Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Orucu pozan amillər
Orucu pozan amillər
Göndərən: ALESSANDRA
Şərhlər: 12
Baxılıb: 708
Səs ver:
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, salat və salam olsun Onun Rəsulu Muhəmmədə (S.A.S), onun ailəsinə, yaxınlarına və səhabələrinə.
Əziz və hörmətli müsəlmanlar! Orucu pozan yemək-içmək əsas amilləri çoxlarımız bilirik. Amma bəzilərimiz bu amillərin hamısını bilmirik, bəzilərimiz də şübhə içində olur, beynində fikirlər yaranır, dəqiq olaraq orucu pozan bütün amillərdən xəbəri olmur.

Müsəlman bacı və qardaşlarımız, orucu pozan ən əsas amillər aşağıdakılardır:
- yemək və içmək
- cinsi əlaqə
- bədəni qüvvətləndirən iynələr, buruna damızdırılan dərmanlar və başqa bu kimi yemək-içməyə bənzər şeylər
- özünü qusdurmaq
- heyz və nifas qanı
- şəhvətlə bilərəkdən məni (sperma) ifraz etmək

Qeyd etmək lazımdır ki, bunlar orucu yalnız üç şərtlə pozur. Şərtlər isə aşağıdakılardır:
1. Oruc tutan şəxs onu pozan şeylər barədə məlumatlı olmalıdır;
2. Oruc tutmaq onun xatirində olmalıdır;
3. O, orucu qəsdən pozmalıdır.

Bundan belə nəticə çıxır ki, elmsiz olaraq, yaxud unudaraq, yaxud da zorla vadar edilərək orucu pozan şəxsin orucu düzgün sayılır və həmin günün qəzasını tutmaq lazım gəlmir. Bu xüsusda Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: "Həqiqətən, Allah mənim ümmətimə bilməyərəkdən, unutqanlıqdan və məcburiyyət qarşısında etdiklərini bağışlamışdır."(Bu hədisi ibn Macə rəvayət etmişdir)
Yuxarıda qeyd olunanlardan - cinsi əlaqə müstəsna olmaqla - hər hansı bir yolla orucu pozan şəxs bunun əvəzinə yalnız bir gün oruc tutmalıdır. Cinsi əlaqəyə gəlincə, qeyd etmək lazımdır ki, onun cəzası fərqlidir. Belə ki, bu günaha görə hər ikisi həm tövbə etməli, həm bir gün onun qəzasını tutmalı, həm də kəffarə olaraq ya qul azad etməli, ya altmış gün ardıcıl oruc tutmalı, ya da altmış kasıbı yedirtməlidir.

Öpüşmək orucu pozmur. Aişə rəvayət edir ki, Peyğəmbər səllallahu aleyhi və səlləm oruclu ola-ola zövcələrini öpərdi. (Bu hədisi Əhməd rəvayət etmişdir)

Dişlərin dibindən, burundan, boğazdan çıxan qanı udmaq orucu pozmur. Bunu məcburi halda qalıb və yaxud bilməyərəkdən etdikdə pozulmur, amma bunu bilərəkdən çıxarıb içmək orucu pozur. Eləcə də, tüpürcəyi, bəlğəmi və ya burundan axan seliyi udmaq orucu pozmur.

Analiz üçün qan vermək orucu pozmur.

Ağrı kəsici, sakitləşdirici və bu kimi iynələr vurmaq orucu pozmur, amma gərək iynə, bədəni qüvvətləndirən iynə olmasın.

Diş çəkdirmək, onu müalicə etmək, ona iynə vurmaq orucu pozmur. Misvakla dişləri təmizləmək, onun tərkibində olan suyu udmaq orucu pozmur. Amir ibn Rabiyə (r.a) deyir: "Peyğəmbərin səllallahu aleyhi və səlləm oruclu ola-ola misvakla dişlərini təmizlədiyini dəfələrlə görmüşəm." (Bu hədisi Buxari rəvayət etmişdir)

Diş mə′cunundan onu udmamaq şərti ilə istifadə etmək olar.

Oruclu ola-ola ətir vurmaq və ya onu iyləmək  olar.

Oruclu ikən sürmə, xına, lak, müxtəlif kremlər və yağlar və sair ənlik-kirşandan istifadə etmək olar.

Oruclu ola-ola çimmək olar.

Yeməyin dadına baxıb sonra onu tüpürmək orucu pozmur.

Saç qırxdırmaq, dırnaq tutmaq, qoltuqaltında və qasıqda olan tükləri qırxmaq orucu pozmur.


Şərhlər: 12
Baxılıb: 708
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
buna oxsar xeber yayinlanmisdi.
men oruc tutmuram...
12 iyul 2015 05:05
# 12
"All men must die, but we are not men"

Daenerys Targaryen
NeL
ALLAH bu isti yay gününde tutduğumuz Orucu gebul elesin AMiN
11 iyul 2015 19:12
# 11
vipbetul
lazimli melumatdi

lazimli melumatdi
11 iyul 2015 16:00
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yaz_yamuru
Burda yazilanlarin bir ikisini bilirdim qalanlari menimcun yeni oldu lazimli xeberdi twk baci
11 iyul 2015 15:42
# 9
Madina
Bilmeyenler ucun lazimi xeber idi. Allah tutulan oruclari qebul etsin,Amin!!!
11 iyul 2015 14:19
# 8
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
aliceWOnDer
Bilirem orucu ne pozur..
11 iyul 2015 13:47
# 7
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Nur k-off
Oruc pozan amillərdən xəbərdaram
11 iyul 2015 12:22
# 6
SVETA
naz_vefa
Allah ozu komek olsun bilirdim bulari allab razi olsu
11 iyul 2015 10:03
# 5
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
Dosta_inam
Allah bütün oruc tutanların orucun qebul etsin.
11 iyul 2015 09:05
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
qanadli melek
Orucu neler pozdugu haqda melumatim var artiq.twk)
11 iyul 2015 08:01
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
my_angel
Orucu pozan amillərdən bəzilərini bilirdim,əksəriyyətini öyrənmiş oldum; Ağrı kəsici, sakitləşdirici və bu kimi iynələr vurmaq orucu pozmur, amma gərək iynə, bədəni qüvvətləndirən iynə olmasın. 
11 iyul 2015 07:46
# 2
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
BARBI
Orucu pozan amiller coxdur esas odurki oruc tutmusansa sonuna qeder saxla
11 iyul 2015 07:03
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz