Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Düzgün oruc tutmanın ifadə etdiyi mənalar
Düzgün oruc tutmanın ifadə etdiyi mənalar
Göndərən: NoName
Şərhlər: 11
Baxılıb: 641
Səs ver:
Oruc tutmaq əslində nə deməkdir və o, özlüyündə hansı mənanı daşıyır? Oruc tutmağı lap kökündən götürsək, bu, nədənsə imtina etmək deməkdir. İnsan hansısa əməli etməkdən, məsələn, müəyyən bir qidanı qəbul etməkdən imtina edirsə, bu, özü oruc tutmaqdır. Düzdür, bizim ana dilimizdə bu cür mənanı ifadə edən söz oruc tutmaq adlandırılmır, bu söz əslən ərəb dilindən gəlir.

Ramazan ayı orucu isə Allah təalanın müsəlmanlara buyurduğu bir ibadətdir ki, bu mövsümdə müsəlmanlar müəyyən olunmuş vaxtda yeməkdən, içməkdən imtina etməlidirlər. Bu imtina etmə bir növ tərbiyə, iradəni möhkəmləndirmə, nəfsi sıxma, orqanizmin rejimini dəyişmə və təmizləmə kimi adlandırıla bilər. Çünki oruc tutma həqiqətən də bütün bunları özündə daşıyır. Amma düzgün oruc tutma isə daha dərin məna və dəyərləri ehtiva edir. Oruc tutan insan adət etdiyi gündəlik yemək-içməyindən imtina etdiyi kimi, gündəlik mənfi vərdişlərindən də imtina etməlidir. O, bütün pis və zərər verici əməllərdən çəkinməlidir. Çünki gündəlik mənfi əməllərini və pis vərdişlərini davam etdirən şəxs anlamalıdır ki, onun orucu bu formada sadəcə ac-susuz qalmaq olur. Belə bir məqamı Peyğəmbərimiz (s) bizə daha aydın dillə çatdırır: "Kim yalan danışmağı və yalandan (hər hansı bir işə) əməl etməyi tərk etməzsə, onun yemək-içməyi tərk etməsinə Allahın heç bir ehtiyacı yoxdur”. Bu hədisdən aydın olur ki, məqsəd ac-susuz qalmaq deyil. Belə ki bizim özümüzə əziyyət verməyimiz Allaha lazım deyil. Biz oruc tutmağın arxasında olan məqsədlərə nail olmaq niyyəti ilə bu ibadəti edirik. Onu əldə etmək üçün isə yalnız yemək-içməyi tərk etmək deyil, həmçinin, gözləri, qulağı, dili, əl və ayaqları və digər əzaları pis əməllərdən çəkindirmək lazımdır. Belə bir sual ortaya çıxa bilər ki, nəfsimizi və əzalarımızı günahlardan qorumaq gərəkdirsə, onda bunun üçün niyə ac-susuz qalmalıyıq? Yaxud, bizim ac-susuz qalmağımızın pis əməllərdən çəkinməklə hansı əlaqəsi ola bilər, axı? Bilirsinizmi, insan ac-susuz və taqətsiz olarkən, nəfsindəki istək və rəğbətləri də sındıra bilir. Pislik, nifrət, zorakılıq, yalan, qeybət, söyüş və sairə kimi şeylərə nəfsdə istək yaranırsa, ac-susuz olan müddətdə bu istək azalır. Ac-susuz qalmaq qandakı qlükozanı azaldır, insanın taqəti də azalır, sakitləşir və emosiyaların təsir gücü zəifləyir, beləcə insanın reaksiyası, qəzəbi, əsəbi, kin-küdurəti və sairə kimi hissləri zəifləyir. Bu, bir növ insana o əməllərdən çəkinməyə dəstək olur. Əlbəttə ki, oruc yalnız bu məqsəd üçün deyil, daha geniş və daha zəngindir. İnsan, həmçinin, ac-susuz qalarkən yoxsulların, möhtacların və kasıbların halını daha yaxşı hiss edir, sanki onlarla bu hissi paylaşır. Oruc tutarkən biz müəyyən olunmuş bir vaxtda yemək-içməkdən imtina edirik və mütləq müəyyən olunmuş bir vaxtda (günbatanda) yeməyə başlayırıq. Beləliklə, insan nizam-intizama alışmağa başlayır. Oruc tutan insanı yemək-içməkdən imtina etdirən sadəcə onun bunu istəməsidir. Onu Allahdan başqa heç kim görmür və nəzarət etmir. İnsan istədiklərindən müəyyən bir müddət imtina edirsə, nəfsini özü idarə etməyi bacarır və iradəsi güclənir.

Müsəlman qardaşım və bacım! Allah təala sənə müəyyən müddət ərzində yemək-içməyi tərk etməyi əmr edibsə, bundan istifadə etmən gərəkdir. Yəni, ac-susuz qalmanla bərabər, söyüş söyməyi, qeybət edib söz gəzdirənliyi, söz atmağı, haramlara baxmağı və dinləməyi tərk etməlisən. Bir şeyi də nəzərə al ki, yemək-içmək günah deyil, mübahdır. Allaha yaxın olman və Onun lütfünə nail olman üçün günah olmayan şeyləri tərk etməyin buyurulubsa, deməli, günah olanları ondan əvvəl tərk etməlisən. Yoxsa, günahlardan çəkinməyib günah olmayan şeyləri tərk etməyin bir mənası da yoxdur. Bunun adı sadəcə ac-susuz qalmaq olacaqdır. Peyğəmbərimiz (s) buyurub: "Sizdən biriniz oruc tutarsa, həmin günü söyuş söyməsin, (qəzəblənib) ağzına gələni danışmasın. Əgər onu kimsə söyərsə və ya onunla dalaşarsa, desin ki, "mən orucam”.
Hörmətli oxucular! Oruc tutmaq çox böyük və əhəmiyyətli ibadətdir, onu qəlbdə və ruhda hiss etmək, əzəmətini dərk etmək gərəkdir. Bu ibadət müsəlmanları bütün insanlardan fərqləndirir. Oruc tutub, nəfsi və əzaları günahlardan çəkindirməkdən əlavə, müsəlman, həmçinin, ibadətlərini də çoxaltmalıdır. Bu mübarək mövsümdə müsəlman kəs namazlarını tam vaxtında qılmalı, sünnətlərini tərk etməməli, əlavə nafilə namazları artırmalı, hər gün Qurandən bir az oxumalı, oruc tutmaq istəyənlərə yol göstərməli, imkansızlara lap az da olsa əl tutmalı və sairə kimi xeyir işlər görməlidir. Oruc mövsümünün əsas məqsədi elə budur. Müsəlman ac-susuz qalmaqla, günahlardan çəkinməklə və ibadətlərini çoxaltmaqla, həm orqanizmini təmizləyərək tənzimləyir, həm də ruhu və daxilini saflaşdırır. Qəlbini bürümüş günah paslarını söküb atır, daxilini bürümüş zülmətə nur ataraq işıqlandırır. Oruc tutaraq müsəlman ədəb və hikmət öyrənir, tərbiyəvi yönlərə daha çox önəm verir.
Allah hamınızı haqq üzərində sabitqədəm, bu ayda səbr edənlərdən və ibadətləri qəbul olunmuşlardan etsin! Amin!


Şərhlər: 11
Baxılıb: 641
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aLoNe AnGeL
Allah oruc tutanlarin orucun qebul etsin- AMIN!!!
26 iyun 2015 21:46
# 11
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
ALESSANDRA
ALALH her kesin orucunu qebul etsin

ALLAH
26 iyun 2015 20:05
# 10
Don't trust anyone ∆
vipbetul
Insallah tutduqumuz Orucumuz Etdiyimiz Dualarimiz Qildiqimiz Namazimiz Rebbimin Huzurunda qebul olunmushlardan olar Amin insallah
26 iyun 2015 15:46
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
...AdaDunyam``
Allah her kesin orucunu qebul etsin
26 iyun 2015 14:53
# 8
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
aliceWOnDer
Allah orucumuzu ve duamizi qebul etsib..! Amin..!
26 iyun 2015 12:40
# 7
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Baharim ol
Amin.cox gozel yazilib.Allah hamiya guc quvvet versin axira kimi tuta bilek.Elbetki ibadetlerimizde sehvlerimiz var.Allah o sehvlerimizi bagislayib ibadetlerimizi qebul elesin Amin
26 iyun 2015 12:03
# 6
Ama yenede
tek umidim sen
Amin! Allah her kesen orucunu dualarini qbul eylesin...
26 iyun 2015 11:54
# 5
Kadın derin ama adam yüzme bilmiyor...
eıiyeva gülmaye
Allah butun oruc tutanlarin niyyetini qebul etsin. Amin!!!
26 iyun 2015 09:04
# 4
Fialka
Oruclu olmaq o demək deyilki sən yemək və su qəbul etmirsən , oruclu olmaq bütünlükdə nəfsinə hakim olmaq deməkdir. Bunuda yalnız bir ay deyil ömrü boyu edənin nə xoş halına...Birdə bu yaxınlarda bir cümlə ilə rastlaşdım mənə həqiqətən təsir edən bir cümlə idi . Hansı ki, bu Somalidə yaşayan uşaqların verdiyi sual formasında olan cümlə idi. Onlar deyirdilər ki, biz nə imsak edirik nə də iftar o zaman Allah bizim orucumuzu qəbul edərmi? Oruclu olan insan anlayar o insanların dilini. Onlar aclıq içindəykən bizlər burda hər ehtiyacımız qarşılansada şükr etmirik naşükür davranırıq ...Şükrü həmişə dilimizdən əksik etməməliyik...
26 iyun 2015 09:02
# 3
BARBI
Oruc tutmaq o demek deyim ki ac susuz qadiq bunnan is bitdi. Oruc tutmaq ruhu temizlemekdir
26 iyun 2015 08:10
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
qanadli melek
Oruc tutarken tek yemeyib medemizle tutmamaliyiq hemde gozumuzle qulaqimizla tutmaliyiq.bedenimiz temizlendiyi kimi ruhumuzda temizlenmelidi.Allah her kesin orucunu heqiqi oruclardan qerar versin qebul etsin
26 iyun 2015 07:50
# 1
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz