Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoş gəldin, ey Oruc!
Xoş gəldin, ey Oruc!
Göndərən: ALESSANDRA
Şərhlər: 15
Baxılıb: 572
Səs ver:
Susuzluqdan çölə dönmüş qəlbimizə səfalar gətirdin!
Sən ey zamanların gözəli, həmişəki kimi tam vaxtında yetirdin özünü... gəlməsəydin pərişan olardıq, amma sən inkarçını pərişan edənsən.
Gəldin ki, aydınlığınla tərk edək çaşqınlığımızı.
Gəldin ki, nur saçasan bər-bəzəkli və işıqlı görünən əslində isə qap-qaranlıq olan dünyamıza...
 
Dodaqları qanadan həsrətləri bitir içimizdə. Öyrət başımızı dik tutmağı, səni tutmağı, səninlə ruhumuzu diri tutmağı.

Zülmətləri yarıb gələn imsaqla sevincə qərq et bizi... Yuxuda ikən səndən qafil olanlar bizim oyaq olan gözlərimizdən daşdır sevgini.
Sahurumuzda hər tikəmiz bir dua, hər duamız bir qalxan olsun!
 
Susuzlat bizi... Susuzlat bizi Qurana, imana, irfana... Susuzlat bizi yaxşılığa, doğruluğa...
Susuzlat ki, həsrətimiz yandırsın bizi.
Susuzlat ki, Quranın hər ayəsi ruhumuza damla-damla hopsun.
Susuzlat ki, iman nuru qəlbimizin səhrasına yağmur kimi yağsın.
 
Aclığınla doyur ruhumuzu. Acdır bizi ədəbə, əxlaqa, elmə... Acdır bizi qardaşlığa, yoldaşlığa...
O qədər acdır ki, istərsə Ramazan hilalı kimi zəifləsin bədənimiz.
Yetər ki, doysun ruhumuz...
 
Tutub əllərimizdən iftar sevinclərinə qarışdır "Amin!"lərimizi... İki sevinc arasında - imsakla iftar arasında alov kimi yandır əməl dəftərlərimizin qara siyahısını. Utandır bizi. Qızarsın üzümüz, axsın gözümüzdən yaşlar yusun günahlarımızı.
 
Aydınlat qara düşüncələrimizi... Sülh gətir, rahatlıq gətir özünlə. Sağalt ümmətin qanayan yaralarını. Hayqırışlar fəryada qarışmasın! Ölməsin uşaqlar! Ölməsin içimizdəki uşaq xislətimiz!
 
Bax, biz gülümsəyərək qarşıladıq səni...
Sən də gülümsə qəlbimizə!


Şərhlər: 15
Baxılıb: 572
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
Yetər ki, doysun ruhumuz...
26 iyun 2015 13:05
# 15
yaz_yamuru
ALLAH BUTUN ORUCLARI QEBUL ETSIN...
26 iyun 2015 05:41
# 14
WiRiN BaLaM
Çox gözəl cümlələrdi.Allah orucları qəbul etsin.
26 iyun 2015 00:53
# 13
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
sadecə mən
Allah hər kəsin orucunu qəbul etsin .Allah onlara səbr və qüvvət versin.
25 iyun 2015 21:27
# 12
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
rəmsə
Əllbəttə xoş gəldi.Allah tutduğumuz orucları qəbul eləsin və biz bəndələrin günahlarını əff etsin.
25 iyun 2015 16:37
# 11
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
vipbetul
Allah tutduqunmuz Orucumuzu qebul elesin oz Yuce dergahinda Amin insallah

Allah tutduqunmuz Orucumuzu qebul elesin oz Yuce dergahinda Amin insallah
25 iyun 2015 16:21
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Happy
Allah butun oruc tutanlarimizin orucunu qebul elesin
25 iyun 2015 16:13
# 9
aliceWOnDer
Allah tutdugumuz oruclari qebul etsin. Amin.
25 iyun 2015 14:08
# 8
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Canavar sevgisi
Cox gozel yazilib Allah orucumizu qebul elesin
25 iyun 2015 12:52
# 7
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
naz_vefa
Xow geldin 11 ayin sultani rebbim ozun komek ol gunahlarimizi baqiwla tutuqumuz oruclari qebul et allahim
25 iyun 2015 11:43
# 6
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
Fialka
Rəbbim həqiqətən oruc tutan hər kəsin orucunu qəbul edər inşAllah.
25 iyun 2015 11:02
# 5
BARBI
Xos geldin mubarek ay . Allah her kesin tutdugu oruclari qebul etsin
25 iyun 2015 10:23
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
qanadli melek
Gozel cumlelerdi.Allah her kesin orucunu qebul etsin
25 iyun 2015 10:12
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
yarpaq33
Gozel cumlelerdi ALLAH BUTUN ORUCLARI QEBUL ETSIN
25 iyun 2015 08:24
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Dosta_inam
Bax biz gülümseyerek qarşıladıq seni.
Sende gülümse qelbimize.
Gözel sözlerdir,xoş geldin mübarek ayımız,Allah bütün oruc tutanların orucun qebul etsin.
25 iyun 2015 06:23
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz