Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ramazan ayının fəzilətləri nədən ibarətdir?
Ramazan ayının fəzilətləri nədən ibarətdir?
Göndərən: Miss_Azerbaijan
Şərhlər: 11
Baxılıb: 506
Səs ver:
Ramazan ayında hansı məsələlərə xüsusi diqqət yetirmək lazımdır? Biz bir müsəlman kimi bu ayı nə cür keçirməliyik?
Aləmlərə rəhmət olan Peyğəmbərimizdən öyrəndiyimiz, "Ey Rəbbimiz, bizə Rəcəb və Şəban ayını mübarək qıl və bizi Ramazana çatdır” duaları ilə yenə yeni bir Ramazan iqliminə doğru irəliləyirik.
Ramazan ayı, "Əvvəli rəhmət, ortası məğfirət və sonu cəhənnəmdən qurtuluşdur.” müjdəsi ilə bütün möminləri sevindirir.
Ramazanda hər birimiz daha da dinimzə bağlanırıq. Ətrafımızda olan insanların daha anlayışlı, daha sakit olmağı bizi çaşdırmır.
Könülərin yumuşalıdığı, rəhmət pəncərələrinin bir-bir açıldığı gecələr, günlər və anlar biri- birini izləyir. Ramazanını hər günü və hər anı rəhmət, məğfirət və salamatlıqdır.

Şükür duyğusu
Nemətlər hər zaman var, imkan hər zaman əlimizdə ola bilər. Amma Ramazan başqa bir fürsətdir. Quran və orucla gələn bərəkət, şükür duyğusunu da artırır.Bir quru çörəklə bu isti günlərdə bir az suyun qiymətini daha yaxşı dərk edirik. "Rəbbim, rəhmətindən göndərdiyin su nemətinə hədsiz şükürlər olsun.” deyir, aclığımızı, əslində şükürdə nə qədər geri qaldığımızı dərk edirik.

Öyrənməyin yaşı yoxdur.
Bu ayda yeni şeylər öyrənirik. Öyrəndiklərimizin mənalarını daha yaxşı anlayırıq. Zehnimizdə, qəlbimizdə yeni- yeni fəqli pəncərələr açılır. Quranla daha çox həmhal oluruq. Oxumağı bacarmırıqsa oxumağı öyrənirik və daha çox oxumağa səy göstəririk.

Yardımlaşmaq zamanı
Zəkat üçün bəlli vaxt yoxdur. Dinə görə zəkat düşən malınızın üstündən bir il keçdikdən sonra zəkat vermək gərəkdir. Amma Ramazanda edilən ibadətlərin birə on, birə yetmiş hətta birə yeddi yüz qat savab gətirdiyini bilən müsəlmanlar, zəkatlarını Ramazanda verir, həm rəhmət xəzinəsindən yararlanmağı, həm də ehtiyacı olan insanları Ramazanda sevindirməyi düşünürlər. Dinə görə zəngin olanların zəkatlarını hesablamaqları, sədəqələri bir kənara ayırmaqları, sədəqeyi-fitrəni ərəfə gününə qədər gecikdirməmiş verməkləri gərəkdir.

Quran ayı
Bizə əyrini və doğrunu ancaq Rəbbimiz göstərə bilər. Allahu Təala belə buyurur: "Ramazan ayı insanlara yol göstərən, doğrunun və doğrunu əyridən ayırmağın açıq dəlilləri olaraq Quranın endirildiyi aydır…” (Bəqərə, 185) "Ey iman edənlər! Oruc sizdən əvvəlki ümmətlərə fərz olunduğu kimi sizə də fərz olunmuşdur. Artıq pisliklərə qarşı özünüzü qoruyarsınız” (Bəqərə, 183) Möminlərə fəzilət və bərəkət qazandıran Ramazan ayında nəfsani arzular deyil, insani dəyərlər önə çıxmalı, günümüz, gecəmiz Quranla keçməlidir.

Niyə ac qalırıq?
İnsan nəfsini tərbiyə edən ən böyük imtahan aclıqdır. Nəfsin acizliyini, gücsüzlüyünü anlayan; bir tikə çörək, bir az su içə bilməsə heç nə edə bilməyəcəyini gördüyü ibadət oruc ibadətidir. Bir mömin ac qalmaq üçün deyil, ruhundakı lətif və başqa gözəllikləri bəsləmək üçün ac qalır. Maddi və mənəvi saysız gözəlliklərin yaşandığı və mükafatların hədsiz olaraq verildiyi bu mənəvi iqlimi çox yaxşı dəyərləndirməliyik.Özümüzə dönərək, qəflət və cəhalətlə içində keçən günlərimizi hesaba çəkməli, xəta və günahlardan təmizlənmək istəyimizi artıraraq özümüzlə hesablaşmalıyıq.

Ramazan rəhmət, bolluq və bərəkət ayıdır.
Rəhmət və məğfirətə hər zaman ehtiyacımız var. Əvvəlki Ramazanda nə qədər çox ibadət etməyə səy göstərirdiksə, bu il bir qat daha artıq ibadətə cəhd və səy etməliyik.
Ramazanda edilən xeyir və ibadətlərə qat- qat artıq savab verildiyi üçün adi günlər kimi keçirməməliyik. Bu ayda daha çox zikr, şükür, təfəkkür, ibadət, xeyir və saleh əməllərlə məşğul olmağa çalışmalıyıq.
Sağlamlıq və xoşbəxtliyin sadəcə mədəni doldurmaq olamdığını öyrədən, ruhu yüksəldən, sevinc və ümidlə qarşılanan günlər gəlir. Ramazan, bədənlərə şəfa, könüllərə səfa bəxş edən, rəhmət, məğfirət, bərəkət və müjdələrlə dolu bir aydır. Dəyəri getdikcə daha yaxşı aydın olan oruc, gözümüzün nuru, ruhumuzun güc qaynağıdır. Həyatın içinə başqa bir həyat yaşadan, mələkləri insanlara qiptə etdirən, qəzəb və xudbinliyin qarşısını alan müqəddəs gün və gecələr gəlir.

Qurani Kərimin vəhy edilməyə başlandığı və min aydan daha xeyirli Qədr gecəsinin olduğu bir ay – Ramazan gəlir.
İstifadə edə bilənlər üçün mühüm bir fürsət və rəhmətə çatmağın yolu bu aydadır.
Qulluğun mənasını bütünlüklə öyrədən və duyğuları ucaldan Ramazan, hər evə ayrı bir sevinc gətirir.
Kasıbın, darda qalanın, qəribin həsrətlə gözlədiyi yardımlaşmaq mövsümü Ramazan gəlir. Sadəcə məscidləri deyil, küçə və meydanlarda birlikdə təkbirlərlə səcdə etməyin, yenidən qardaşlaşmağın mövsümü Ramazan gəlir…
Günün erkən vaxtlarında, nura qaçan, ümidlə coşan, birlik və bərabərlik göstərən İlahi Bayram günləri gəlir…Müqəddəs günlər gəlir…
Bayramlarda milyonları bir yerə gətirən, örnəkləşən Rəbbani günlər gəlir….Hər birimizə xeyirli olsun İnşallah bu Ramazan! On bir ayın sultanı Ramazan ayınız Mübarək olsun!


Şərhlər: 11
Baxılıb: 506
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
Cox gozel insana xos tesir bagislayan yazidi Allah razi olsun
26 iyun 2015 12:32
# 11
vipbetul
insallah bu ayin savabi gozelliyi xosbextliyi sefasi mujdesi bizim ailemizin uzerinden eksik olmas Rebbimin komeyi ile insallah
25 iyun 2015 16:29
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Happy
Allah razi olsun bele gozel xebere gore
25 iyun 2015 16:10
# 9
aliceWOnDer
Cox sukur yaradana.
25 iyun 2015 14:10
# 8
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
hazal♡
ALLAH ORUC TUTANLARA SEBIR VERSIN
25 iyun 2015 12:52
# 7
Sevmək asan oldugu kimi, unudmagda asan olur zamanla...O:-)
naz_vefa
Ramazan ayi on bir ayin sultani baw tacimizdi men bu ayda nedense ozmu bawqa bir yerde hiss edrem sanki bawqa bi alemdeyem cox gozel aydi allah bu aydabizlere reh etsin ve butun gunahlarimizi baqiwlasin
25 iyun 2015 11:39
# 6
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
xeyalperest
Heqiqetende bu ayda insan ele istir yardim etsin.Cox qeribedi men bunu ozumde muşshide etmişem twk
25 iyun 2015 11:14
# 5
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Fialka
Ən gözəl ay Ramazan ayıdır hası ki, bu ayda xeyir əməllərin sahibi ola bilərsən və günahkar bəndələr üçün əslində bir fürsətdir bu ay çünki bu ayda edilən dualar Allahın rzasını qazanmaq üçün bir lütfdür..Allah bu ayda edilən bütün ibadətləri qəbul edər, inşAllah...Allah razı olsun.
25 iyun 2015 10:54
# 4
BARBI
Ramazan ayi cox gozel aydir. Kasiblara yardim , yardimlasma insanlari iftara devet etmek bunlar sevab islerdi
25 iyun 2015 10:34
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ask meleyi
min sukur rebbime sukur
25 iyun 2015 08:48
# 2
"ALLAH her seyi gorendir,hec kesin ahi yerde qalmaz"-DEDILER.mende seni ALLAHA tapsirdim.qoy nece bilir ele de etsin!
yarpaq33
Bu xebere gore tewekkurler bir daha bu bayramin anlamini anlatdiniz
On bir ayin Sultani Ramazan bayraminiz mubarek
25 iyun 2015 08:20
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz