Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ramazan ayı getdi, ibadətim azaldı
Ramazan ayı getdi, ibadətim azaldı
Göndərən: NoName
Şərhlər: 15
Baxılıb: 399
Səs ver:
Ramazan ayı getdi, bəs Ramazan ayından sonra nə edim? Ramazan ayında özümü Allahu Təalaya daha çox yaxın hiss edirdim. Nafilə namazlarımı artırmışdım, camaat namazından geri qalmırdım, hər gün Qu'rani Kərim oxuyurdum, harama baxmaqdan çəkinirdim, etdiyim ibadətlərdən mə'nəvi ləzzət alırdım. Lakin Ramazan bitdi, Ramazan ayında duyduğum o ləzzəti indi etdiyim ibadətlərdə hiss edə bilmirəm, namazlarımı güclə vaxtında saxlayıram, sabah namazını çox vaxtı keçirirəm, Qur'ani Kərimi hər gün oxuya bilmirəm, nə nafilə namazı nə də camaat namazlarım qalıb.
Görəsən bütün bunları necə düzəldim, necə müalicə edim özümü?
Çoxlarımız bu vəziyyət qarşısında qalmışıq və cavab axtarmışıq, özümüzü düzəltməyə can atmışıq.
Biz də sizlərə kömək olmaq üçün bəzi nəsihətləri burada yazırıq.

Birinci: Hər şeydən əvvəl və ilk olaraq Allahu Təalaya yönəlmək, Ona dua etmək və Ondan yardım diləmək. Ona dua edərək bizi hidayət yolundan azdırmamasını və bizi haqq uzərində sabit etməsini istəməliyik. Buna dair hətta Qur'ani Kərimdə bir çox dualar vardır. Əl-İmran surəsinin 8-ci ayəsində belə buyurulub: ((Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, (bəndələrinə mərhəmət, ne'mət) bəxş edənsən!))

İkinci: Saleh və düzgün insanlarla oturub durmağa çalışaq, pis insanlardan uzaq olaq, Allahu Təala zikr olunan və elm məclislərində iştirak edək, dini mühazirələrə və dərslərə gedək.

Üçüncü: Keçmiş saleh qulların və sələflərin həyatlarına nəzər yetirək, onların həyatı haqqında bir az oxuyaq, əməlləri ilə yaxından tanış olaq ki, bu bizim daxilimizdə bir həvəs və istək yaratsın.

Dördüncü: Səsli olan dini dərslər varsa, kasetlərdə və ya CD-lərdə onları alıb qulaq dinləmək.

Beşinci: Fərz olan 5 vaxt namaza vaxtı vaxtında riayət etmək və çalışıb heç vaxtını keçirməmək. Çünki fərz əməllər həmişə başqa xeyir əməlləri görməkdə kömək olur.

Altıncı: Çalışaq nafilə namazları və bəzi nafilə əməlləri (sədəqə vermək, təbəssüm etmək, qonşuya kömək və sairə) arasıra edək, hər gün bir nafilə əməl etməyi proqramlaşdıraq. Çox olmasın az olsun, amma davamlı olsun. Peyğəmbərimiz (s.a.s) buyurmuşdurki: ((Allahu Təalaya əməllərin ən sevimlisi, az da olsa davamlı olanıdır))

Yeddinci: Çalışaq hər gün Qur'ani Kərimdən bir az əzbərləyək, bircə ayə olsa belə hər gün onu əzbərləməyə davam edək və əzbərlədiyimiz hər gün qıldığımız nafilə və sünnət namazlarında təkrar oxuyaq.

Səkkizinci: Musiqi, televizorda olan ədəbsiz proqram və kinolar, video kliplər, tərbiyəsiz şəkillər olan jurnallar və sairə kimi ürəyi söndürən və imanını öldürən əməllərdən uzaq durmağa çalışaq.

Doqquzuncu: Sonuncu olaraq hörmətli bacı və qardaşlarım, tövbə etməyi məsləhət görərdik. Pis əməllərimizdən və vərdişlərimizdən Allahu Təalaya doğru və geri dönməmək şərti ilə xalis tövbə edək. Bilinki Allah, tövbə edən quluna görə çox sevinir.


Şərhlər: 15
Baxılıb: 399
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
gozel yoldu
8 iyul 2015 18:22
# 15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Happy
Allah bize duz yolu gostersin ve o duz yoldan gedenlerden elesin
8 iyul 2015 13:11
# 14
cinqosh
Tam da mənim hisslərimi yazmısız bu xəbərdə. Ramazan ayı bitən kimi özümü tənha hiss edirəm bir müddət...çox gözəl məsləhətlər yazılıb burda.Allah razı olsun.
8 iyul 2015 12:00
# 13
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
aliceWOnDer
Allah razi olsun, lazimli xeberdi..
7 iyul 2015 20:30
# 12
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Fialka
Hər biri dəyərli məsləhətlərdi ancaq ibadət etmək ildə bir ay içərsində deyil ilin bütün aylarında olmalıdır..Nə xoş o kəsə ki, özünü bütünlükdə oruclu kimi hiss edir bütün aylarda..
7 iyul 2015 13:53
# 11
yasemin
Çox gözəl məsləhətlərdir.. tşklər. . ALLAH RAZI OLSUN!
7 iyul 2015 13:32
# 10
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
xeyalperest
Meslehetlete qulaq asmaga calişacam twk
7 iyul 2015 11:29
# 9
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
yarpaq33
Cox ibretli meslehetlerdi tewekkurler
7 iyul 2015 11:10
# 8
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
my_angel
Ramazan ayında ruzi-bərəkət,ibadətlər artır.
7 iyul 2015 11:07
# 7
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
efsane..
cox duzgun ve dogru yazilib deyerli meslehetlerdi Allah razi olsun gerek emel edek
7 iyul 2015 10:36
# 6
BARBI
Elbette coxalmalidir cunki ramazan 11 ayin sultanidir en gozel aydir . Bu ayda her kes elini allah acib dua edir. Ramazan ayinnan sonra ibadetler azalir
7 iyul 2015 09:09
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
qanadli melek
Caliwib her gunu ramazan kimi yawayaq
7 iyul 2015 07:49
# 4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Dosta_inam
Allah dualarımızı qebul etsin,bizi pis emellerden qorusun.
7 iyul 2015 06:39
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Nergız33
Düz qeyd olunub nese ramazanda ibadetlerimiz coxalır
7 iyul 2015 05:34
# 2
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
ask meleyi
cox sag olun ALLAH razi olsun
7 iyul 2015 05:30
# 1
"ALLAH her seyi gorendir,hec kesin ahi yerde qalmaz"-DEDILER.mende seni ALLAHA tapsirdim.qoy nece bilir ele de etsin!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz