Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ramazan və “İftitah”
Ramazan və “İftitah”
Göndərən: NoName
Şərhlər: 5
Baxılıb: 374
Səs ver:
Bu ay üçün bir çox dualar göstərilmişdir. Təkcə "Məfatihul-cinan” kitabında (mə`sumlardan nəql olunmuş dualar çələngi) bir çox dualar gətirilmişdir. Bəlkə də, ömrümüz boyu onları bir dəfə oxumağa müvəffəq ola bilmədik. Amma Seyyid ibn Tavusun "İqbal” kitabı kimi başqa daha böyük dua kitabları var. Məsələn, ramazan ayının zöhr və əsr nafilələrinin arasında oxumaq üçün geniş dualar vardır. Çox az vaxtlar bu nafilələrin özünü qılmağa müvəffəq oluruq. Çox təsadüfən onların duasını oxuyuruq. Bə`zən duanı oxumağa müvəffəq olsaq da, dua zamanı lazım olan ruhiyyəni əldə edə bilmirik.
Bu ayın gecələrində oxumaq üçün mahiyyətli və münasib dualardan biri də "İftitah” duasıdır.
Əllamə Məclisi "Zadul-Məad” kitabında yazır: Həzrət Sahibul-Əmr (ə) mö`təbər sənədə əsasən öz şiələrinə buyurmuşdur: Ramazan ayının hər gecəsində bu duanı ("İftitah” duasını) oxuyun. Bu ayın duasını mələkələr eşidir və dua edən şəxs üçün tövbə qılırlar. Mərhum Hacı Şeyx Abbas Qummi də "Hədiyyətuz-zairin” kitabında bu mövzunu təsdiqləmişdir.
Seyyid ibn Tavus "İqbal” kitabında ramazan ayının dualarının sənədini araşdırarkən bir sıra rəvayətçilər silsiləsini qeyd etdikdən sonra tanınmış hədisçi Nəsr Əl-Səkunidən bu duanın sənədini nəql edib deyir: Əbu-Bəkr Əhməd ibn Məhəmməd ibn Osman Bağdadi mərhumdan ramazan ayına aid elə bir dua istədim ki, İmam Zamanın dörd naibindən biri olmuş Əbu-Cəfər Məhəmməd ibn Osman tərəfindən nəql edilsin. Qırmızı cildli bir dəftər çıxardı. Mən o dəftərdən bir nüsxə götürdüm. Bu "İftitah” duası idi. Tövsiyə olunurdu ki, bu dua hər ramazan gecəsi oxunsun. Sonra əlavə olunurdu ki, bu duanı mələklər dinləyir və dua edən üçün bağışlanma diləyirlər.
"İftitah” duası üstün və uca məzmuna malikdir. Bu duanın mövzuları dua edənə dua zamanı hansı qaydalara riayət etməli və hansı məsələlərə diqqət yetirməli olduğunu öyrədir.


Şərhlər: 5
Baxılıb: 374
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
deyerli xeberdi insallah o duani oxuyariq bizlerde

deyerli xeberdi insallah o duani oxuyariq bizlerde
8 iyul 2015 17:50
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aliceWOnDer
Allah razi olsun..
5 iyul 2015 14:38
# 4
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
my_angel
Təşəkkür. Allah razı olsun.
5 iyul 2015 14:11
# 3
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Dosta_inam
Teşekkür gözel xeber üçün,Allah dualarımızı qebul etsin.
5 iyul 2015 09:49
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
yarpaq33
Melumat ucun tewekkurler tapib oxuyariq
5 iyul 2015 09:44
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz