Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Zifaf ənənələri
Zifaf ənənələri
Göndərən: NoName
Şərhlər: 11
Baxılıb: 1539
Səs ver:
Qur᾽anda və rəvayətlərdə zifaf haqqında bə᾽zi məsələlərə toxunulmuşdur ki, onlara riayət etmək qadının, kişinin və onların gələcək övladlarının xeyrinədir.
Bu mövzuda əxlaqi tələblərdən biri budur ki, gəlin evə gəldikdə bəy onun ayaqqabılarını çıxarıb, ayağını yusun. Onun suyunu evin qapısından mümkün olan yerə qədər səpsin. Çünki bununla evdən yetmiş min növ yoxsulluğun kökü kəsilir və onu yetmiş min növ bərəkət bürüyür. Gəlinin başı üzərində yetmiş mələk pərvazlanır və onların bərəkəti evin dörd bir yanını əhatə edir. Gəlin o evdə olduğu qədərincə dəlilik, cüzam və s. kimi xəstəliklərdən amanda qalır.
Toyun ilk həftəsində gəlin özünü süd, sirkə, kişmiş və turş alma yeməkdən qorusun. Çünki ilk günlərdə bu dörd qida məhsulu onun bətninə mənfi tə᾽sir göstərir. Belə ki, o sonsuzluqla qarşılaşmaq təhlükəsi ilə üzləşir.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Əgər qadın sirkə yediyi zaman heyz olarsa, heyzdən qurtarmağı gecikər. Kişmiş heyzi şiddətləndirir və doğuşu çətinləşdirir. Turş alma heyzi tez kəsir və qanın bətndə qalması müxtəlif xəstəliklər əmələ gətirir».
Ayın əvvəlində, ortasında və axırında cinsi əlaqədə olmaqdan çəkinmək lazımdır. Bunun günortadan sonra da baş verməsi məqsədə uyğun deyil.
Bu vaxt danışmaq, göz dikmək olduqca məkruhdur. Zifaf zamanı digər qadının fikrində olmaq dünyaya gələcək uşağın ruhiyyəsi üçün çox zərərlidir.
Zifaf zamanı sadə və yüngül libas geyinmək qadın və kişi üçün əxlaqi baxımdan yaxşıdır.
Bu işlə ayaq üstə məşğul olmaq heyvana məxsus və narahatlığa səbəb olan bir işdir.
Fitr bayramı axşamı, qurban bayramında, ağac altında, gün altında, azan və iqamə arasında, ev üstündə və Şə᾽ban ayının on beşinci gecəsi bu işlə məşğul olmaq ziyandır.
Bazar ertəsi axşamı, çərşənbə gecəsinin ilk saatlarında, cümə axşamı gecəsi və gündüzü, cümə günü gecə və axşamçağı zifaf üçün əlverişli və maddi-mə᾽nəvi mənfəətlərə malikdir.
Zifaf qadağan olunan günlərin dünyaya gələcək övlada aşağıdakı tə᾽sirləri göstərməsi ehtimal olunur: dəlilik, cüzam, axmaqlıq, çəpgözlük, lallıq, korluq, xəsislik, qadına bənzərlik, təfriqə və ayrılıq, sonsuzluq, altı barmaq olma, dörd barmaq olma, yoxsulluq, tamahkarlıq, təcavüzkarlıq, eybəcərlik, kütlük və s. kimi xislətlər.
Tövsiyə olunan vaxtlar isə övlada Qur᾽anı əzbərləmək, Haqqın qəzası ilə razılaşma, iman, əzabdan amanda qalmaq, mehribanlıq və səmimiyyət, ürəyi yumşaqlıq, səxavət və əliaçıqlıq, şirin dilli olma, bilik və savad, din və dünya saflığı və ilahi övliyalar məqamına ucalmaq kimi tə᾽sirlər göstərir.
Bu növ tə᾽sirləri maddi vasitələrlə, tibbi yollarla müəyyənləşdirmək olmaz. Həzrət Peyğəmbər (s) bu həqiqətləri Əliyə (ə) bir vəsiyyət kimi söylədikdən sonra zifaf mövzusundakı qeyd olunan məsələlərə riayət etməyi tapşırdı və «Cəbrayıldan eşitdikdən sonra mən də əməl etdim»-deyə buyurdu. (Bihar, 100-cü cild, səh-280; İləlüş-şəraye, səh. 514-517; Əmaliye Səduq, 566-570.)
Bu işin heç bir müqəddimə və hazırlıq olmadan həyata keçirilməsi qadına zülmdür. Ona görə də belə bir iş qadağan olunmuşdur. Müqəddimə ilə, hər hansı bir hazırlıqdan sonra bu işlə məşğul olmaq kişi və qadın üçün ruhi və cismi baxımından olduqca faydalıdır.
Peyğəmbər (s) buyurmuşdur: «Üç şey zülm nümunələrindəndir: Bir şəxsin digəri ilə yoldaşlıq etdiyi bir halda, onun adını və ya künyəsini soruşmaması. Qonaqlığa də᾽vət olunduqda də᾽vəti qəbul etməmək və ya qəbul edib ev sahibinin yeməyindən yeməmək. Heç bir atifi və cismi hazırlıq olmadan intim əlaqədə olmaq». (Bihar, 100-cü cild, səh-285.)
İmam Sadiq (ə) buyurmuşdur: «Üç şey peyğəmbərlərin sünnəsindəndir: Gözəl ətirdən istifadə etmək, saçı azaltmaq və qadının cinsi tələbatına lazımınca cavab vermək». (Bihar, 100-cü cild, səh-285.)
Əli (ə) buyurur: «Qadına yaxın durmamaq, onun cinsi tələbatını cavabsız qoymaq qəbir əzabına səbəb olur». (İləlüş-şəraye, 309.)
Heyz halında zifaf günah, dörd aydan artıq heç bir üzr olmadan fasilə və ya həyat yoldaşının razılığı olmadan bu işlə məşğul olmamaq əzaba səbəb olur və cənabət halında məkruhdur.
Əmirəl-mö᾽minin (ə) buyurur: «Heç bir hazırlıq olmadan intim əlaqədə olmaqdan qəti şəkildə çəkinin. Çünki qadının atifi və cismi ehtiyacları vardır. Ona bu sahədə kömək edin. Sonra isə istənilən şəkildə intim əlaqəyə girin. Gözünüz naməhrəm bir qadına düşdükdə onun gözəlliyi sizi cəlb edərsə, dərhal öz qadınınızın yanına gəlin. Çünki Allah o naməhrəm qadına verdiklərini sənin həyat yoldaşına da bəxş etmişdir. Naməhrəm qadına göz dikməkdən əl çəkərək öz arvadının yanına gəlmək, şeytanın qəlbə hakim olma yolunu bağlayır.
Arvadınız olmadığı surətdə dərhal iki rək᾽ət namaz qılın. Allaha çox həmd edin. Peyğəmbər (s) və ailəsinə çox salavat göndərin, sonra Allah-təaladan diləyin. Allah-təala öz lütfü ilə sizi ehtiyacsız edəcək şeyi halal edir. (Bihar, 100-cü cild, səh-287.)
Qadının cinsi tələbinə cavab vermək insanı təəccübə gətirəcək qədər savaba malikdir. Bir rəvayətdə qeyd olunur ki, İslam peyğəmbəri (s) bir kişiyə buyurdu:
- Bu gün oruc tutmusanmı?
Kişi:
- Xeyr.
- Hər hansısa bir xəstəyə baş çəkmisənmi?
- Xeyr.
- Dəfn mərasiminə getmisənmi?
- Xeyr.
- Bir miskinin qarnını doyurmusanmı?
- Xeyr.
Daha sonra Rəsulullah (s) buyurdu: «Evinə qayıt. Həyat yoldaşının cinsi haqqını ödə. Bu sənin üçün sədəqədir». (Həmən mənbə, səh-289.)
Az yaşlı uşaq olan bir məkanda cinsi əlaqəyə girmək olmaz. Çünki ruhi və əxlaqi baxımdan uşağa ziyandır. İmam Sadiqin (ə) buyruğuna əsasən, uşağın gələcəkdə zinakar olması ehtimalı mövcuddur. ( Həmən mənbə, səh-290.)
Çox tox halda bu işlə məşğul olmağın cismə ziyanı var. (Həmən mənbə, səh-290.)
Beşikdə südəmər uşaq baxarkən, bu işdən çəkinmək lazımdır. (Həmən mənbə, səh-295)
Doğrusu, İslam əxlaqi, tərbiyəvi məsələlər, xüsusilə də qadınların hüquqlarını qorumaq, həyatın bütün sahələrinə diqqət, fərdi, ictimai və ailə və maddi və mə᾽nəvi məsələlərə baxışı baxımından çox əzəmətli və aqilləri heyran edən bir dindir. Bəli, belə də olmalıdır. Çünki o, Haqq vəhyinin, Peyğəmbər və Əhli-beyt (ə) dünyagörüşünün məhsuludur.


Şərhlər: 11
Baxılıb: 1539
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Tesekkurler.
23 aprel 2016 21:59
# 11
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Zeynebin nevesi
Arvadınız olmadığı surətdə dərhal iki rək᾽ət namaz qılın. Allaha çox həmd edin. Peyğəmbər (s) və ailəsinə çox salavat göndərin, sonra Allah-təaladan diləyin. Allah-təala öz lütfü ilə sizi ehtiyacsız edəcək şeyi halal edir. (Bihar, 100-cü cild, səh-287.)

Basha dushmedim ki,ne halal olacaq??
29 iyul 2015 19:59
# 10
Dosta_inam
Cox maraqlidir, tesekkur.
29 iyul 2015 04:12
# 9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Ela
Tewekkur
29 iyul 2015 01:54
# 8
U$aqken ¥edıyım pambıqın dadı qeder aglımdasan.
VIP
Ən yaxşı dindir bizim dinimiz
29 iyul 2015 01:11
# 7
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Niquw Abdulayeva
Oxumadim cunki aileli deyilem twkler
29 iyul 2015 00:39
# 6
Turkan Abbasova
Bunlara əməl etmək hər bir müsəlmanın borcudur. Rəvayət çox maraqlI geldi. Twk
28 iyul 2015 23:00
# 5
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
yarpaq33
Cox maraqli xeberdi bezi weyleri oytendim twk
28 iyul 2015 22:42
# 4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Canavar sevgisi
Cox maraqlidir tewekkurler
28 iyul 2015 21:57
# 3
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
vipbetul
her kesin emel etmesi vagib olan emellerdir
28 iyul 2015 21:19
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Cox maraqli enenelerdi. Getdikce bu adetler deyisilir ve yerini basqa adetler alir.
28 iyul 2015 20:56
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz