Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ramazanda doğru bilinən səhvlər
Ramazanda doğru bilinən səhvlər
Göndərən: ALESSANDRA
Şərhlər: 9
Baxılıb: 556
Səs ver:
Ramazan ayında necə qidalanmalıyıq? Qidaları qəbul  edərkən nələrə diqqət yetirməliyik?

Edilən araşdırmalara görə, kişilərin  51,4 %-i, qadınların isə 42,7%-i ramazan ayında kilo götürür. Bu səbəblə hər vaxt olduğu kimi ramazanda da balanslı qidalanma  nizamı  davam etdirilməlidir.

İftar yeyəcəyini  zəngin tutmaq
İftari yeyəcək  olaraq seçilən börək, pendir, zeytun, kolbasa, sosiska, xurma, basdırma, bal, qaymaq  və kərə yağı eyni anda seçilməməlidir. Çünki edilən araşdırmalara görə, kiçik boşqabları yeyərkən miqdara nəzarət etmək daha çətindir və doyğunluq hissi vermədə zəifdirlər. İftar yeyəcəklərin  az da olsa dadına baxmaq belə artıqdan 1 boşqab yemək yediyiniz mənasını verər. iftar yeyəcəklər, ümumiyyətlə yağ tərkibi yüksək yeməklərdir. Bu vəziyyət alınan kalorini olduqca yüksəldər. Buna görə iftarda idarəli yemək yemək   və növlərə ayırmaq doğru olar.

Hər gün pide yemək...
Ramazanın vazgeçilməzi olan pideni, 30 gün boyunca qəbul  etmək kilo idarəsi və sağlamlıq baxımından mənfi risklərə malikdir. Çünki pide, ağ undan edilir və bu da qan şəkərinin tez yüksəlməsinə səbəb olur. Uzun bir aclığın ardından yemək yeyildiyində, qan şəkərini mümkün olduğunca tarazlıqda tutacaq yeməklər seçilməlidir. Bu səbəblə pideni həftədə 2 və ya 3 ilə məhdudlaşdırıb, yediyimiz çörəyin qara olmasına diqqət göstərməliyik. Eyni zamanda, iftarda börek, şorba, makaron və ya plov yeyəcəyiksə, pide yemək olmaz.

Ara paya ehtiyac yoxdur...
Oruc, maddələr mübadiləsidə bəzi dəyişikliklərə səbəb olur. Ən əhəmiyyətli təsiri, uzun və davamlı aclıq nəticəsində maddələr mübadiləsi az enerji sərf etməyə başlayır, bədən hərəkətləri yavaşlayır və bazal maddələr mübadiləsinin sürəti düşür. Bu müddətdə bütün gün oruclu olan bədəndə bir çox vitamin və mineral əskikliyi meydana gəlir. İftar və Sahur arasında yüngül yeyəcəklər  ilə ara pay etmək həm maddələr mübadiləsinin sürətlənməsinə köməkçi olacaq, həm də gündəlik ehtiyacımız olan vitamin və mineralların alınmasını dəstəkləyəcək. Burada ara pay seçimləri əhəmiyyət daşıyır,  meyvə,  qatıq, süd, kefir kimi məhsullar uyğundur.

Sahur etməsəm də olar...
Sahurda yalnız su içərək niyyətlənmənin və ya gecə yatmazdan əvvəl yemək yemənin zərərli olduğu unudulmamalıdır. Çünki bu qidalanma  tərzi təxminən 18 saat olan aclığı, ortalama 20 saata çıxarır. Bu da aclıqda qan şəkərinin daha erkən saatlarda düşməsinə və buna bağlı olaraq günün daha səmərəsiz keçməsinə səbəb olur. Bu səbəblə sahura mütləq qalxılmalı və bu payda yarım yağlı süd, qatıq, pendir, xiyar, qara  çörək və ya yulaf kimi qidalardan ibarət olan  yüngül bir nahar  edilməli, ya da şorba, tərəvəz və quru paxlalı kimi seçimlərdən ibarət olan  bir pay seçilməlidir.

Yeməyi sürətlə yemək...
Oruc müddətində  bütün günü aç qalıb, yeməyə birdən yüklənmək mədənin tarazlığını pozacaq. Bu vəziyyətə diqqət yetirilmədiyi təqdirdə, sağlam insanlar belə zaman - zaman həzm çətinlikləri, mədə və bağırsaqlarda həddindən artıq qaz yığılması, ani təzyiq yüksəlməsi və bənzəri narahatlıqlar yaşaya bilərlər. Bu səbəblə iftar süfrəsindəykən müəyyən bir sərhəd çərçivəsində qidalanmaq və yeməkləri yavaş yemək əhəmiyyətlidir.

Bir dəfəyə çox su içmək...
Havaların isti olması səbəbi ilə su qəbulu  daha da əhəmiyyyət daşıyır. Buna görə qazlı  içkilər və hazır meyvə suları yerinə mütləq adi su seçin. Suyu birdən və sürətli şəkildə içməyin. Bu şəkildə su qəbulu mədə-bağırsaq sistemindəki ani genişləməyə bağlı olaraq, qan təzyiqində ani aşağılıq və buna bağlı baş gicəllənməsinə səbəb ola bilər. Buna görə, ara verərək  hər dəfə  kilo başına 30 ml. su içmək lazımdır.
Çay, qəhvə və bitki çaylarını  su ilə bir tutmamalısınız. İçdiyiniz çay, qəhvə, bədəndən su ataraq sabahısı gün sizə daha çox susuzluq hiss etdirə bilər. Eyni zamanda qan azlığı olanlar üçün doğru qəbul  miqdarı,  İftarla sahur arasında, təxminən  5-6 fincan olmalıdır.

Onsuz da  az yeyirəm, rahatca şirniyyat yeyə  bilərəm
Uzun sürən aclıq sonrasında qan şəkərindəki ani eniş, şirni  istəyinizin artmasına səbəb olsa da, bu vəziyyət orucunuzu açdığınızda sona çatacaq. Şirni ehtiyacınızı, aralarda yeyəcəyiniz  meyvələrdən təmin etməniz vitamin, mineral və lif alışınıza da müsbət istiqamətdə təsir edəcək.

Salat yemək mədəmi şişirər
Yeməklərdə mütləq az da olsa salat olması lazımdır. Lifi az və yüksək kalorili yemək yemə səbəbiylə ortaya çıxan bağırsaq və mədə narahatlıqlarını önləmək üçün, salatınıza 1 yemək qaşığı zeytun yağı əlavə edə bilərsiniz. Xüsusilə xiyar, məzmunundakı yüksək su nisbətiylə, maye ehtiyacınızı da ödəyəcək.


Şərhlər: 9
Baxılıb: 556
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
yaz_yamuru
Deyerli meslehetlerdi ama men bunlarin eksini etmirem yeni duzgun olani edirem
17 iyul 2015 01:23
# 9
vipbetul
lazimli melumatdi
15 iyul 2015 19:51
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Tesekkur meslehet ucun, lazimli melumatdir, Allah butun oruc tutanlarin orucun qebul etsin, Amin.

Tesekkur meslehet ucun, lazimli melumatdir, Allah butun oruc tutanlarin orucun qebul etsin, Amin.
15 iyul 2015 19:29
# 7
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
EsmaNur
men hemiwe kökelirem
15 iyul 2015 16:33
# 6
ayka
he tamamile duzdur bunlarin hamisi
15 iyul 2015 11:32
# 5
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
NeL
Mecburda olsa sahur edirem.ALLAH tutduğumuz orucLari qebul etsin
15 iyul 2015 11:32
# 4
qanadli melek
Hec vaxt sahur etmirem iftardada o qeder su icirem yemek yememiw doyuram
15 iyul 2015 09:44
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Faydali melumatlardi bezileri haqda sehv melumatim variydi
15 iyul 2015 08:05
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
rəmsə
Dəyərli məsləhətlərdi,tşk.Ama mən heç vaxt sahur etməsəm oruc tuta bilmərəm.
15 iyul 2015 05:23
# 1
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz