Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Artıq Ramazan ayıdır - Ramazanda dua necə olur?
Artıq Ramazan ayıdır - Ramazanda dua necə olur?
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 854
Səs ver:
 
Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

Dua hər zaman möminin güvənib söykəndiyi bir silahdır. Həyatının hər bir anında duaya sarılıb Allahın lütfünə yönəlmək mömini başqa insanlardan ayıran ən mühüm xüsusiyyətlərdən biridir. Mömin həyatının hər anında duaya müraciət edəndir.

Gündə beş vaxt qıldığı namazın mənası "dua”dır. Axşam yatarkən, sabah qalxarkən, yeməkdən qabaq və sonra, evdən çıxarkən, dostu ilə görüşərkən, bir sözlə bütün davranış və hərəkətlərində dua möminin unuda bilməyib vərdiş halına gətirdiyi bir əməldir.O, bu vərdiş gücünü Peyğəmbərin sünnəsindən alır. Peyğəmbər (s.a.a) hər zaman dua edər və möminlərin də dua etməsini əmr edərdi. Çünki dua mömini Rəbbinə yaxınlaşdıran vasitədir.

Duanı bir əsas olaraq mənimsəyən mömin nemət və bolluq zamanı Rəbbini xatırlayıb şükür hissləri ilə dolduğu və bunu həmd
etməklə ifadə etdiyi kimi, çətin və sıxıntılı anlarında da Rəbbinə sığınıb yalnız Ondan yardım istəyər.

Uca Rəbbimiz də mömin qullarının hər zaman Özünə dua etməsini istəyir:
"Qullarım Məni səndən soruşarlarsa onlara de ki: həqiqətən Mən onlara çox yaxınam. Onlardan biri dua edincə şübhəsiz ki, duasına cavab verirəm. O halda onlar da doğru yola çatana qədər Mənim dəvətimə itaətlə yönəlsinlər və Mənə imanda davam etsinlər” (Bəqərə, 186).
Bu, hər zaman belədir. Lakin elə vaxtlar var ki, o vaxtlarda edilən duaların başqa zaman edilən dualara nisbətən qəbul olma ehtimalı daha çoxdur. Bu bərəkətli vaxtlar arasında səhər çağı, Cümə günlərinin müəyyən bir saatı, mübarək olan bir-sıra gecələr və xüsusən də Qədir gecəsi, Ramazan ayının bütün günləri ən bərəkətli, duaların ən çox qəbul olduğu vaxtlardır.

Aşağıdakı hədislərdən də görəcəyik ki, belə vaxtlarda ilahi mərhəmət artar. Mömin də duasının qəbul olması üçün ixlas və səmimiyyətlə Allah təalanın nəzdində sevimli bir qul olmağa çalışar.

Hədislərdə dediyimiz bu məsələnin üzərində durulur və möminlər duaya təşviq edilir:
"Ramazanın ilk gecəsində cənnət qapıları açılır. Hər gecə sabaha qədər belə deyilər: Günahlarının bağışlanmasını istəyən, tövbə edən yoxdurmu, Allah onun duasını qəbul etsin? Dua edən yoxdurmu? Cavab verilsin. Özü üçün bir şey istəyən yoxdurmu? İstəyi o an yerinə gətirilsin”.

Başqa bir hədisdə oruc tutanın adı duaları qəbul edilən üç şəxsin adları arasında çəkilir:
"Üç nəfərin - ədalətli dövlət başçısının, iftar edənə qədər oruclunun və məzlumun duası geri çevrilməz”.
İslamın digər məsələlərində olduğu kimi, bu xüsusda da bizə ən gözəl nümunə olan Peyğəmbərimiz (s.a.a) Ramazan ayında ibadət və dualarını daha da artırardı. Bundan əlavə, ətrafında olan möminlərin də bol-bol dua etməsinə vəsilə olurdu.

Ümumiyyətlə, ilahi lütfə tuş gələn Ramazan ayında iftar vaxtlarının ayrı bir feyz və qiyməti var. Bu müstəsna vaxtın dua baxımından daşıdığı əhəmiyyəti Peyğəmbərimiz (s.a.a) belə açıqlayır:
"Oruc tutanın iftar vaxtındakı duası geri qaytarılmaz (qəbul edilər)”.

Abdullah ibn Ömərin rəvayətinə görə, Peyğəmbərimiz (s.a.a) iftar vaxtında bu duanı tez-tez təkrar edərdi:
"Ey Rəbbim, hər şeyi əhatə etdiyi lütfünlə məni bağışla”.

Xətalardan xaliliyi və günah uzaq olması ilə seçilən Peyğəmbərin (s.a.a) dualarında ümmətinə hidayət istəyi vardır. Peyğəmbər (s.a.a) belə dua etməklə möminlərə iftar vaxtının feyz və bərəkətindən istifadə etməyin ən gözəl yollarından birini göstərmiş və iftar vaxtının istiğfarla dəyərləndirilməsinin əhəmiyyətini bizim diqqətimizə çatdırmaq istəmişdir.

Elə bu cür iftarlarda və səhər vaxtlarında ilahi dərgaha göndərilən ixlaslı dua və istiğfarlar sayəsində möminlər Ramazan ayının sonunda günahlardan təmizlənir, tər-təmiz bir ruh və mənəviyyata sahib olurlar. Bu baxımdan şüurlu bir mömin içərisində üzdüyü misli olmayan bu fürsətlər dənizindən bacardıqca faydalanmağa çalışmalıdır. Tövbələrin ən çox qəbul edilib günahların ən çox bağışlandığı və istəklərin ən yüksək ehtimalla qəbul edildiyi bu mübarək ayda hər vasitə ilə Allaha yönəlmək gərəkdir. Lütf dəryasının daşdığı Ramazan ayı boyunca ən gözəl dualar oxunmalı, Peyğəmbərə salam və xeyir-dualar edilməlidir. Qurandan və hədislərdəki qiymətli dualara sarılaraq Allaha daha da yaxınlaşmaq lazımdır.
 


Şərhlər: 10
Baxılıb: 854
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Twkler...)))
23 aprel 2016 18:11
# 10
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
efsane..
Allah her kesin dualarini qebul etsin
20 iyun 2015 17:24
# 9
EsmaNur
Allah razi olsun
18 iyun 2015 19:07
# 8
yarpaq33
Allah bu muqeddes ayda gunahlarimizdan kecsin Amin
18 iyun 2015 13:52
# 7
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
tek umidim sen
Allah razi olsun,Allah tutulan oruclari qebul elesin...
18 iyun 2015 10:19
# 6
Kadın derin ama adam yüzme bilmiyor...
vipbetul
Rebbim ozum gunahlarimizi baqishlasin bu gunlerin merhemetini sefaetini ailemizini uzerinden eksik etmesin Amin insallah
18 iyun 2015 00:21
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
Allah tutulan butun oruclari qebul etsin
18 iyun 2015 00:18
# 4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
naz_vefa
Allah butu. Oruc tutsnlarin orucunu qebul etsin aminn
18 iyun 2015 00:09
# 3
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
Fialka
Ramazan ayındayıq artıq bir neçə saatdan sonra tutduğumuz orucları inşAllah rəbbim qəbul edər Amin. Allah razı olsun.

18 iyun 2015 00:05
# 2
BARBI
Artiq ramazan ayidir allah tutdugumuz oruclari qildigimiz namazlari qebul etsin. Insallah bu il oruc tutmaq nesib olar
17 iyun 2015 23:52
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz