Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ramazanın iftar duaları - TƏRCÜMƏ
Ramazanın iftar duaları - TƏRCÜMƏ
Göndərən: NoName
Şərhlər: 17
Baxılıb: 775
Səs ver:
Dua hər zaman möminin güvənib söykəndiyi bir silahdır. Həyatının hər bir anında duaya sarılıb Allahın lütfünə yönəlmək mömini başqa insanlardan ayıran ən mühüm xüsusiyyətlərdən biridir. Mömin həyatının hər anında duaya müraciət edəndir.
Gündə beş vaxt qıldığı namazın mənası "dua”dır. Axşam yatarkən, sabah qalxarkən, yeməkdən qabaq və sonra, evdən çıxarkən, dostu ilə görüşərkən, bir sözlə bütün davranış və hərəkətlərində dua möminin unuda bilməyib vərdiş halına gətirdiyi bir əməldir.O, bu vərdiş gücünü Peyğəmbərin sünnəsindən alır. Peyğəmbər (s.a.a) hər zaman dua edər və möminlərin də dua etməsini əmr edərdi. Çünki dua mömini Rəbbinə yaxınlaşdıran vasitədir.
Duanı bir əsas olaraq mənimsəyən mömin nemət və bolluq zamanı Rəbbini xatırlayıb şükür hissləri ilə dolduğu və bunu həmd etməklə ifadə etdiyi kimi, çətin və sıxıntılı anlarında da Rəbbinə sığınıb yalnız Ondan yardım istəyər.
Uca Rəbbimiz də mömin qullarının hər zaman Özünə dua etməsini istəyir:
"Qullarım Məni səndən soruşarlarsa onlara de ki: həqiqətən Mən onlara çox yaxınam. Onlardan biri dua edincə şübhəsiz ki, duasına cavab verirəm. O halda onlar da doğru yola çatana qədər Mənim dəvətimə itaətlə yönəlsinlər və Mənə imanda davam etsinlər” (Bəqərə, 186).
Bu, hər zaman belədir. Lakin elə vaxtlar var ki, o vaxtlarda edilən duaların başqa zaman edilən dualara nisbətən qəbul olma ehtimalı daha çoxdur. Bu bərəkətli vaxtlar arasında səhər çağı, Cümə günlərinin müəyyən bir saatı, mübarək olan bir-sıra gecələr və xüsusən də Qədir gecəsi, Ramazan ayının bütün günləri ən bərəkətli, duaların ən çox qəbul olduğu vaxtlardır.
Aşağıdakı hədislərdən də görəcəyik ki, belə vaxtlarda ilahi mərhəmət artar. Mömin də duasının qəbul olması üçün ixlas və səmimiyyətlə Allah təalanın nəzdində sevimli bir qul olmağa çalışar.
Hədislərdə dediyimiz bu məsələnin üzərində durulur və möminlər duaya təşviq edilir:
"Ramazanın ilk gecəsində cənnət qapıları açılır. Hər gecə sabaha qədər belə deyilər: Günahlarının bağışlanmasını istəyən, tövbə edən yoxdurmu, Allah onun duasını qəbul etsin? Dua edən yoxdurmu? Cavab verilsin. Özü üçün bir şey istəyən yoxdurmu? İstəyi o an yerinə gətirilsin”.
Başqa bir hədisdə oruc tutanın adı duaları qəbul edilən üç şəxsin adları arasında çəkilir:
"Üç nəfərin - ədalətli dövlət başçısının, iftar edənə qədər oruclunun və məzlumun duası geri çevrilməz”.
İslamın digər məsələlərində olduğu kimi, bu xüsusda da bizə ən gözəl nümunə olan Peyğəmbərimiz (s.a.a) Ramazan ayında ibadət və dualarını daha da artırardı. Bundan əlavə, ətrafında olan möminlərin də bol-bol dua etməsinə vəsilə olurdu.
Ümumiyyətlə, ilahi lütfə tuş gələn Ramazan ayında iftar vaxtlarının ayrı bir feyz və qiyməti var. Bu müstəsna vaxtın dua baxımından daşıdığı əhəmiyyəti Peyğəmbərimiz (s.a.a) belə açıqlayır:
"Oruc tutanın iftar vaxtındakı duası geri qaytarılmaz (qəbul edilər)”.
Abdullah ibn Ömərin (r) rəvayətinə görə, Peyğəmbərimiz (s.a.a) iftar vaxtında bu duanı tez-tez təkrar edərdi:
"Ey Rəbbim, hər şeyi əhatə etdiyi lütfünlə məni bağışla”.
Xətalardan xaliliyi və günah uzaq olması ilə seçilən Peyğəmbərin (s.a.a) dualarında ümmətinə hidayət istəyi vardır. Peyğəmbər (s.a.a) belə dua etməklə möminlərə iftar vaxtının feyz və bərəkətindən istifadə etməyin ən gözəl yollarından birini göstərmiş və iftar vaxtının istiğfarla dəyərləndirilməsinin əhəmiyyətini bizim diqqətimizə çatdırmaq istəmişdir.
Elə bu cür iftarlarda və səhər vaxtlarında ilahi dərgaha göndərilən ixlaslı dua və istiğfarlar sayəsində möminlər Ramazan ayının sonunda günahlardan təmizlənir, tər-təmiz bir ruh və mənəviyyata sahib olurlar. Bu baxımdan şüurlu bir mömin içərisində üzdüyü misli olmayan bu fürsətlər dənizindən bacardıqca faydalanmağa çalışmalıdır. Tövbələrin ən çox qəbul edilib günahların ən çox bağışlandığı və istəklərin ən yüksək ehtimalla qəbul edildiyi bu mübarək ayda hər vasitə ilə Allaha yönəlmək gərəkdir. Lütf dəryasının daşdığı Ramazan ayı boyunca ən gözəl dualar oxunmalı, Peyğəmbərə salam və xeyir-dualar edilməlidir. Qurandan və hədislərdəki qiymətli dualara sarılaraq Allaha daha da yaxınlaşmaq lazımdır.


Şərhlər: 17
Baxılıb: 775
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Allah dualarimizi qebul etsi Amin. adeten insanlar cetine dara dusende dua edirler, kas ki hamimiz hemise Allaha dua edib sukr ede bilsek...
29 iyun 2015 21:48
# 17
"All men must die, but we are not men"

Daenerys Targaryen
Nazlinci
Heqiqeten içden edilen duanı Allah her zaman eşidir men buna yüz faiz eminem COX ŞÜKÜR ALLAHIMA
29 iyun 2015 21:27
# 16
aliceWOnDer
Allah dualarimizi qebul etsin..
28 iyun 2015 19:51
# 15
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
vipbetul
Rebbim Tutduqumuz Orucumuzu Qildiqimiz Namazimizi Etdiyimiz dualarimizi oz Yuge dergahinda qebul edib gunahlarimizi baqishlasin Amin insallah

Rebbim Tutduqumuz Orucumuzu Qildiqimiz Namazimizi Etdiyimiz dualarimizi oz Yuge dergahinda qebul edib gunahlarimizi baqishlasin Amin insallah
28 iyun 2015 17:39
# 14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
hazal♡
ALKAHIM BUTUN GUNAHLARIMIZI BAXISLASIN HER KESIN ORUCUN DUASIN QEBUL ETSIN INSALLAH.
28 iyun 2015 16:09
# 13
Sevmək asan oldugu kimi, unudmagda asan olur zamanla...O:-)
Fialka
Rəbbim ona açılan əlləri heç vaxt geri çevirməz yetərki onu hər zaman ana bilək o zaman Allahın mərhəmətinə sığınmış olub unudulan bəndələrdən olmarıq..Allaha edilən dualar qəbul olunsun xeyirlisiylə amin.
28 iyun 2015 15:59
# 12
Akkuw)
Allah butun dualarimizi qebul etdin

allah butun dualarimizi qebul etsin
28 iyun 2015 14:14
# 11
Deyerine deyer vermeyen deyersizlere verdiyin deyer neye deyer(
cinqosh
Adətən namazlardan sonra çoxlu dua edirəm.bir də yağış yağanda.yatanda.Təşəkkür.
28 iyun 2015 13:59
# 10
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Canavar sevgisi
Her zaman dua elemiwem wukir Allah her zaman sesimi ewidib. Dua her weyin caresidi
28 iyun 2015 12:53
# 9
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
Tomris Müslümova
Allah ona uzadılan əlləri,edilən xeyirli duaları qəbul etsin inşallah
28 iyun 2015 10:59
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
yarpaq33
Allah tutulan oruclari qilinan namazlari edilen dualari qebul eder inwallah
28 iyun 2015 10:51
# 7
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
efsane..
Allah qebul etsin dualarimizi
28 iyun 2015 10:27
# 6
BARBI
Men de her axsam mutleq dua edirem. Insallah yerine yeter
28 iyun 2015 10:04
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Ayselina
Rebbim bu gozel ayda dualarimizi qebul etsin..bizleri emelisaleh qullarindan etsin insallah. .
28 iyun 2015 09:27
# 4
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
aziz a
Allah Teala dilimizi duali, emelimizi saleh, ozumuzu teqvali etsin Amin.
28 iyun 2015 09:13
# 3
Qelbim doludu !!!!
Niquw Abdulayeva
Allah tutduqunuz orucu qebul elesin hemcinin menimkinide. Insallah arzuma niyyetime catdirar Allah meni Amin
28 iyun 2015 08:09
# 2
Dosta_inam
Allah razı olsun gözel xeber üçün,Allah dualarımızı qebul etsin,günahlarımızı bağışlasın,Amin.
28 iyun 2015 05:22
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz