Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Orucun ancaq qəzası vacib olan yerlər
Orucun ancaq qəzası vacib olan yerlər
Göndərən: NoName
Şərhlər: 12
Baxılıb: 688
Səs ver:
Məsələ 1659: Bir neçə yerdə (əvvəldə işarə edilən yerlərdən başqa) ancaq orucun qəzası insana vacibdir və kəffarə vacib deyildir:

1. Ramazan ayı gecəsində cünub olan şəxsə, 1602-ci məsələdə deyildiyi kimi, sübh azanına qədər ikinci yuxudan durmasa.

2. Orucu batil edən bir iş görməsin, amma oruc niyyəti də etməsin, ya riya etsin, ya oruc olmamasını qəsd etsin və həmçinin əgər orucu batil edən işlərdən bir işi görməsini qəsd etsə, 1551-ci məsələdə deyilənlərə əsasən;

3. Ramazan ayında cənabət qüslünü unudub cənabət halında bir gün, ya bir neçə gün oruc tutarsa.

4. Ramazan ayında sübh olub-olmadığını araşdırmadan orucu pozan bir işi etdikdən sonra sübh olduğu mə`lum olarsa;

5. «Sübh olmayıb» deyən bir şəxsin sözünə əsasən, orucu batil edən işlərdən birini etdikdən sonra, sübh olduğu mə`lum olarsa;

6. Ona «sübh oldu» deyən şəxsin sözünə əmin olmayıb və ya zarafat etdiyini xəyal etdiyi halda, özü də araşdırmadan orucu batil edən bir işi etdikdən sonra sübh olduğu mə`lum olarsa;

7. Sözü onun üçün şər`ən höccət olan, yaxud səhvən onun verdiyi xəbərin höccət olmasına inanan bir şəxsin sözünə əsasən iftar edərsə və sonra iftar vaxtı olmadığı mə`lum olarsa;

8. İftar vaxtı olduğunu yəqin edərək və əmin olaraq iftar edərsə, sonra da hələ iftar vaxtı olmadığı mə`lum olarsa; amma əgər buludlu və bu kimi bir havada axşam olduğunu zənn edib iftar edərsə, sonradan axşam olmadığını anlayarsa, o orucu qəza etməsinin vacib olması ehtiyata əsasəndir.

9. Susuzluq cəhətindən məzməzə edərsə, yə`ni, ağzında suyu dolandırarsa və bu əsnada ixtiyarsız olaraq udarsa, amma əgər oruc olduğunu unudaraq suyu udarsa və ya susuzluqdan qeyri bir şey üçün məzməzə edərsə, məsələn; dəstəmaz kimi məzməzə etməyin müstəhəbb olduğu bir yerdə məzməzə edərsə və ixtiyarsız olaraq suyu udarsa, qəzası yoxdur.

10. Bir kəs ikrah (məcbur edilmə), ya zərurət, ya təqiyyə cəhətindən iftar etsə və ikrah və təqiyyə cəhətindən yemək, içmək və cima hallarında olsa; həmçinin bunlardan qeyrisində ehtiyat vacibə əsasən (qəza vacibdir).

Məsələ 1660: Əgər sudan başqa bir şey ağzına alsa və ixtiyarsız udsa, yaxud suyu burnuna çəksə və ixtiyarsız udsa, qəza ona vacib deyildir.

Məsələ 1661: Çox məzməzə etmək, oruc olan şəxs üçün məkruhdur. Əgər məzməzə etdikdən sonra ağzının suyunu udmaq istəyərsə, ağzının suyunu üç dəfə çölə tökməsi daha yaxşıdır.

Məsələ 1662: Əgər insan məzməzə etdiyi zaman ixtiyarsız olaraq, yaxud unutduğuna görə boğazına su gedəcəyini bilsə, məzməzə etməməlidir, amma əgər bu halda məzməzə etsə, su boğazına getməsə, ehtiyat vacibə görə onun qəzası lazımdır.

Məsələ 1663: Əgər Ramazan ayında, araşdırdıqdan sonra sübhün olması onun üçün mə`lum olmasa və orucu batil edən bir iş görsə, sonra sübh olması mə`lum olsa, qəza lazım deyildir.

Məsələ 1664: İnsan axşam olub-olmadığında şəkk edərsə, iftar edə bilməz. Amma əgər sübh olub-olmadığında şəkk edərsə, araşdırma aparmadan qabaq da orucu batil edən bir iş görə bilər.


Şərhlər: 12
Baxılıb: 688
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ayan97
Allah razi olsun, Azan sesi esitmeden iftarimi acmiram esitmiyende arasdiriram.ALLAH her kesin orucunu kabul etsin
5 iyul 2015 05:13
# 12
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
yaz_yamuru
Tesekkurler lazimli xeberdi Allah tutulan oruclari qebul etsin )))
1 iyul 2015 20:50
# 11
Narın Yağış
Çox təəssüfki yenə də oruc tuta bilmədim 29 Bir neçə gün tutdum mədəmin qastritinə görə daha tuta bilmədim..Allah oruc tutanların orucunu qəbul etsin..
1 iyul 2015 19:23
# 10
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
vipbetul
lazimli melumatdi
1 iyul 2015 17:29
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Aydan Habili
Cox vacibdir hamının bilməsi lazimdir
1 iyul 2015 16:24
# 8
EsmaNur
Allah oruclarinizi qebul elesin
1 iyul 2015 15:41
# 7
aliceWOnDer
Allah orucumuzu qebul eylesin..
1 iyul 2015 14:30
# 6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
dilefruz
allah gunahimnan kecsin doze bilmirem usaqala tez tez yemek bisirirem qoxusu vurur ureyim istiyir
1 iyul 2015 13:47
# 5
Sevgi insani yasadan en xosbext duygudur
Tomris Müslümova
Hər bir müsəlman üçün bu ayda oruc tutanlar üçün lazımlı bir xəbərdir)
1 iyul 2015 11:53
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
qanadli melek
Cox lazimli melumatdi twk)

Cox lazimli melumatdi twk)
1 iyul 2015 10:55
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Fialka
Allah bu ayda tutulan orucları qəbul etsin inşAllah, faydalı məlumatlar, idi təşəkkürlər.
1 iyul 2015 10:10
# 2
Dosta_inam
Teşekkür lazımlı meslehet üçün.
1 iyul 2015 08:29
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz