Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Orucun ruhun saflaşdırmasında rolu
Orucun ruhun saflaşdırmasında rolu
Göndərən: Meleknur
Şərhlər: 8
Baxılıb: 378
Səs ver:
Oruc çox dəyərli və mühüm bir ibadətdir. Onun şərtlərinə və ədəblərinə riayət edilsə, müqəddəs islam şəriətində buyurulan tərzdə yerinə yetirilsə, insanın ruhunun çirkinliklərdən təmizlənməsində, yüksək mərhələlərə çatmasında çox böyük tə’sir qoyar. Oruc nəfsin günahlardan, çirkin və rəzil əxlaqlardan təmizlənməsində, ruhun təkamülü, insani keyfiyyətlərlə zinətləndirilməsində və ilahi nuraniyyəti qəbul etməsi üçün hazırlanmasına əsaslı tə’sir göstərir. Oruc tutan şəxs günahları tərk etməklə nəfsi-əmmarəni cilovlayıb nəzarət altına alır və öz ixtiyarına keçirir. Oruc tutulan günlər günahın tərk edilməsi və nəfsə riyazət verilməsi, nəfslə cihad edilməsi üçün bir məşqdir. Bu dövrdə insan öz nəfsini günahlardan və çirkinliklərdən paklamaqdan əlavə, bir sıra qanuni ləzzətlərə, o cümlədən yemək-içmək və s. kimi şeylərə də göz yumur. Bununla da öz nəfsinə səfa və nuraniyyət verir. Çünki aclıq batinin səfalı olmasına, insanın Allaha diqqət yetirməsinə səbəb olur. İnsan ac olduğu əksər hallarda çox yaxşı vəziyyətdə olur ki, mə’dənin dolu olduğu vaxtlarda həmin hala malik olmur.

Bir sözlə, oruc təqva əldə etmək üçün çox böyük rol oynayır. Buna görə də Qur’ani-Kərim orucun şəriət qanunu şəklinə salınmasını təqva əldə olunmasından ötrü əsas amil hesab etmişdir. Belə ki, buyurulur: "Ey iman gətirənlər, sizdən əvvəlkilərə vacib olduğu kimi, oruc sizə də vacib edildi. Ola bilsin ki, bu vasitə ilə təqvalı olasınız.”

Mübarək Ramazan ayında oruc tutan, oruc olduğu üçün bir ay ərzində günahdan və çirkin əxlaqdan uzaq olan bir şəxs nəfsini öz ixtiyarına keçirir. O, bu mübarək aydan sonra da həmin günahı tərk etmək halını davam etdirə bilər.

İndiyə qədər qeyd olunanlar orucun batinin saflaşdırılmasında və onun günahlardan, nəfsani çirkinliklərindən təmizlənməsində ifa etdiyi rol haqqında idi. Onun onun müsbət yönləri də nəfsin təkamülə çatmasında, onun insani keyfiyyətlərlə zinətləndirilməsində və Allah dərgahına yaxınlaşmaqda çox mühüm tə’siri vardır. Bu cəhətlərə qısa şəkildə işarə edirik:

1.Oruc insanın gün ərzində orucu batil edən xüsusi şeylərdən çəkinməsindən ibarət olan bir ibadətdir. Bu sair ibadətlər kimi, ixlas və qürbət qəsdi ilə yerinə yetirildikdə nəfsin kamala yetməsinə, ruhun saflaşmasına və insanın Allah dərgahına yaxınlaşmasına səbəb olur.

2.Qanuni və şəriətdə icazə verilən halal ləzzətləri, eləcə də günahları tərk etməklə oruc tutanın qəlbi Allahdan qeyrisinin fikrindən paklaşır. Beləliklə də Allah tərəfindən əta olunan nuraniyyətin qəbuluna və Onunla mə’nəvi görüşdən ötrü ləyaqət əldə edir. Belə bir halda ona Allahın xüsusi inayətləri şamil olur. İlahi cazibələrlə Haqq dərgahına yaxınlaşmağa nail olur. Ona görə də hədislərdə qeyd olunur ki, oruc tutanın hətta nəfəs çəkməsi və yuxusu belə ibadətdir.

3.Oruc tutulan günlər ibadət etmək, namaz qılmaq, dua etmək, Qur’an oxumaq, zikr, xeyir və yaxşı işlər üçün ən yaxşı fürsətdir. Çünki nəfs hüzuri-qəlb, ixlas və Allaha diqqət yetirmək üçün sair vaxtlardan daha hazırlıqlıdır. Mübarək Ramazan ayı ən yaxşı vaxt, ibadət etməyin və Allaha diqqət yetirməyin baharıdır. Buna görə də hədislərdə Ramazan ayının özünün və onda edilən ibadətlərin fəzilətinə çox tə’kid olunmuşdur.

Mübarək Ramazan ayı gəlib çatanda İmam Cə’fər Sadiq (ə) övladlarına çoxlu tövsiyə edərək buyururdu: "İbadət etməyə çox sə’y (himmət) edin, çünki bu ayda camaatın ruziləri bölüşdürülür, əcəlləri müəyyən olunur. Allah dərgahına gedəcək şəxslər bu ayda tə’yin olunur. Ramazan ayında bir gecə vardır ki, o gecədəki əməl min aylıq ibadətdən fəzilətlidir.”

Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: "Ramazan ayında çoxlu dua oxuyun, istiğfar edin, çünki dua vasitəsilə bəla sizdən dəf olunur, istiğfar vasitəsilə günahlarınız məhv olur (əməl dəftərindən silinir)”

Yenə o Həzrət (ə) rəvayət edir ki, bir gün Peyğəmbəri-Əkrəm (s.ə.v.v) bizim üçün xütbə oxudu və buyurdu:

Ey camaat! Həqiqətən Allah ayı özünün xeyir-bərəkət, rəhmət və məğfirətilə sizə üz gətirib. Bu ay Allah yanında ayların ən yaxşısı, onun günləri günlərin ən yaxşısı, saatları saatların ən yaxşısıdır. Bu elə bir aydır ki, siz onda Allahın qonaqlığına də’vət olunmusunuz. Bu ayda siz Allahın kəramət əhlindənsiniz. Bu ayda (çəkdiyiniz) nəfəslər zikr savabına malikdir. Yuxularınıza ibadət savabı yazılır. Bu aydakı (xeyir) əməlləriniz qəbul, dualarınız müstəcabdır. Belə isə Allahı düzgün (saf) niyyətlə, günah və rəzil sifətlərdən pak olan qəlblərlə çağırıb bu ayın orucunu tutmağı, bu ayda Qur’an oxumağı sizə nəsib etməsini Ondan istəyin. Həqiqətən, bədbəxt o kəsdir ki, bu əzəmətli ayda (günahlarının) bağışlanmağından məhrum olsun. Öz aclıq və susuzluğunuz ilə qiyamət günündəki aclıq və susuzluğu yad edin. Öz aranızda olan fəqirlərə və miskinlərə sədəqə verin, qocalarınıza tə’zim edin, uşaqlarınıza nəvaziş göstərin, qohumlarınıza qarşı rəhimdil olun. Dillərinizi lazımsız sözlərdən saxlayın. Gözlərinizi halal olmayan şeylərdən yumun. Qulaqlarınızı haram şeylər eşitməkdən qoruyun. Camaatın yetimlərinə qarşı mehribanlıq edin ki, camaat da sizin vəfatınızdan sonra yetim övladlarınıza mehribanlıq etsinlər. Öz günahlarınızdan tövbə edib Allaha tərəf qayıdın. Namaz vaxtları dua etmək üçün əllərinizi qaldırıb dua edin, çünki, namaz vaxtları ən yaxşı anlardır, bu vaxtarda Haqq taala Öz bəndələrinə rəhmət nəzəri salır, onunla münacat (raz-niyaz) etdikləri vaxt onlara (müsbət) cavab verir, Onu çağırdıqları vaxt «ləbbeyk» deyib (dualarını) müstəcab edir.

Ey insanlar! Həqiqətən, sizin canlarınız əməllərinizin girovundadır. (Onu) Allahdan bağışlanmaq istəməklə girovdan azad edin. Sizin kürəklərinizə günah yükü ağırlıq edir, səcdələri uzatmaqla həmin yükü yüngülləşdirin və bilin ki, Haqq taala Öz izzət və cəlalına and içib ki, bu ayda namaz qılıb səcdə edənlərə əzab verməsin, onları qiyamət günü cəhənnəm odu ilə qorxutmasın.

Ey camaat, sizlərdən hər kəs bu ayda oruc tutan bir mö’minə iftar versə onun savabı Allah yanında bir qul azad etmək və keçmiş günahlarının bağışlanması qədər olar.

Səhabələrdən bə’ziləri dedilər: «Ey Rəsuləllah, axı bizim hamımızın iftar verməyə imkanımız yoxdur!»

Həzrət (s.ə.v.v) buyurdu: Oruc tutanlara hətta yarım dənə xurma, yaxud bir içim su qədərində olsa belə, iftar verməklə özünüzü cəhənnəm odundan uzaqlaşdırın. Həqiqətən, Allah həmin savabı bu işi görən adama bundan artığına imkanı olmasa da verər.

Ey camaat, hər kəs bu ayda əxlaqını gözəlləşdirsə, qədəmlərin əsdiyi bir gündə (Qiyamətdə) Sirat körpüsündən asanlıqla keçər. Hər kəs bu ayda xidmətçilərinin işini yüngülləşdirsə, Allah qiyamətdə onun hesabını yüngül edər. Hər kəs bu ayda camaata şər yetirməyinin qarşısını alsa, Allah da qiyamətdə Öz qəzəbini ondan dəf edər. Hər kəs bu ayda atasız bir yetimi əzizləyib ona qarşı nəvazişlə davransa, Allah da onu qiyamətdə əzizləyər. Hər kəs bu ayda öz qohum-əqrəbasına sileyi-rəhm və yaxşılıq etsə, Allah da qiyamətdə onu Öz rəhmətinə qovuşdurar. Hər kəs bu ayda qohum-əqrəbasından öz yaxşılığını kəssə, Allah da qiyamətdə Öz rəhmətini ondan kəsər. Hər kəs bu ayda müstəhəb namaz qılsa, Allah onu Cəhənnəm odundan uzaq edər. Hər kəs bu ayda vacib namazları qılsa, Allah ona sair aylarda qılınan yetmiş namazın savabını əta edər. Hər kəs bu ayda mənə çoxlu salavat göndərsə, Allah əməl tərəzilərinin yüngül olduğu bir gündə onun əməl tərəzisini ağırlaşdırar. Hər kəs bu ayda bir ayə Qur’an oxusa, sair aylarda bütöv bir Qur’an oxuyanın savabını qazanar.

Ey camaat! Həqiqətən bu ayda behiştin qapıları açıqdır. Öz Pərvərdigarınızdan istəyin ki, onu sizin üzünüzə bağlamasın və bu ayda Cəhənnəmin qapıları bağlıdır. Öz Rəbbinizdən istəyin ki, onu sizin üzünüzə açmasın. Şeytanları bu ayda zəncirləyiblər, Allahdan istəyin ki, onları sizə hakim etməsin.

Əmirəl-mö’minin (ə) soruşdu: «Ya Rəsuləllah, bu ayın ən gözəl əməli nədir?»

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurdu: «Ey Əbəl Həsən, bu ayın ən yaxşı və fəzilətli əməli Allahın günah, haram buyurduğu işlərdən çəkinməkdir.»

Hədislərdən mə’lum olduğu kimi, mübarək Ramazan ayı çox bərəkətli, fəzilətli bir aydır. O, ibadət edərək, ruhu saflaşdırmaq, dua etmək, gecələr oyaq qalmaq, nəfsi təkmilləşdirmək ayıdır. Bu ayda edilən ibadət sair aylardakı ibadətlərdən bir neçə qat artıq savaba malikdir. Hətta mö’minin yuxusu və nəfəs çəkməyi belə, ibadət savabına malikdir. Bu ayda behişt qapıları mö’minlərin üzünə açılır, cəhənnəm qapıları isə bağlanır. Allahın mələkləri camaatı daim Allaha ibadətə çağırır. Xüsusilə, səhər çağları və "Qədr” gecələri. Belə ki, o gecəni oyaq qalıb ibadət etmək min aylıq ibadətdən fəzilətlidir.

Allah-təala bu ayda bütün mö’minləri (mə’nəvi) qonaqlığa də’vət etmişdir. Bu də’vətin xəbərini peyğəmbərlər gətirmişdir. Qonaq sahibi mütləq yaxşılıq sahibi Allah, qonağa xidmət edənlər Onun müqərrəb mələkləridir. Qonaqlar isə mö’minlərdir. İlahi ne’mət süfrəsi açılmışdır. Onda gözün görmədiyi, qulağın eşitmədiyi, heç bir bəşərin ağlına belə gəlmədiyi müxtəlif ne’mətlər, hədiyyələr və kəramətlər vardır. Allah tərəfindən olan müvəffəqiyyət hər bir cəhətdən hazırdır ki, öz himmət və ləyaqətimiz qədərində ondan istifadə edək. Əgər qəflət etsək, peşmançılıq və həsrətin heç bir faydası olmayan qiyamət günündə peşman olacağıq.

Mübarək Ramazan ayının əməlləri və dualarını "Məfatihul-cinan” və s. dua kitablarından ixlas, diqqət və hüzuri-qəlblə oxuyaraq Allah dərgahına yaxınlaşa bilərsiniz.

Sonda qeyd etməliyik ki, sair ibadətlərin, o cümlədən namaz, oruc, zikr, dua və s.in nəfsin təkmilləşdirilməsində, rəzil xüsusiyyətlərdən paklanmasında tə’siri ola bilər. Lakin ixtisarı nəzərə alaraq onlar barəsində əlavə izah vermək fikrindən daşınırıq.


Şərhlər: 8
Baxılıb: 378
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aliceWOnDer
Allah razi olsun...
13 iyul 2015 16:16
# 8
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
vipbetul
Rebbim gunahlarimizi baqislasin Orucumuzu qebul etsin Amin insallah
13 iyul 2015 15:28
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
Oruc tutan adam ruhen temizlenir
13 iyul 2015 13:25
# 6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
efsane..
Allah razi olsun
13 iyul 2015 11:47
# 5
my_angel
Oruc tutmaq insanı haram şeylərdən çəkindirir,qəlbini saflaşdırır,təmiz edir.
13 iyul 2015 09:10
# 4
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
BARBI
Oruc tutmaq qelbi saflasdirmaz cunki pis niyetli insani hec ne pak ede bilmez. Esas mesele niyetinin temiz olmasidir
13 iyul 2015 06:51
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nergız33
Beli oruc bize vacibdi tutabildiyimiz qeder tutmalıyıq, tuta bilmirikse en azından iftar süfresi acaq
13 iyul 2015 06:11
# 2
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
GünƏşimƏ_AiD_
oruc bizim uchun her terefli xeyirlidi...
tshk
13 iyul 2015 05:29
# 1
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz