Yağış
Nə vaxt dua etmişəmsə Allaha tam inanaraq bunu məndən aldısa dahada yaxşısını nəsib edəcək düşüncısilə dua etmişəm deyə hər zaman dualarım qəbul olub..Birdə nə olur olsun hər zaman Şükr etmək gərək.. dua
23 iyul 2015 21:33
# 14
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
Dosta_inam
Allah dualarimizi qebul etsin Insaallah, esas odur icden isteyerek dua edesen, sukur Allahin boyukluyune verdiyine bu gune kimi ne istemisem Tanrim onu mene nesib edib, bu gunumuzu sukur.

Allah dualarimizi qebul etsin Insaallah, esas odur icden isteyerek dua edesen, sukur Allahin boyukluyune verdiyine bu gune kimi ne istemisem Tanrim onu mene nesib edib, bu gunumuzu sukur.
23 iyul 2015 18:49
# 13
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
vipbetul
Rebbim butun dualarimizi bizimcin xeyirli ederek biz qullarina nesib etsun Amin insallah
23 iyul 2015 15:54
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ayka
en esasi odu ki duani icden edesen men icden edende qebul olur 128 128 128
23 iyul 2015 15:43
# 11
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
Mrs.Pianist
Bu gune kimi çox şükür ALLAHım istədiklərimi qismət edib.İndii tək istəyim Ali təhsilli olmaqdı..
23 iyul 2015 14:54
# 10
Acısı çox olan qizların guluşu gozel olur.!
Canavar sevgisi
Allah her weye qadirdir. Buna inaniram butun qelbimle inwAllah menimde duami qebul eder.
23 iyul 2015 14:44
# 9
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
Fialka
Ürəyində Allaha inamı, sevgisi olan hər bir kəsin duası, diləyi Allahın nəzərindədir. Qəbul olunması üçünsə sadəcə ürəkdən istəmək lazımdır. Allah edilən xeyirli duaları qəbul edər inşAllah.
23 iyul 2015 14:40
# 8
Nergız33
Allah bütün temiz niyyetnen edilen duaları qebul elesin dua
23 iyul 2015 13:25
# 7
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
qanadli melek
Dua etmenin zamani ve yeri yoxdu.esas odurki semimi qelbden alacaqimiza inanaraq allaha guvenerek dua edek
23 iyul 2015 12:07
# 6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
xeyalperest
U yazini bir kitabdan oxumuşdum .Allah edilen dualri qebul etsin İnşallah
23 iyul 2015 12:03
# 5
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
miraya
Sukur bugunumuze allah boyukdur yeterki isteyin arzulayin o tez yada gec istediyinizi size verecek
23 iyul 2015 11:44
# 4
BARBI
Onemli olan duani icinden etmek ve heqiqeten isteyerek etmekdir. Rebbim her kesin duasini qebul elesin
23 iyul 2015 11:24
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
...AdaDunyam``
Rebbim dualarimizi qebul etsin insAllah
23 iyul 2015 11:21
# 2
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Bebiw
Allah boyikdur.Wukur Allaha yawayiriq.H
gun her saat her deq her saniye Allaha dua etmeliyik
23 iyul 2015 11:17
# 1
sowu
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz