Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gəlinin cehizi
Gəlinin cehizi
Göndərən: NoName
Şərhlər: 13
Baxılıb: 1107
Səs ver:
Müsəlman və mö᾽minlər arasında belə bir adət vardır. Atalıq, böyüklük, məhəbbət üzündən ailənin böyüyü, qızın himayəçisi öz övladına cehiz verir.
Bu məsələdə oğlanın və qızın ailəsinə xatırladılmalıdır ki, ənbiya və imamların əxlaqi xüsusiyyəti, Allahın böyük əhəmiyyət verdiyi qənaətə riayət olunsun. Qızın ailəsinin gücü çatdığı qədər göndərdiyi cehizi qənaət, məhəbbət gözü ilə qəbul etsinlər. Belə olan surətdə digərlərinin şəxsiyyəti qətiyyən təhqir olunmaz. Qızın valideyni də cehizin hazırlanmasında orta yolu tutaraq, israfdan çəkinməli və öz ictimai mövqeyini nəzərə almalıdır. Çünki israfkar Allahın düşmənidir.
Cehiz üçün olduqca bahalı ləvazimatın hazırlanmasına ehtiyac yoxdur. Cehizin xərci öz şər᾽i və ictimai hüdudlarını aşmamalı və ailələr bu üzdən ağır xərcə və borca düşməməlidirlər.
Bu məsələdə mütləq bəhsləşməkdən, digərlərinin israf edərək hazırladıqları təmtəraqlı cehizlərinə göz dikməkdən çəkinmək lazımdır. Bununla, gənclər ağır cehizlərə meyl etməz və yalnız varlı-dövlətli şəxslərin qapısına elçi göndərməzlər. Bundan əlavə, izdivac məsələsində digərləri üçün həllolunmaz problem icad olunmaz. Əks təqdirdə, insaniyyətlə təzad təşkil edən bu məsələ Haqqın nifrətinə və qiyamət gününün əzabına səbəb olacaq.
Cehiz halal maldan hazırlanmalıdır. Çünki gəlin və bəyin etdikləri vacib ibadət yalnız halal geyimdə şəriətə uyğundur. Valideynlər özlərini övladlarının hədsiz intizar və təvəqqeləri ucbatından qiyamət əzabına düçar etməsinlər.


Şərhlər: 13
Baxılıb: 1107
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Denizimm
cehiz vacibdi her qiz ucun anncaq yenede imkan daxilindde tebiiki
5 avqust 2015 20:20
# 13

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
Catwoman666
Cehiz falan sevmirəm. qızın evləndiyi oğlan tutaq ki, çox varlıdır. Evdə hərr şey var. onda nəyə lazımdı yanında yüklə gəlmək?)

...666...
5 avqust 2015 18:47
# 12
"All men must die, but we are not men"

Daenerys Targaryen
EsmaNur
tamamile dogrudur
5 avqust 2015 13:55
# 11
ALESSANDRA
cehizi sevirem
ama eger bir insnain imkani yoxdusa vermeyede biler
ama bu geline cox pis tesir eder mence...
5 avqust 2015 12:11
# 10
Don't trust anyone ∆
Dosta_inam
Cehiz aparmaq yaxsi bir seydir, ancaq imkana gore, borca xerce girib cehiz hazirlamagi hec xoslamiram, gelinin ehtiyaci qarsilansin besdir.
5 avqust 2015 05:12
# 9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
4 avqust 2015 23:49
# 8
vipbetul
qiza cehiz vermiyende oqlan evi ozunu ele aparirki ele bil bunlar kup-kup geline cehiz qir-qizil veribler verdikleride yenede ele oz evlerine qayidir
4 avqust 2015 23:30
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
teri meri
Qıza cehiz verməmək də düzgün deyil əgər imkanı varsa borca-xərcə düşməyəcəksə bahalı cehiz verməyə pis baxmıram ama imkanı yoxdu slrf insanlar nə deyər nə danışar deyə borca-xərcə düşüb bahalı cehiz verəmləri isə başa düşmürəm hamı özü üçün və öz imkanına uyğun yaşamalıdır başqaları çox söz deyir ama sənim borcunu başqası gəlib ödəmir
4 avqust 2015 22:16
# 6
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Meleknur
Bele baxanda deyirik cehiz neye lazimdir bir duwunun xanimlar bow eve getmisiz qynanada yoxdu ki onunda ewyalari ola o eve bow getmek istersiz ehtiyyacli yoxsa hazir her bir ehtiyyacinin olmamasi ? mence cehiz vermek pis bir wey deyil amma imkan dairesinde
4 avqust 2015 21:18
# 5
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
BARBI
Gelinlerde lap cox cehiz sevmirem az olsun keyfiyyetli ve yaxsi cehizi olsun. Hal hazirda gelinleri cehizine cox onem verirler. Zennimce bu o qeder onemli deyil esasi odurki namuslu exlaqli olsun
4 avqust 2015 21:15
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
İndi cehizə çox önəm verirlər,qohum qonşu görüb orda-burda ağız dolusu danışsınlar deyə,filankəsin gəlini belə cehiz gətirdi tərifləsinlər detə indi camaah borca-kreditə girib cehiz alırlar,boşannan sonra isə gətirib tökürlər qapıya olur lazımsız bir əşya!
4 avqust 2015 21:00
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Bebiw
Bizde bacima cehiz hazirlayiriq Allah qoysa Allahin komekliyiyle Dekabrda toyudu)
4 avqust 2015 21:00
# 2
sowu
efsane..
yazi cox gozeldi dogru sekilde qeyd olunub amma teessufki bu gun buna qetiyyen riayet olunmur ana ata cehiz ucun kredite girir ezablada onu odeyir zeif cehizli qiza pis baxirlar hami bir birile behse girir hami sehvdi deyir amma hec kim ozunnen baslayib deyismir bu behsle etdiyimiz sehvlere artiq dur demek lazimdi
4 avqust 2015 20:56
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz