loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Oruc və onun qaydaları
Oruc və onun qaydaları
Göndərən: ALESSANDRA
Şərhlər: 13
Baxılıb: 947
Səs ver:
İslamın 5 şərtindən biri orucdur. Oruc bədən ilə edilən ibadətdir, bədən ilə edilən ibadətləri heç kim bir başqasının yerinə edə bilməz. Kimsə, başqasının yerə namaz qıla, oruc tuta bilməz. Ramazan ayında oruc tutmaq insanlara fərz (Allahın əmri) qılındı. Oruc bir müddət ərzində yemək, içmək, cinsi münasibətin tərk edilməsidir. Bundan başqa oruc yalnız mədəyə tutulan bir ibadət deyil, oruclu insan yalan, qiybətdən, söyüşdən qaçmalıdır, oruclu insan kiminləsə dava etməkdən də çəkinməlidir..

Orucun şərtləri:
Oruc kimlərə fərzdir:

Müsəlman olanlara: İslam dinində olmayanlara bu ibadət fərz deyil..
Həddi buluğa çatanlara: Oğlanlar 12 yaşdan, qızlar heyz başlanan andan oruc tutmalıdır..
Ağıllı olanlara: Dəlilərə oruc fərz deyil..
Heyz və nifas olan qadınlara bundan təmizlənənə kimi oruc tutmaq olmaz..
Orucun ədası (vaxtında tutulması) və qəzası (başqa vaxt tutulması):
Ramazan ayında oruc tuta bilməyənlər başqa bir zaman oruclarını tuta bilərlər.

Orucu kimlər qəza edə bilər:
Xəstələr: Oruc tutmasının çox zərərli ola biləcəyinə dair (müsəlman) həkimin göstərişini alan insan orucunu xəstəliyi keçəcək zamana saxlaya bilər.
Səfərə çıxanlar: Səfərə çıxanlar oruclarını qəza edə bilərlər, amma İmam Əbu Hanifə buyurur ki, səfərə çıxan insan oruc tutmağa gücü varsa, tutsun, çünki Allah: "Oruc tutmağınız sizin üçün daha xeyirlidir” (Baqara2/184) buyurdu.
Yaşlılar: Oruc tutmaq əvəzinə 30 gün bir yoxsulu yedirməli, ya 1 gün 30 yoxsulu yedirməlidir, amma oruc tutmağa gücü yetirsə, tutmalıdır.
Hamilə və südəmər uşağı olan qadınlar uşağın həyatı üçün narahat olarsa, oruc tutmaya bilər. Sonra orucunu qəza edər..
Orucun vaxtı.
Oruca sübh azanı ilə niyyət edilir, axşam azanı ilə açılır.
Sahura (səhər yeməyinə) qalxmaq, sahuru gecikdirmək (yəni son ana kimi, azana kimi yemək, öncədən yeyib azanı gözləməmək), iftara (orucu açmağa) tələsmək (yəni azan verilən kimi orucu açmaq) Rasulullahın (sas) əmrlərindəndir. Bundan başqa azan verilən kimi öncə yemək, sonra namaz qılmaq gərəkdir, çünki aclıq insanın fikrini namazdan yayındıra bilər. Xurma ilə, yaxud su ilə orucu açmaq sünnədir. İki orucun birləşdirilməsi yaxşı hal deyil, iftar etmək şərtdir..

Orucu pozmayan hallar:
Unudaraq yemək, içmək: Oruclu olduğunu xatırlayan kimi ağzındakını udmamamaq, tövbə edib oruca davam etmək gərəkir.
Yuxuda ihtilam olmaq..
Qusmaq: Məcburi qusmaq orucu pozmaz, amma istəyərək qusmaq pozar (bu zaman miqdar da önəmlidir)
Cinsi münasibətdən sonra qüsl almayan bir insan oruc tuta bilər, amma namaz qılması üçün qüsl alması lazımdır, oruclu halda qüsl almaq olar.
Ağızda olan tüpürcəyin udulması.
Qadın yeməyin duzuna dilinin ucuyla baxa bilər.
Sahura qaxlamayan kimsə, oyandığı zamandan boğazından heç nə keçməyibsə, o an niyyət edib oruc tuta bilər..
Orucu pozan kəffarət gərəkdirən hallar:
Kəffarət: Pozulan bir günlük oruca ardıcıl 60 gün oruc tutmaq..
Bilərək yemək, içmək.
Cinsi münasibət.
Siqaret çəkmək.
Kəffarət yalnzı Ramazan orucunda var, digər oruclara kəffarət yoxdur..
Orucu pozan, yalnzı qəza gərəkdirən hallar:
Ağızı, burunu yuyarkən suyun boğazdan aşağı keçməsi. Bundan başqadigər sular, yağış, qar boğazdan keçərsə, oruc pozulur.
İynə, dərman qəbul etmək.

Allah oruclarınızı qəbul eləsin!


Şərhlər: 13
Baxılıb: 947
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Happy
Allah razi olsun
9 iyul 2015 15:49
# 13
gulka azeri
sagolun melumatcun.ancaq quslsuz oruc tutmaq olmaz axi.onu anlamadim
9 iyul 2015 02:38
# 12
Catwoman666
Sitat: remse
Heç başa düşmədim,necə yəni oruclu halda qüsl almaq olar,məgər boynunda qüsulu olan bir şəxs oruc tuta bilərki??? 125

he mene de bu maraqli oldu 28
8 iyul 2015 22:45
# 11
Viking
vipbetul
Qebul olunmush oruclardan eylesin Rebbim tutduqumuz Oruclarimizi insallah
8 iyul 2015 18:43
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Allah razı olsun,Allah oruc tutanların orucların qebul etsin,Amin.
8 iyul 2015 18:06
# 9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
rəmsə
Heç başa düşmədim,necə yəni oruclu halda qüsl almaq olar,məgər boynunda qüsulu olan bir şəxs oruc tuta bilərki??? 125
8 iyul 2015 17:54
# 8
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
aliceWOnDer
Allah orucumuzu qebul etsin..
8 iyul 2015 17:36
# 7
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
my_angel
Bu haqda az da olsa məlumata sahib idim.Allah razı olsun.
8 iyul 2015 12:13
# 6
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Nergizz
bilirdim,,cox sagolun yenede,,oruc tutmag ucun sebr,,ve iraden olmalidir,
8 iyul 2015 10:54
# 5
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
BARBI
Oruc tutmagi her insan bacarmir o qeder zaman ac susuuz qalsin . Allah tutanlara sebr versin
8 iyul 2015 09:26
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Sitat: aziz a
Bezi meseleler qaranliq qaldi, gah yerlerde oxuyuruqki, imsakdan sonra namazin arasinda 20,deq, yarim saat ara olmalidi, burda ise eksi qeyd olunub,hansina emele edesen, bilmek olmur...yenede maraqli melumatlar idi tesekkur..

20 deqiqe ona gore deyirlerki tox qarina secdeye eyilerken birden qusma hallari baw verer bu da orucu pozar eslinde subh azanina kimi oruc baglanmalidir

Ama qusulsuz oruc tutmaq oldugunu birinci defedirki oxuyuram mence bu yalniwdir qusulsuz orucda namazda olmaz
8 iyul 2015 09:14
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Nergız33
Menede qaranlıq qalanlar oldu . Qüsl almayan biri oruc tutub sonra qüsl ala bile?
8 iyul 2015 06:33
# 2
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
aziz a
Bezi meseleler qaranliq qaldi, gah yerlerde oxuyuruqki, imsakdan sonra namazin arasinda 20,deq, yarim saat ara olmalidi, burda ise eksi qeyd olunub,hansina emele edesen, bilmek olmur...yenede maraqli melumatlar idi tesekkur..
8 iyul 2015 05:28
# 1
Böyük Rebbim sen özün kömek ol hamıya....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz