Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Toyun vaxt və adətləri
Toyun vaxt və adətləri
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 1127
Səs ver:
Bə᾽zi ailələr nikah və toyun tələb etdiyi hər bir işi görmək üçün icazə olunduğunu zənn edirlər. Öz övladlarının nikah və toy mərasimləri zamanı onların özlərinin, dostlarının və qohumlarının istəyi ilə ilahi qadağalara əl atır və bununla məclisdən, qurulan büsatdan daha çox ləzzət almağı düşünürlər.
Lakin nikah və toy mərasimləri həddindən artıq əzəmətlə, vüqarla, şəxsiyyətə hörmətlə, günah və şəhvani meylləri təhrik edən amillərdən uzaq olaraq həyata keçirilməlidir. O, yalnız bu yolla Haqqın rəhmətini cəlb edər və Allahın bu izdivacı bərəkətli etməsinə səbəb olar.
Həzrət Musa ibn Cəfər (ə) buyurmuşdur: «Qeyri-haram ləzzətlərdən çəkinmək heç bir vəchlə lazım deyil».
Əlbəttə, nikah və toy mərasimləri zamanı şadlanmaq lazımdır. Gözəl səslə oxumaq, gülüb-danışmaq, müxtəlif şənləndirici proqramların icrası kimi şər᾽i amilləri yaddan çıxarmaq olmaz. Arifanə şe᾽rlər, şənləndirici, mə᾽nalı və ibrətamiz nəğmələr oxumağın, adətən, müsəlman qadınların belə mərasimlərdə icra etdikləri adət-ən᾽ənələrin heç bir şər᾽i maneəsi yoxdur. Belə günlərdə (sübhə qədər və ya gecənin bir hissəsini) oyaq qalmaq təbii bir adətdir.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: «(Gecə yarısına qədər) oyaq qalmaq üç yerdə maneəsizdir: Qur᾽an oxuyarkən, elm oxuyarkən, gəlini ər evinə ötürərkən». (Bihar, 100-cü cild, səh-267.)
İslam toy mərasiminin gecə keçirilməsini daha məqsədə uyğun sayır. Buna görə, həzrət Zəhranın (s) toy mərasimi gecə keçirilmişdir.
Cabir Ənsari deyir: «Həzrət Peyğəmbər (s) Fatimənin əqdini Əli üçün oxuduqda, bə᾽zi dar düşüncəlilər «Siz qızınızı az bir mehr qarşılığında Əliyə verdiniz»-deyə e᾽tiraz etdilər. Həzrət (s) buyurdu: «Bu nikah mənim iradəm xaricindədir. Zəhranı Əliyə Allah vermişdir».
Toy gecəsi Rəsulullah (s) öz ağ və qara qatırını hazırladı. Üstünə bir qətfə ataraq Fatiməyə «Min»-deyə buyurdu. Salmana yəhəri tutmasını əmr etdi. Özü isə arxadan haylamaqla məşğul oldu. Yolda nəyinsə yerə enməsi səsini eşitdi. Nəzər saldıqda, Cəbrayıl və Mikayılın hər birinin yetmiş min mələklə öz yüksək dərəcəli məkanlarından yerə endiklərini müşahidə etdi. Onların yerə enmələrinin səbəbini soruşduqda belə cavab verdilər: «Fatiməni Əlinin evinə yola salmağa gəlmişik». Sonra təbrik etdilər. Mələklərin «Təkbir» sədaları ucaldı. O vaxtdan da gəlini yola salarkən «Təkbir» (Allahu əkbər) demək bir adət halını aldı. (Həmən mənbə, səh-266.)
Bəli, toy mərasimini, şadlıq, şənlik gecəsini bu şəkildə hazırlamaq lazımdır, çünki mələklərin və Allahın bərəkətinin nazil olmasına səbəb olur.
Həzrət Sadiq (ə) buyurmuşdur: «Gəlini ər evinə gecə aparın». (İzdivac dər İslam, 112.)
İmam Rza (ə) buyurmuşdur: Toy mərasiminin gecə keçirilməsi Rəsulullahın üslubudur. Çünki Allah gecəni aramlıq üçün yaratmışdır. Qadın da insanların aramlıq vasitəsidir». (Həmən mənbə.)
Rəsulullah (s) göstəriş verdi: «Əbdül Mütəllibin qızları, mühacir və ənsar qadınları toy gecəsi Zəhranın ardınca getsinlər. Şe᾽r oxuyub, şənlənsinlər. «Allahu əkbər» və «Əlhəmdulillah» desinlər. Allahın razılığı olmayan sözlər deməkdən çəkinsinlər». (Həmən mənbə; Müstədrək, «Nikah, bölümü, 31-ci fəsil.)
Zəhmət çəkib, hər iki ailənin də᾽vətini qəbul edən qonaqlar üçün süfrə açmaq İslam baxımından müstəhəb bir işdir.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Beş yerdə (vaxt) şənlik mərasimi qurulmalıdır: İzdivac zamanı, uşaq dünyaya gəldikdə, uşağı sünnət etdirdikdə, ev aldıqda və Məkkədən qayıtdıqda». (Həmən mənbə.)
Rəvayətlərdə qeyd olunur: «Həzrət Zəhranın (s) toy gecəsi həzrət Peyğəmbər (s) buyurdu: «Ey Əli! Həyat yoldaşına ehtiram olaraq yaxşı yemək hazırla». Sonra sözünü davam etdirərək dedi: «Ət və çörəyini biz verərik. Xurma və yağını isə siz». Əli (ə) buyurur: «Mən xurma və yağ aldım. Peyğəmbər (s) qollarını çırmayıb, xurmanı əzərək yağa tökdü. Qatışdıraraq «His» (Xurma, yağ, qrud və ya onun qarışığı.) şəklinə saldı. Həzrət (s) bir qoç göndərdi. Onu kəsdik. Çoxlu miqdarda çörək bişirdilər. Həzrət (s) buyurdu: «İstədiyin hər bir şəxsi də᾽vət et». Mən məscidə gedib, «Fatimənin şənlik mərasiminə də᾽vətimi qəbul edin»-deyə səsləndim». (İzdivac dər İslam, 91.)
Peyğəmbər (s) toy mərasimində iştirak etmək üçün olunan də᾽vətlə bağlı buyurur: «Toy mərasiminə də᾽vət olunduqda tələsməyin. Çünki o, dünyanı, zahiri həyatı yada salır. Cənazə dəfninə də᾽vət olunduqda çox tələsin. Çünki o, axirəti yada salır».
Əziz ailələr nikah və toy mərasimini elə bir şəkildə təşkil etməlidirlər ki, uşaqlar, gənclər, yeniyetmələrdə günaha qarşı meyl, rəğbət yaranmasın. Oraya də᾽vət olunan mö᾽min camaat, mö᾽minə qadınlar rahat, istədikləri şəkildə iştirak etsinlər.
İslami prinsiplərə müvafiq, İlahi hüdudların qorunması şəklində keçirilən şənlik mərasimləri gənclər üçün böyük bir dərs və Allah lütfünün və mərhəmətinin nazil olacağı məkandır.


Şərhlər: 10
Baxılıb: 1127
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
sadecə mən
Yazılanların hamısı ilə razıyam.Biz tərəflərdə qadınlar və kişilər ayrı-ayrı otururlar.İçkidə olmasaydı gözəl olardı.
23 iyul 2015 15:34
# 10
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
WiRiN BaLaM
Toyda içki olmasa daha yaxşı olardı hər kəsdə ağlı başında iştirak edərdi....din baxımındanda içkiyə icazə yoxdur.
22 iyul 2015 18:48
# 9
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
vipbetul
gozel yaziydi en azindan Peyqemberimizin(s.a.s)qizi Hz Fatimeyi Zehra anamizin izdivaci barede azda olsa nese bildik

gozel yaziydi en azindan Peyqemberimizin(s.a.s)qizi Hz Fatimeyi Zehra anamizin izdivaci barede azda olsa nese bildik
22 iyul 2015 16:03
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
Dini toy edilsə gərək bütün qaydalara riayət edəsən. Hal-hazırda içkisiz toy olmur. Toylarda çox dəb-dəbəyə, boş yerə israfçılığa da gərək yoxdur. Məhəmməd Peyğəmbərimiz qızı Fatimə ilə Həzrəti Əlini evləndirəndə toyda xurma və qatıq-un şorbası olmuşdur...

...666...


Dini toy edilsə gərək bütün qaydalara riayət edəsən. Hal-hazırda içkisiz toy olmur. Toylarda çox dəb-dəbəyə, boş yerə israfçılığa da gərək yoxdur. Məhəmməd Peyğəmbərimiz qızı Fatimə ilə Həzrəti Əlini evləndirəndə toyda xurma və qatıq-un şorbası olmuşdur...

...666...
22 iyul 2015 14:57
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
xeyalperest
Biz arvad kişi toyna ona gore getmirikki haramdi.bezen deyirlerki icki yoxdu grlinde amma arvad kişi birdiki.vir catlsin cal oynasin arvadlar oynur başqa kişide sen arvadva baxirr.
21 iyul 2015 22:33
# 6
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
VIP
Cox toyda icki verilir hətta verilməyndə deyirlər nəməri yaxşı atmırlar müsəlman toyu əslində spirtli icki ilə kecməli deyil
21 iyul 2015 22:33
# 5
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Meleknur
İsterem menim gelecekde toyum musiqisiz qadinlar ve kiwiler ayri ickisiz calgisiz qadinlarda qadin ilahiyyatcilar kiwilerde kiwi ilahiyyatcilar olsun esl dini toy merasimi kecirilsin yeni İn wa Allah bele toy arzusunda olanlara qismet olar

Sitat: miraya
İckiye mnde raziyam ama qadin ve kiwilerin ayri oturmagina hec de bele razi deyilerm esir 21 il 2015 ne ucun ki ayri oturaq ....

kiwi toyda nee lazimdir ki ayri daha yaxwidi dini baximdanda bele olmalidi uzurlu sayin sizle razi deyilem ne olsun ki21 ci esrdi insanlara zaman yox zaman insana uymaldi
21 iyul 2015 22:30
# 4
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
miraya
İckiye mnde raziyam ama qadin ve kiwilerin ayri oturmagina hec de bele razi deyilerm esir 21 il 2015 ne ucun ki ayri oturaq ....
21 iyul 2015 22:08
# 3
ulduz
Sitat: BARBI
Eslinde din baximinnan toy etsek toyda icki meclus olmamalidir. Qadinlar ve kisiler ayri ayri istirak etmelidir

MENCEDE .
21 iyul 2015 21:22
# 2
BARBI
Eslinde din baximinnan toy etsek toyda icki meclus olmamalidir. Qadinlar ve kisiler ayri ayri istirak etmelidir
21 iyul 2015 20:37
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz