Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ramazan ayı və Qədr gecəsinin fəziləti
Ramazan ayı və Qədr gecəsinin fəziləti
Göndərən: NoName
Şərhlər: 11
Baxılıb: 758
Səs ver:
Qur`ani-Kərimdə ilin ayları arasından yalnız ramazan ayının adı çəkilmişdir. Lakin ramazan ayı nə haram aylardan, nə də həcc aylarındandır. Bununla belə, Qur`anda bu ay xüsusi hörmətlə yad edilmişdir: «Qur`an ramazan ayında nazil edilmişdir...» ("Bəqərə” surəsi, ayə 185.) Ramazan ayında peyğəmbərin mübarək qəlbinə Qur`anın nazil olduğu gecə mübarək gecə adlandırılmışdır: «Biz Qur`anı mübarək bir gecədə göndərdik...» ("Duxan” surəsi, ayə 3.) Bu mübarək ay təkvini (təbii) xüsusiyyətlərə malikdir. Çünki ilahi şəriət xeyir və fəsadlar nəzərə alınmadan tə`yin olunmur. Demək, bu ayda xüsusi faydalar olduğu üçün Allah onu başqa aylardan üstün etmişdir. Qədr gecəsi bu aydadır və orucun şər`i hökmü də bu ayda gəlmişdir. Qur`ani-Kərim buyurur: «Ey iman gətirən kəslər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi...» ("Bəqərə” surəsi, ayə 183.)
Sonra isə buyurur: "Qur`an ramazan ayında nazil edilmişdir.” ("Bəqərə” surəsi, ayə 185.)
Bu iki aydan mə`lum olur ki, oruc insana Qur`anın nazil olduğu ayda vacib olub. Qur`anın bu bəyanından istifadə edərək, demək olar ki, bəklə də Allah Qur`anın bu ayda nazil olma şərəfinə orucu insanlara vacib etdi. Orucun bu ayda insanlara vacib olması səbəbini tamamilə Qur`anın nazil olmasında görməsək də, lakin Qur`anın nazil olması orucun vacibliyinə tə`sirsiz olmamışdır.
Qur`an bu ayədə buyurur: "Qur`an ramazan ayında nazil olmuşdur”. Başqa bir ayədə isə buyurur: "Qur`an mübarək bir gecədə nazil olmuşdur”. Demək, Qur`an ramazan ayının gecələrinin birində nazil olmuşdur. Bu gecə "Qədr gecəsi” adlanır. Qur`ani-Kərim buyurur: "Ha, mim! Açıq-aydın və hikmətli kitaba and olsun ki, biz onu mübarək bir gecədə nazil etdik. Biz o kitab vasitəsi ilə xalqı qiyamət əzabından agah edib qorxuduruq. Hər bir hikmətli iş o gecə hökm olunur.” ("Duxan” surəsi, ayə 1-4.)
"Yufrəqu” sözü ayrılmaq mə`nasını bildirir. Ayrılmaq üçün fərqləndirmə, fərqləndirmə üçün müəyyənləşdirmə və təqdir şərtdir. Müəyyənləş-dirmə və təqdir hər ikisi ölçü götürmək mə`nasını bildirir. İslam leksikonunda, hətta Qur`anda təqdir sözü ölçü götürmək mə`nasında işlədilmişdir. Əgər bir şeyin ölçüsü tə`yin olunsa, onun hüdudu müəyyənləşsə o başqalarından ayrılar, qeyri-müəyyənlik aradan qalxar. "Həmin gecə hikmətə əsaslanan işlər təqdir olunur” ayəsindən görünür ki, Qur`an qədr gecəsində nazil olmuşdur. "Qədr” surəsində də bu gecə əzəmətli gecə sayılmışdır: "Biz Qur`anı qədr gecəsi nazil etdik.” ("Qədr” surəsi, ayə 1.)
"Qədr” sözü təqdir mə`nasını bildirir. Qur`an yenidən buyurur: "Qədr gecəsinin əzəmətindən səni nə agah edə bilər?!” ("Qədr” surəsi, ayə 2.)
Bəlkə də, burada peyğəmbərə xitab olunmur. Əgər bu bəyan peyğəmbərə ünvanlaşmışsa, Qədr gecəsinin əzəmətini göstərir. Qədr gecəsinin necə də əhəmiyyətli olmasının aşkarlanması üçün bu üç qısa ayədə "ləylətul-qədr” kəlməsi üç dəfə təkrar olunur. Qur`an buyurur: "İnna ənzəlnahu fi ləylətul-qədr və ma ədrakə ma ləylətulqədr”. Qısaca bir tə`birdə hansısa bir şeyin əzəmətini bundan yaxşı göstərmək olmaz. Bu bəyan qədr gecəsinin sonsuz əzəmətini göstərir. Qur`an bu gecənin əzəmətini xalqın daha yaxşı hiss etməsi üçün buyurur: "və ma ədrakə ma ləylətul-qədr”. Qədr gecəsi adi insanların düşüncəsindən üstün bir həqiqətdir. Qur`an sonra isə belə buyurur: "Qədr gecəsi min aydan üstündür.” ("Qədr” surəsi, ayə 3.)
Min ay səksən ildən çoxdur. Tam bir insan ömrü! Bu üstünlük iki cəhətdəndir:
1. Bu gecə Allahın öz bəndələrinə olan rəhməti Onun səksən illik rəhmətindən artıqdır;
2.    Bu gecədə xalqın əməlləri onların səksən il ərzində əməllərindən (hər il qədr gecələrini nəzərə almamaqla) daha fəzilətlidir. Bu, Qur`anın mö`təbər sözüdür və onda heç bir şübhəyə yer yoxdur. Amma bu gecənin neçənci gecə olması bizə mə`lum deyil.
İnsan zehni əşyaların kəmiyyətini onların keyfiyyətindən daha yaxşı dərk edir. Allah Qədr gecəsinin əhəmiyyətini insanlara bildirmək üçün onun üstünlüyünü min ayla bildirmişdir. Lakin bu gecənin həqiqi dəyəri bizim anlamadığımız bir dəyərdir. Bu həqiqətə iman gətirmək bizim üçün vəzifə sayılır. Qur`an bu barədə buyurur: «Yaxşı əməl üzünüzü şərqə və qərbə tərəf çevirməkdən ibarət deyil. Yaxşı əməl əslində Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə inanmağınızıdır...» ("Bəqərə” surəsi, ayə 177.)
Allah buyurduğu üçün axirət gününə, mələklərə, səmavi kitaba və peyğəmbərlərə iman gətirməliyik. Əslində isə bizim ağlımız mələk və onların yaranışdakı rolunu dərk etməyə qadir deyil. Əgər bu sahədə vəhy və ilahi övliyaların açıqlamaları olmasaydı, biz bu şeylər barəsində heç bir tanışlıq əldə edə bilməzdik. Qur`ani-Kərim buyurur: «Halbuki onların həqiqi izahını Allahdan başqa heç kəs bilməz. Elmi qüvvətli olanlar isə: "Biz onlara inandıq, onların hamısı Rəbbimiz tərəfindəndir - deyərlər...» ("Ali-İmran” surəsi, ayə 7.)
Allah buyurduğu üçün qəbul edirik. Qur`an ayələri və pak imamların rəvayətləri vasitəsi ilə mələklər barəsində bə`zi şeyləri anlamağımız mümkündür. Lakin biz onların həqiqətini dərk edə bilmərik. Mələyin həqiqəti, onun məqamı, aləmdə oynadığı rol, onun enməsinin mə`nası və sair. Bütün bu kimi şeylər bizim üçün qaranlıqdır. Biz "nüzul” (nazil olma) sözünü hansısa bir şeyin yuxarıdan aşağıya gəlməsi kimi anlayırıq. Lakin mələklərin necə enməsi bizim üçün məchuldur. Biz hətta bu işi təsəvvür belə etməyə acizik. Bizim bildiyimiz budur ki, mələklər yüksək məqamlı mövcudlardır və Allahın izni ilə dünyanın işlərini idarə edirlər. Onlar ruzinin nazil olmasında və ruhun alınmasında vasitə olur, insanların əməllərini yazırlar. Qur`an buyurur:
"And olsun (kafirlərin canını) zorla alan mələklərə; and olsun (mö`minlərin canını) rahatlıqla alan mələklərə; and olsun Allahın göstərişlərini sür`ətlə yerinə yetirən mələklərə; and olsun (aləmin nəzmində) bir-birlərini ötdükcə ötən mələklərə və (kafirlərlə cihadda) bir-birlərini ötdükcə ötən mö`minlərə; and olsun Allahın əmri ilə dünyanın işlərini idarə edən mələklərə.” ("Naziat” surəsi, ayə 1-5.)
«Göyləri və yeri yoxdan yaradan, iki qanadlı, üç qanadlı və dörd qanadlı mələkləri (peyğəmbərlərə) elçi edən Allaha həmd olsun! Allah yaranışda istədiyini artırar...» ("Fatir” surəsi, ayə 1.)
Lakin bütün bunlara baxmayaraq məlaikələrin vücudunun həqiqəti bizim üçün məchul, qaranlıqdır. Qur`an buyurur: "Sizə elmin yalnız az bir hissəsi verilmişdir.” ("İsra” surəsi, ayə 85.)
Səma elminin inkişafı sübut etmişdir ki, bu cismani aləm vəsfolunmaz və dərkolunmaz bir əzəmətə malikdir: bə`zi ulduzlardan işığın yer kürəsinə çatması üçün milyardlarla il vaxt lazımdır. Lakin işıq səkkiz dəqiqə ərzində günəşdən yer kürəsinə çatır. Bə`zi alimlər başqa planetlərdən yerə gəlib çatan işıqların öz ömürlərini sona vurmuş ulduzlar olduğunu deyirlər. Hər gün vüs`ət və əzəmətindən bir guşəsi kəşf olunan bu aləm öz əzəməti ilə insan tərəfindən dərk olunmayan həqiqətlərlə müqayisədə ucsuz-bucaqsız səhrada itmiş üzük kimidir. Nəql olunur ki, əziz peyğəmbər buyurdu:
«...Ey Əbuzər! Yeddi qat göy kürsü ilə (varlıq aləmi ilə) müqayisədə səhrada itmiş üzük kimidir...»
İnsanlar (peyğəmbərlər, mə`sum imamlar və Allahın qeyb elmi əta etdiyi bə`zi övliyalar) maddi aləmin əzəmətini dərk edə bilmirlərsə, insan hissləri ilə dərk olunmayan və maddi aləmdən daha əzəmətli və daha həssas olan mə`nəvi məfhumları necə dərk edəcəklər?! Mələklərin yuxarı aləmdən peyğəmbərin qəlbinə nazil olması adi insanların düşüncəsinin fövqündədir. Biz yalnız deməliyik: «Biz onlara inandıq, onların hamısı Rəbbimiz tərəfindəndir...» ("Ali-İmran” surəsi, ayə 7.)
Bu bizim üçün sonsuz fəxr hesab olunur. Çünki Allah bizi hidayət edib, biz Onun hidayətini qəbul etmişik, buyurduqlarını göz üstə qoymuşuq və mələklərin varlığına, eyni zamanda, Qədr gecəsi peyğəmbərin qəlbinə nazil olmasına inanmışıq. Bu gecə min aydan fəzilətlidir. Bu gecədə qılınan bir rəkət namaz başqa zamanlar qılınan 30 min rəkət namazdan üstündür. Allah bu gecə üçün belə bir şərafət tə`yin etmiş və qısa bir zamanda böyük fayda əldə etmək üçün mö`minlərə yol açımışdır.


Şərhlər: 11
Baxılıb: 758
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Rebbim bu gunlerin nurunu sefaetini ruzisini sevgisini biz qullarin uzerinden eksik etmesun Amin Insallah
8 iyul 2015 17:47
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
EsmaNur
Allah edilen butun dualari qebul elesin
5 iyul 2015 15:54
# 10
my_angel
Allah bu gözəl qədr gecəsində dualrımızı qəbul etsin.
5 iyul 2015 15:11
# 9
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
aliceWOnDer
Allah bu gozel gecede etdiyimiz duani qebul etsin..Amin
5 iyul 2015 14:37
# 8
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
ask meleyi
qedr gecesi deyilene gore bu gundu ,,eledi?????
5 iyul 2015 11:51
# 7
"ALLAH her seyi gorendir,hec kesin ahi yerde qalmaz"-DEDILER.mende seni ALLAHA tapsirdim.qoy nece bilir ele de etsin!
qanadli melek
Allah bu gecede edilen butun dualari qebul etsin
5 iyul 2015 11:23
# 6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Her il qedr gecesinde coxlu dilekler edirem ki hamisi yerine yetsin.
5 iyul 2015 10:39
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Allah haminin orucunu namazini dualarini qebul etsin bu muqeddes ayin muqeddes gecesinde
5 iyul 2015 09:37
# 4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Dosta_inam
Allah bütün xoş niyyetle edilen duaları qebul etsin.
5 iyul 2015 09:31
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Nergız33
Biz her il qedr gecesi oyaq qalırıq ve qedr gecesinin emellerini yerine yetirmeye calışırıq. Allah qısmet edse sabahda oyaq qalacağıq .
5 iyul 2015 05:59
# 2
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
GünƏşimƏ_AiD_
bu gece qedr gecesidi Allah edilen dualari qebul etsin
5 iyul 2015 05:54
# 1
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz