Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ülvi məqsədlər üçün ailə qurun
Ülvi məqsədlər üçün ailə qurun
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 547
Səs ver:
İnsanın ailə qurmaqdan məqsədi müqəddəs və mə᾽nəvi amal olmalıdır. İzdivac Haqqın əmrlərinə itaət, peyğəmbərlərin üslubuna tabeçilik, həyat yoldaşının səadətini tə᾽min etmək və gözəl övladlar tərbiyə etmək məqsədi ilə həyata keçirilməlidir.
Qadın və kişi ailə qurarkən özlərini böyük bir ibadəti həyata keçirmək üçün hazırlamalıdırlar. Haqqın razılığını nəzərdə tutmalı və bilməlidirlər ki, onların hər ikisi «sülb» və «bətn» baxımından cənab Haqqın əmanətdarıdırlar. Onlar bilməlidirlər ki, Haqqın əmanəti olan övladları az bir müddətdə atanın sülbündə, altı aydan doqquz aya qədər də ana bətnində qonaqdırlar. Bu iki müddətdə Allahın övlada verdiyi dəqiq tə᾽sirlənmə qabiliyyəti ilə onlar ana və atanın bütün xüsusiyyətlərini qeyri-iradi olaraq qəbul edirlər.
Nəql edirlər ki, həzrət Peyğəmbər (s) hamilə qadınlara batil əleyhinə haqq cəbhələrinə tamaşa etməyə icazə verirmiş. Bu yolla qadınlar cihadın, haqq yolunda savaşın gözəl mənzərələrinə tamaşa edərək, döyüşçülərin ilahi şüarlarına qulaq asır və bu görmək və eşitmək yolu ilə bətndəki uşağı qidalandırırdılar. Beləliklə də, uşaq ana bətnində şücaətli, ciddiyyətli bir varlıq kimi inkişaf edirdi.
Məgər eşitməmisiniz ki, həzrət Fatimənin (s) pak vücudu Rəsulullahın (s) sülbündə yaranmazdan öncə Allah tərəfindən Peyğəmbərə (s) qırx gün oruc tutmaq tapşırıldı. Gecələr iftar edərkən behişt yeməklərindən yeyirdi. Belə bir şəraitdə o pak insanın nütfəsi ana bətninə köçürüldü.
Sizinlə izdivac arasındakı vasitə gözünüz olmamalıdır. İzdivac dəllalı şəhvət, var-dövlət, yeni qohumların vasitəsilə hər hansısa vəzifəyə tə᾽yin olunmaq, aldadıcı gözəl simaya sahib olmaq olmamalıdır. Bu məqsədlərlə qurulan ailələr bu günə qədər heç bir nəticə verməmişdir.
Çalışıb Allahı, ibadəti, mə᾽nəviyyatı, həyat yoldaşının hüquqlarına riayət etməyi, saleh və sağlam övladlar tərbiyələndirməyi, bir sözlə, Allahın razılığını izdivacın əsas məqsədinə çevirməliyik. Yalnız bu yolla izdivacın nəticə və faydası əbədi və daimi olar.
Halal ləzzətləri bu uca məqsədin davamı hesab edin ki, bu halal ləzzətlə də axirət savabına nail olasınız.
Əgər izdivac ilahi məqsədlərlə həyata keçirilsə, təlaqla nəticələnməz. İlahi bağlılıq daimi və əbədi olur.
İlahi məqsədlər üçün ailə quran şəxs öz həyat yoldaşının bütün haqlarına riayət edir. Həyat yoldaşı onun tərəfindən heç bir zülmə mə᾽ruz qalmır.
Həyat yoldaşının abrını övladlar və qohumlar qarşısında qorumaq vacib, qadının kişi tərəfindən, kişinin də qadın tərəfindən təhqir olunması İlahi nəzərində haramdır.
Əli (ə) və Fatimənin (s.ə) izdivacı müsəlman kişi və qadınlara örnək olmalıdır. Hansı ki, bu izdivac ülvi məqsədlərlə həyata keçirilmiş və onun nəticəsi pak, saf, ilahi övladlar olmuşdur.
Şiə hədislərində aşağıdakı ayə bu pak izdivaca aid edilmişdir:
«(Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün), açıb buraxdı. Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar (özləri üçün müəyyən edilmiş həddi aşmazlar). O iki dənizdən inci və mərcan çıxar» («Rəhman» surəsi, ayə 19-20.).
İki dəryadan məqsəd Əli (ə) və Fatimədir (s.ə). İki mə᾽rifət, səbir, helm, iman, bəsirət dəryası. Fasilədən məqsəd həzrət Peyğəmbər (s), «lö᾽lö» (inci) və «mərcan» isə həzrət Həsən (ə) və Hüseyndir (ə). (Nurus-səqələyn, 5-ci cild, səh-191, 19-cu hədis.)
Ailə quruluşu tam islami və ilahi olmalıdır ki, Allah-təalanın razılığını cəlb etsin.
Ailə qurarkən bəyənilməz, qeyri-ilahi, şeytani adət-ən᾽ənələrdən istifadə edilməməlidir. Peyğəmbər (s) onları məhv etməyi tapşırmışdır: «İslama müvafiq olmayan cahiliyyət adət-ən᾽ənələrini məhv edin».
Əks təqdirdə, izdivacın acı nəticələri ilə qarşılaşmalı olacağıq.


Şərhlər:
Baxılıb: 547
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz