Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlar və Ramazan
Uşaqlar və Ramazan
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 535
Səs ver:
Bu məqalə ailəli şəxslərə daha çox aiddir. Amma burda yazılanları hər birimiz evdə bacı və qardaşlarımıza, ümumiyyətlə ətrafımızda olan bütün uşaqlara tətbiq edə bilərik.
Uşaqlara Ramazanın gözəlliyini hiss etdirin: İftarın vaxtı tez girdiyindən çox adam iftarını iş yerində açır. Heç olmazsa, Ramazan ayının ilk günündə, sizin üçün çətin də olsa, orucunuzu evdə - ailənizlə birlikdə açmağa çalışın!
Çalışın ki, uşaqlarınız Ramazan ayının gəlişini hiss etsinlər! Təravih namazına uşaqlarınızla gedin: Əlindən tutaraq uşaqlarınızı təravih namazına aparın. Namazdan sonra uşağınıza xoşuna gələcəyi kiçik bir hədiyyə verin. Sonra yanınızda olan şokalad, ya da şəkərləri təravih namazına gələn başqa uşaqlara paylayaraq onlara Ramazan ayının rəhmət üzünü bir daha göstərin. Maddi vəziyyətiniz normaldırsa, bunu tez-tez edərək məscidə gələn uşaqları sevindirin.
Uşaqları məsciddən qovmayın: Təravih namazındasınız və dərin bir inamla namazınızı qılırsınız. Ətrafınızda üzlərindəki lütf nəşəsi ilə gəzib dolaşan, hətta səflərin arasında qaçan uşaqlar var. Dar düşüncəli bəzi nadanların onların qaçmasından narahat olmaları məlum məsələdir.
Uşaqlara əsəbləşərək sərt baxışları ilə onları qınayanların əksinə olaraq, siz onlara mərhəmət dolu baxışlarla baxın və onlardan razı olduğunuzu bildirin. Namazdan sonra da qarşılaşdığınız uşağın başını sığallayıb onu təbrik edərək "Allah ibadətini qəbul etsin” deyin.
Uşaqların dini tədrisində bu ay bir fürsətdir: Təlim-tərbiyə böyüklərin özlərindən sonra gələn nəsli hər tərəfli yetişdirmək, pis davranışlardan uzaq tutmaq, münasib davranışa sahib olmaq və mükəmməl şəxsiyyət sahibi etmək üçün çəkdiyi bütün zəhmətlərdir. Təlim-tərbiyə üçün uyğun bir vaxtın, həyəcanın, şövqün və tətbiq edə bilmə imkanının olması mütləq şərtdir. Uşaqlara islam tərbiyəsinin aşılanması üçün ən uyğun vaxtlardan biri də Ramazan ayıdır.
Həyəcan təlim-tərbiyəni həm asanlaşdıran, həm də çətinləşdirən bir xüsusdur. Bu baxımdan, həyəcanın təlim-tərbiyəyə müsbət və mənfi olmaqla iki yöndən təsiri vardır. Öyrəniləcək şeyə uyğun olan həyəcan təlim-tərbiyəni asanlaşdırır; lakin öyrəniləcək şeyə zidd olan həyəcan isə təlim-tərbiyəni çətinləşdirir. Məsələn, Ramazan ayının həyəcanı islam tərbiyəsini asanlaşdıraraq islam tədris üsuluna mükəmməl bir təsir bağışlayır. İslam əxlaqı ilə və buna uyğun adət-ənənə ilə az da olsa əlaqəsi olmayan bəzi bayramların həyəcanı isə uşaqların islami tərbiyəsinə mane olur. Həyəcanın ən böyük nəticəsi şövq yaratmaqdır. Şövq də öyrəniləcək şeyə qarşı iradəli olmaq üçün həvəs və marağın oyanmasıdır. Hər hansı bir şeyə qarşı həvəs və maraq olmadan onu öyrənmək mümkün deyildir. Bu baxımdan, marağın və diqqətin olmaması öyrənməyə və qavramağa mane olan qəlbə çəkilmiş bir pərdədir. Artıq bu gün uşağı həvəsləndirmədən, uşaqda maraq oyatmadan təlim və tərbiyə etməyin mümkün olmaması bütün dünya tərbiyəçiləri və pedaqoqları tərəfindən qəbul edilmiş bir xüsusdur. Həmçinin, xalq arasındakı "maraq elmin atasıdır” sözü də boş yerə deyilməyib.
Ən böyük müəllim və tərbiyəçi olan Peyğəmbərimiz (s) də bir şey demək istədikdə səhabələrində həvəs və maraq oyadaraq onları şövqləndirirdi. Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, müsəlman ana-atanın edəcəyi ilk iş uşaqda şövqləndirici güc olan həvəs və marağı oyatmaqdır. Buna görə də diqqəti toplamaq üçün mübarək Ramazan ayı, oruc, təravih namazı, imsak (Ramazanda yemə-içmə və digər işlərdən özünü saxlama) və sahur kimi motivlərdən faydalanmaq lazımdır.
Uşaqlar sizi namaz qılarkən görsün: Bu gündən başlayın. Yaş yarım və iki yaşından böyük uşağınız varsa, onların olduğu bir yerdə namaz qılın. Onlar sizin qarşınızdan keçsin, səcdəyə əyilərkən arxanıza çıxsın. Onlara müdaxilə etməyin. Peyğəmbərimiz də belə etmişdir.
Uşaqlar sizi namaz qılarkən görsün. Bu, onların yaddaşına yazılacaq və gələcəkdə sizin etdikləriniz çox mühüm bir xatirə olaraq qalacaqdır. Mümkün olduğu qədər namazlarınızı evdə xanımlarınızla birlikdə camaat halında qılın. Axı, Peyğəmbər (s) bizləri namazın bu təqdirdə iyirmi yeddi qat daha çox savab qazandıracağı barəsində müjdələyib.


Şərhlər: 7
Baxılıb: 535
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
usaqlarin yaninda namaz qilinanda onlarda da namaza dine maraq artir. onlar da isteyirler ki oruc tutsunlar namaz qilsinlar...
27 iyun 2015 21:05
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
mende usaq olarken ailemden gormushem Namazin gozelliyin heyran olmusham Orucun guler uzluluyunu ashiq olmusham Rebbimin bizimcin gonderdiyi bu gozellikleri gorub bu heyati bunlara gore sevmishem

mende usaq olarken ailemden gormushem Namazin gozelliyin heyran olmusham Orucun guler uzluluyunu ashiq olmusham Rebbimin bizimcin gonderdiyi bu gozellikleri gorub bu heyati bunlara gore sevmishem

mende usaq olarken ailemden gormushem Namazin gozelliyin heyran olmusham Orucun guler uzluluyunu ashiq olmusham Rebbimin bizimcin gonderdiyi bu gozellikleri gorub bu heyati bunlara gore sevmishem

mende usaq olarken ailemden gormushem Namazin gozelliyin heyran olmusham Orucun guler uzluluyunu ashiq olmusham Rebbimin bizimcin gonderdiyi bu gozellikleri gorub bu heyati bunlara gore sevmishem
27 iyun 2015 19:09
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Ailədə uşaqlara dini tərbiyə vermək çox önəmlidir. Bununda yollarından biri edilən hərəkətlərlə göstərib onlarda həvəs yaratmaqdır. Allahın buyurduqlarına həqiqətən əməl edən bir uşaq gələcəkdə də o cür olacaq və bu hər şeydən önəmlidir.
27 iyun 2015 16:24
# 5
aliceWOnDer
Maraqli xeberdi, tesekkue..
27 iyun 2015 15:59
# 4
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
yarpaq33
Men uwaqlarin yaninda qiliram kicik oglumda heveslidi demiwem sozlerin ezberle qalan her weyi oyredecem
27 iyun 2015 12:34
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
BARBI
Usaqlara her zaman dinimizin gozelliklerini ramazani oruc tutmagi anlatin onlarda bu gozellikleri bilsin
27 iyun 2015 09:52
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
rəmsə
Allah razı olsun,maraqlı idi.Bizlər namaz qılarkən uşaqların bizi görməsinin bu qədər önəmli olduğunu bilmirdim.
27 iyun 2015 07:13
# 1
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz