Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ailədə danışıq
Ailədə danışıq
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 615
Səs ver:
Qadın və kişinin bir-biri ilə danışığı eşqdən, daxili duyğulardan doğmalıdır. Bir-birləri ilə danışıqlarında ədalətli, xoş, yumşaq və gözəl sözlərdən istifadə etməlidirlər.
Danışıq mülayim, xoş olduqda ilahi rəngə boyanaraq, həyata şirinlik bəxş edir. Söz haqq olduqda yumşaq dillə deyilərsə, bəsirət gözünün açılmasına, haqqın eşidilməsinə səbəb olur.
Peyğəmbər (s) buyurur: «Siz çox danışmasaydınız, qəlbiniz şyetanın otlağına çevrilməsəydi, o zaman mənim eşitdiyimi eşidər, gördüyümü görərdiniz». (Kənzül-ummal.)
Artıq danışıqdan, yersiz, dünya və axirətin xeyrinə olmayan sözlərdən çəkinmək lazımdır.
Rəsulullah (s) buyurur: «Kişinin islami gözəlliyi ona xeyri dəyməyən söz danışmamağındadır». (Mizanül-hikmə, 8-ci cild, səh. 434-440.)
Əmirəl-mö᾽minin (ə) çox danışan bir kişiyə buyurdu: «Əməl yazanların əlində olan bir əməl naməsini artıq sözlərlə doldurursan. Hansı ki, bu əməl naməsi Allahın hüzuruna aparılır. Yalnız faydalı sözlər danış və heç bir xeyri olmayan sözlərdən çəkin».
Əbuzər buyurur: «Dünyanı iki kəlməyə (sözə) böl. Birindən halal qazanc üçün istifadə et, digərindən isə axirət üçün. Üçüncüsü faydasızdır. Ondan istifadə etmə». (Həmən mənbə.)
Həzrət Peyğəmbər (s) buyurur: «Bəni-Adəmin yaxşı işlərə də᾽vət, pis işlərdən çəkindirmək və Allahın zikri üçün danışdığı sözlərdən qeyrisi faydasızdır». (Həmən mənbə.)
Əli (ə) buyurur: «Çox danışan şəxs çox səhv edir. Çox səhv edən şəxsin həyası azalır. Həyası azalan şəxsin pəhrizkarlığı azalır. Pəhrizkarlığı azalan şəxsin qəlbi ölür. Qəlbi ölən şəxs isə cəhənnəm oduna daxil olur». (Həmən mənbə.)
Qadın və kişi ailədə ehtiyacları olan qədər danışmalı, qarşılıqlı eşqlərini e᾽lan etməli, bir-birlərinin sirlərini qorumalı, onu evdən kənara, ata, qohum evinə çıxartmamalı və evi yalan, söyüş, qeybət ocağına çevirməməlidirlər. Çünki Qur᾽anda və rəvayətlərdə qeyd olunduğuna görə yalan, qeybət, söyüş və bu kimi qeyri-insani keyfiyyətlər insanı Allahın rəhmətindən uzaqlaşdıraraq, ilahi əzaba layiq edir.
Evin kişisi günah əhlini evə gətirərək, Haqq göstərişlərinə zidd olan məclislər qurmamalıdır. Çünki bunun ziyanı ilk növbədə onun özünə və əhli-əyalına dəyərək, onların axirətlərini əllərindən alacaq. Qadın israfdan, yersiz xərclərdən çəkinməlidir. Bəhsləşmədən doğan bu artıq xərclərin hər bir qəpiyi belə qiyamət günü hesab olunacaq.
Kişi və qadın öz davranışları, danışıqları ilə övladlarına örnək olmalıdırlar. İnsanın öz övladını belə düzgün yola yönəltməsinin savabı, yaradılmış bütün insanları düzgün yola yönəltməsinin savabı qədərdir.


Şərhlər:
Baxılıb: 615
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz