Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həyat yoldaşı seçməyin insani və islami şərtləri
Həyat yoldaşı seçməyin insani və islami şərtləri
Göndərən: NoName
Şərhlər: 9
Baxılıb: 962
Səs ver:
1. Əziz valideynlər izdivacdan öncə qız və oğlanın bir-birini görməsinə şərait yaratmalıdırlar. Burada əqd oxunması, məhrəmlik əldə olunması lazım deyil. Bu İslamın icazə verdiyi, İslam fiqhinin heç bir qadağa qoymadığı bir həqiqətdir. Bu görüş hər iki tərəf üçün zəruridir. Burada onlar bir-birlərini bəyənər və zahiri qüsurlarından xəbərdar olarlar. Sonra qəti qərara gələrkən, izdivacdan sonrakı irad və bəhanələrin yolunu bağlayarlar. Əlbəttə, bu görüş yalnız izdivac məqsədi ilə həyata keçirilməli və bəyənib-bəyənməmək məsələsi şərt olunmalıdır. Bununla da, bu görüş Allaha qarşı asi olmaqdan kənar olar. Bu mövzuda bir neçə rəvayətə diqqət yetirək:
Həzrət Peyğəmbər (s) bir qadınla ailə quran Müğeyrə ibn Şö᾽bəyə buyurur: «Əgər (izdivacdan) öncə onu görsəydin, indi sizin səmimiyyətiniz daha çox olardı». (İzdivac dər İslam, 47.)
Məhəmməd ibn Müslüm deyir: «İmam Baqirdən (ə) soruşdum: «İzdivac etmək istəyən şəxs almaq istədiyi qızı görə bilərmi?» Həzrət buyurdu: «Bəli! Çünki, çox baha qiymətə alır, niyə görə görmək haqqına malik olmamalıdır?!» (Vəsailüş-şiə, «Nikahın müqəddiməsi» 36-cü bölüm.)
Həsən (imamın əshabı) deyir: «İmam Sadiqdən (ə) soruşdum: «Kişinin evlənməzdən öncə qadına diqqət yetirməsi caizdirmi? Onun arxasına, simasına nəzər sala bilərmi?» Həzrət buyurdu: «Bəli, istədiyi qadının arxa və simasına nəzər salmasının heç bir eybi yoxdur». (Vəsail, 36-cı bölüm.)
Bir şəxs imam Sadiqdən (ə) soruşdu: «Kişi ailə qurmaq istədiyi qadının başının tükünü və digər gözəlliklərini müşahidə edə bilərmi?» Həzrət buyurdu: «Qadının gözəllikləri ilə tanış olmaq məqsədi ilə olarsa, heç bir eybi yoxdur». (Həmən mənbə.)
İmamdan soruşuldu: «(Ailə qurmaq istədiyi) qadının kişinin görməsi üçün onun qarşısında dayanması caizdirmi?» Həzrət buyurdu: «Bəli bu məqsədlə nazik paltar geyinməyin də eybi yoxdur».
Həzrət Peyğəmbər (s) bir qadına elçilik edən səhabələrdən birinə buyurdu: «Onun üzünü və əllərini nəzərdən keçir». (İzdivac dər İslam, 49.)
Bu kimi rəvayətlər göstərir ki, hər hansı bir şəxs hər hansı bir qadını özünə həyat yoldaşı seçirsə, onun ailəsi, əxlaqı, imanı haqqında apardığı araşdırmalardan sonra başının tükü, gözəlliyi, boy-buxunu, quruluşu və s. kimi bədən xüsusiyyətlərini müşahidə etməyinin heç bir eybi yoxdur. Bunun səbəbi odur ki, kişi ailə qurandan sonra qadında mövcud olan hər hansı eyib və ya nöqsan üzündən ondan soyuyaraq ayrılmasın. Əlbəttə, bütün bunların mə᾽nası bu deyildir ki, hər hansı bir şəxs evbəev gəzib, insanların namusunu bir-bir gözdən keçirərək qadınları başdan-ayağa qədər gözdən keçirsin, sonda isə onlardan birini seçsin.
2. Qadını görüb bəyəndikdən sonra, onunla izdivac fikrinə düşdükdə qadının gözəlliyi, ağılı, kamalı, camalı ilə yanaşı, niyyətini də xalis Allaha görə etməlidir. Bu işi Allah-təalanın göstərişini, ilahi ənbiyaların, xüsusilə də böyük İslam peyğəmbərinin (s) sünnəsini diriltmək və ona əməl etmək məqsədi ilə görməlidir.
Bu mövzuda həzrət Peyğəmbərdən (s) nəql olunan bir rəvayətdə buyurulur: «Allaha görə ailə quran və digərlərinin ailə qurmasına yardım edən şəxs Onun himayəsi altındadır». (Məhəccətül-bəyza, 3-cü cild, səh-54.)
Bəli, aşağıdakı ayə bu fəzilətli insanlara aid olunur:
«Allah ona inananların dostudur. Onları zülmətdən çıxarıb, nura (işığa) tərəf yönəldər…» («Bəqərə» surəsi, ayə 257.).
Allah-təala qadın və övlad sahibi olanları sevir. Elə buna görə də, yaşlı vaxtlarından Zəkəriyyaya Yəhyanı, İbrahimə isə İsmayılı bəxş etdi. Qur᾽anın ayələrindən birində isə öz elçisinə buyurur:
«(Ya Məhəmməd!) Biz səndən öncə də peyğəmbərlər göndərdik, onlara zövcələr, övladlar verdik» («Rə᾽d» surəsi, ayə 38.).
3. İzdivac məsələsində tələsmək düzgün deyildir. İslam maarifində qeyd olunur ki, tələsmək şeytan işidir. Həyat yoldaşı seçmək diqqətlə, məsləhətləşmə və onun özü və ailəsi haqqında lazımı araşdırmalar aparılmaqla həyata keçirilməlidir. Əks təqdirdə, hər iki tərəfə əvəzolunmaz olmayan böyük ziyan dəyə bilər.
Həzrət Sadiq (ə) bu mövzuda buyurmuşdur: «Qadın, sanki bir boyunbağıdır. Həyatının boynuna hansı boyunbağını saldığına diqqət yetir». (Bihar, 100-cü cild, səh-233.)
4. Dəyərli şi᾽ə kitablarında Haqq elçisi və onun pak Əhli-beyti (ə) tərəfindən buyurulan hədislərdə mö᾽min və müsəlman gəncə layiq həyat yoldaşının bütün xüsusiyyətləri dolğunluğu ilə bəyan edilmişdir.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Sizlərdən hər hansı biriniz bir qadınla ailə qurmaq istədikdə (onu görmək mümkün olmazsa), siması barəsində araşdırma apardığınız kimi, saçı haqqında da araşdırma aparın. Çünki saç da gözəlliklərdən biridir». (Həmən mənbə, səh-237.)
5-13. Cabir ibn Abdullah Ənsari deyir: Həzrət Peyğəmbərin (s) hüzurunda əyləşmişdik. Qadınlar haqqında, onların bə᾽zilərinin bə᾽zilərinə nisbətən üstün olmaları barəsində söhbət olundu. Haqq elçisi buyurdu: «Sizinlə bu mövzuda söhbət edimmi?» Səhabələr «Bəli»-deyə, ərz etdilər. Həzrət (s) buyurdu: «Sizin qadınlarınızın ən yaxşısı övlad dünyaya gətirən, mehriban, iffətli, qohumları yanında hörmətli və ərinə təvazökarlıq və itaət göstərən qadınlardır. Onlar yalnız ərləri üçün bəzənər, digərlərinə qarşı e᾽tinasızlıq göstərər, ərinin sözünə baxar, ona tabe olar, xəlvətdə özünü onun ixtiyarına verərlər». (Həmən mənbə, səh-235.)
14-18. Əli (ə) buyurmuşdur: Sizin ən yaxşı qadınlarınız beş xislətə malikdirlər. İmamdan «Bu beş xislət hansılardır?»-deyə soruşulduqda, Həzrət (ə) buyurdu: «İşin asanından yapışmaq, yumşaq xasiyyətli olmaq, güzəşt etməyi bacarmaq, əri qəzəbləndikdə nəyin bahasına olursa - onun razlığını cəlb etmək, əri olmadıqda onun abırını qorumaq. Bu xislətləri özündə cəm edən qadın Haqq tərəfdarıdır. O, Allahın rəhmətindən (heç bir zaman) mə᾽yus olmasın». (Həmən mənbə, səh-231.)
19. Bir kişi izdivac məsələsi haqqında həzrət Peyğəmbərlə (s) məsləhətləşdi. Həzrət (s) buyurdu: «İzdivac et, amma dindar qadınla. Allah xeyrini versin. Ləyaqətli qadın ə᾽səm qarğaya bənzəyir. (Yə’ni) iou tapmaq çox çətindir». Kişi «Ə᾽səm qarğa nədir?»-deyə soruşdu. Həzrət (s) buyurdu: «Bir ayağı ağ olan qarğa». (İzdivac dər İslam, 59.)
20-21. İbrahim (imamın əshabı) deyir: «İmam Sadiqə (ə) dedim: «Həyat yoldaşım, həmdəmim, məni anlayan yeganə şəxs dünyasını dəyişib. İndi ailə qurmaq fikrinə düşmüşəm. Həzrət (s) buyurdu: «Çox diqqətli ol. Bax gör, özünü kimə tapşırırsan, kimi öz var-dövlətinə şərik edir, onu dinindən, sirrindən və əmanətindən xəbərdar edirsən. İzdivacdan qeyri çarən olmazsa, özünə əxlaqlı bir həyat yoldaşı tap». (Bihar, 100-cü cild, səh-232.)
22. Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Müsəlman şəxsin vəziyyətini yaxşılaşdıran ilahi təqdirlərdən biri qadındır. Belə ki, əri ona nəzər saldıqda qəlbinə sevinc dolur, o olmadıqda onun abrını qoruyur, o olduqda isə əmrlərinə tabe olur». (İzdivac dər İslam, 60.)
23. Rəsulullah (s) buyurmuşdur: «Ümmətimin qadınlarının ən üstünü ən gözəl və mehriyyəsi ən az olandır». (Bihar, 100-cü cild, səh-236.)
24. Əli (ə) buyurmuşdur: «Rəsulullah (s) camaata buyurdu: «Qadınlar üçün nəyin daha yaxşı olduğunu mənə deyin». Həzrət Fatimə (s) cavab verdi: «Kişiləri görməsinlər, kişilər də onları görməsin. Əxlaqi və şər᾽i məsələlərə qarşı e᾽tinasız olmasınlar». Həzrət Peyğəmbər (s) bu cavaba heyran oldu və buyurdu: «Fatimə mənim canımın bir hissəsidir». (Bihar, 100-cü cild, səh-238.)
25-26. İmam Sadiq (ə) buyurmuşdur: «Sizin qadınlarınızın ən yaxşısı ona bir şey verildikdə təşəkkür edən, bir şeyi qadağan etdikdə isə razı qalan qadındır». (Həmən mənbə, səh-239.)
28-30. İmam Sadiq (ə) buyurmuşdur: «Sizin qadınlarınızın ən yaxşısı gözəl ətirli, biş-düşü yaxşı bacaran, yersiz və artıq xərc aparmayan, yerində qənaət etməyi bacaran qadındır. Belə bir qadın Haqq göstərişlərinin icraçısıdır. Onun mə᾽yus və peşman olmasına səbəb yoxdur». (İzdivac dər İslam, 61.)
31. Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Ən bərəkətli qadın ərini az xərcə salan qadındır». (Həmən mənbə, 70.)
32-34. Əli (ə) buyurmuşdur: «Qadının ailədəki ən yaxşı xüsusiyyətləri kişinin ən pis xüsusiyyətləridir: Təkəbbür, qorxu, xəsislik. Qadın təkəbbürlü, qürurlu olarsa, ərindən qeyrisinə təslim olmaz. Xəsis olarsa, ərinin malını qoruyar, qorxaq olarsa qarşıya çıxan hər bir hadisədən qorxaraq, özünü qorumaq fikrinə düşər və digərlərinin hiyləsinə mə᾽ruz qalmaz. (Bihar, 100-cü cild, səh-238.)
35-38. «Bakirə və toxunulmamış qızlarla ailə qurun. Çünki onlar daha pakizə ağıza və (uşaq doğurmaq üçün) daha əlverişli bətnə malikdirlər. Onlara tə᾽lim vermək daha asan, ərlərinə və həyata bağlılıqları daha möhkəmdir». (Həmən mənbə, səh-237.)
39-40. İmam Sadiq (ə) buyurmuşdur: «Sizin qadınlarınızın ən yaxşısı odur ki, əri ilə xəlvətə düşdükdə, libasını əynindən çıxarmaqla öz ərinə qarşı həya pərdəsini də kənara atsın. (Özünü istənilən şəkildə ərinin ixtiyarına versin). Libasını geyindikdə isə həya pərdəsinə də bürünsün». (İzdivac dər İslam, 67.)
Yuxarıda qeyd olunan xüsusiyyətlər müsəlman və mö᾽min qadında olmalıdır. Gənc mö᾽minlər ailə qurarkən rəvayətlərdə qeyd olunan bu qırx xüsusiyyətə diqqət yetirməlidirlər. Belə bir qadın tapdıqda onu özlərinə həyat yoldaşı, övladlarına isə ana olaraq seçməlidirlər. Onlar diqqət yetirib, bu seçimi özləri üçün çətinləşdirərək, yersiz vəsvəsələrə yol verməsinlər. Çünki çox diqqət və yersiz vasvaslıqlar işi olduqca çətinləşdirir.


Şərhlər: 9
Baxılıb: 962
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
Allah razi olsun
12 avqust 2015 21:58
# 9
Denizimm
ALLAH bizim qarwimiza ehli beyte awiq birini cixarsin INWALLAH
19 iyul 2015 20:17
# 8

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
ayka95
maraqlidi
19 iyul 2015 16:19
# 7
Dosta_inam
Evlilik mesuliyyet teleb edir, evlenmeden once gerek yaxsi yaxsi dusunsun insan, bu yuku men ceke bilecem ya yox, Allah her kese istediyi aileni nesib etsin.
19 iyul 2015 11:46
# 6
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
KRALİCEM
Agli olanda ere geder heyif deyilmi qiz vaxti hec dunya vecibede olur yaaiyirsan amma ere gedenden sonra bilmirsen er sozu goturesen bilmirsen qaynana qaynata baldiz her gelen geden bir miz qoyur eseb xedeliyin tutulmaq isdeyen ere getsin
19 iyul 2015 08:14
# 5
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
BARBI
Evlilik mesuliyet teleb edir. Ona gore evlenmek istemirem. Evliliyi gerek sonacan surduresen. Her zaman ozune uygun yoldas tapmaq mutleqdir
18 iyul 2015 22:07
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
her bır muselman bunları bılıb emel etmelıdır

her bır muselman bunları bılıb emel etmelıdır
18 iyul 2015 15:47
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dj_Vampir
Gelecekde lazim olar)
18 iyul 2015 15:02
# 2
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
Mrs.Pianist
Evlilik asan iw deyil,evlenmeden once emin olmaq lazimdir ki,men omrumun sonuna qeder bu xanimla ve yaxsu bu kiwi ile yawlanacam,Allah her bir qizin qarwisina yaxsi birin cixarar in sha allah
18 iyul 2015 14:56
# 1
Acısı çox olan qizların guluşu gozel olur.!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz